Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





26.12.10 15:44
"The Washington Times": "Ermənistan - belə dost olan yerdə düşmən nəyə lazımdır?"
"1979-cu il İslam inqilabı dövründən Amerika administrasiyası İranı ABŞ və Fars Körfəzindəki, Yaxın və Orta Şərq həmçinin Avrasiyadakı mütəqffiqləri üçüm daimi təhlükə kimi görüb. Buna görə də ABŞ ənənəvi olaraq Tehranın hərbi imkanlarını məhdudlaşdırmağa çalışır". Bu barədə məşhur "The Washington Post" qəzetində Ermənistan-ABŞ münasibətlərinə həsr olunan məqalədə deyilir.

Qəzet yazır ki, İrana silah və hərbi texnika təchizatına mane olmaq artıq çoxdan Amerikanın xarici siyasətinin vacib hissəsi olub, əsasən də ABŞ-ın və NATO-nun Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarının davam etdiyi bir dövrdə.

"Qeyd etmək lazımdır ki, Birləşmiş Ştlatlar özünün əksər tərəfdaşlarını İran və onun güc strukturlarna silah satmamaqda inandıra bilib. İran isə ABŞ-ın yaratdığı əngəlləri keçmək üçün ABŞ-ın tərəfdaşı olmayan xarici təchizaçılarla sıx əlaqələr qurmağa çalışır. Nəticədə İrana hərbi yardım çox hallarda Çin, Rusiya və Şimali Koreya kimi xarici nəgənglərdən asılı olur. Təəssüf ki, indi İran hərbçilərinə silah satan ölkələrin siyahısında ABŞ-ın əlaqələri olan Ermənistan da yer tuta bilər", deyə məqalədə qeyd olunub.

Müəllif bildirir ki, “Wikileaks”də Dövlət Departamentinin arxivinə aid 250 000 diplomatik sənədin dərc edilməsi və onların heç şübhəsiz ki, ABŞ-ın milli maraqlarına ciddi təsir göstərməsi haqqında eşitmək çətindir. Ancaq Ermənistanın İraqdakı Amerika əsgərlərinin ölümünə və şikəst olmasına səbəb olan silahla İranı təchiz etməsini eşitmək də bir o qədər çətindir.

"İndi biz bilirik ki, Ermənistan hansı mövqeni tutur, onun prioriteti nədir və o kimə qarşı loyaldır. Belə dostlar olan yerdə düşmən nəyə lazımdır ki?", deyə müəllif vurğulayır.

Daha sonra müəllif yazır ki, 2008-ci ilin dekabr atında həmin vaxt dövlət katibinin müavini vəzifəsini tutan Con Neqroponte Ermənistan prezidenti Serj Sarkisyana İrana silah təchizatından narahat olması barədə məktub yazıb:

"N. öz məktubunda qeyd etmişdi ki, qanun ABŞ-dan Ermənistana qarışı sanksiya tətbiq edilməsi ilə bağlı əsasın olması barədə məsələyə baxmağa imkan verir. Qeyd etmək lazımdır ki, bu təchizatla bağlı xərclər o dövrdə müdafiə naziri olmuş Serj Sarkisyan tərəfindən imzalanmışdı".

Sonda müəllif bildirir ki, ABŞ bu miqyasda zədəyə diqqət yetirməyə bilməz: "Ümid edirik ki, Obama administarsiyası Neqroponetinin yazdığı məsələni yerinə yetirəcək".

 

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 31 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.