Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 

Joomla Flickr module by Bulletproof Templates - Joomla 1.5 templates, extensions, tutorials and custom services
Joomla Flickr module by Bulletproof Templates - Joomla 1.5 templates, extensions, tutorials and custom services


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





28.12.11 15:13
Azərbaycanlıların Mədəniyyət Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü çərçivəsində silsilə tədbirlər keçirdi.
Azərbaycanlıların Mədəniyyət MərkəziDekabr ayının 27-də Marneuli şəhərindəki “ATA Holding Center”də Azərbaycanlıların Mədəniyyət Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü çərçivəsində bir neçə mövzu ətrafında təntənəli tədbir keçirdi.
Tədbiri AMM-in sədri Fazil Həsənov açaraq toplaşanlara görüşün əsas məqsədini açıqladı. O, çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tarixi ilə toplaşanları tanış edərək Azərbaycan prezidenti İlham Əliyevin bayram münasibətilə dünya azərbaycanlılarına ünvanlanan müraciətini səsləndirdi. Sonra AMM-in bu bayrama əliboş gəlmədiyini vurğulayan Fazil Həsənov qeyd etdi ki, AMM-in mətbu orqanı olan “Regionpress” qəzetinin 100-cü yübiley sayı işıq üzü görüb. Qeyd edək ki, bu, Gürcüstanda “Gürcüstan”dan sonra yeganə azərbaycandilli qəzetdir ki, 100-cü sayı çapdan çıxmışdır. Bundan başqa 2 ildən çoxdur ki, üzərində işlənmiş, Borçalının tanınmış ziyalısı olan Yusif Yusiflinin müəllifi olduğu “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” (I cild) adlı kitabı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin dəstəui ilə işıq üzü görüb, kitabla tanışlıq üçün də məhz bu gün seçilmişdir.
Tədbirdə hökümət və qeyri-hökümət strukturlarının nümayəndələri, qəzet və jurnal redaktorları, jurnalistlər, ziyalılar, gənclər iştirak etmişlər.
İlk öncə çıxış üçün söz Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayevə verildi. Dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edərək, o , qəzet haqqında müsbət fikirlərini bildirdi, eyni zamanda yenii kitabın çıxmasından da məmnun olduğunu söylədi.
Kvemo Kartli qubernatorunun müavini və GAK-ın sədri Hüseyn Yusifov isə çıxışında qəzetin hər bir azərbaycanlı üçün maraqlı olduğunu və onun hər bir sayını səbirsizliklə gözlədiyini bildirdi.
Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Kvemo Kartlidəki nümayəndəsi Savalan Mirzəyev isə “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının müəllifi Yusif Yusifliyə səmimi təbrik və arzularını çatdıraraq, ona hədiyyə olunan kitabın müəllif tərəfindən şəxsən imzalanmasını istədi, eyni zamanda, nazir Eka Tkeşelaşvilinin təbriklərinin «Regionpress»də dərc olunduğunu da bildirdi.
Kvemo-Kartli quberniya idarəsinin rəsmisi Nino xanım Basilaşvili və Marneuli sakrebulosunun müavini Heydər Musayev və digər ziyalılar da çıxışlarında qəzetə və kitab müəllifinə səmimi təbrikıərini çatdırdılar.
“Dostluq məşəli” qəzetinin baş redaktoru Fərman Borçalı Yusif Yusifliyə və Binnət Əlioğluna qəzetin fəxri üzvü vəsiqələrini, diplomlar təqdim etdi.
Qəzetin ən fəal yazarlarına, gənc qələmlərinə, tələbkar oxucularına AMM tərəfindən rəmzi hədiyyələr təqdim olundu.
Ginnesin Rekordlar kitabına düşmək üçün iddialı olan soydaşımız Etibar Budaqlı AMM-in hədiyyəsini qəbul edərək toplaşanları bayramlar münasibətilə təbrik etdi, qəzetdə ona ayrılan diqqətə görə minnətdarlığını bildirdi.
Tədbirdə Fransa parlamentinin aşağı palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərara münasibət bildirən iştirakçılar tərəfindən Fransa Parlamentinə etiraz  bəyannaməsi  qəbul olundu. Bəyannamə yekdillklə qəbul olunaraq ingilis dilinə tərcümə edildi və ünvana çatdırıldı.
Tədbir bədii hissə ilə davam etdi.

Azərbaycanlıarın Mədəniyyət Mərkəzinin
Mətbuat xidmətinin rəhbəri : Nəzrgiz Əliyeva
Gürcüstan, Marneuli şəhəri.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 33 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.