|
İnsan mövcudluğu tarixində aksioma olaraq qəbul olunmuşdur ki, hər bir dövlət sərhəddən başlayır, amma sərhəd təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir. Kəndli də bilir ki, tarlanı belləməmiş heçnə səpməməlidir. Lakin, təssüf ki, biz dünyada №1 islahatçıları və dünyada hər şeyin ilk yaradıcıları kimi (Prezidentin təsdiqinə əsasən) yuxarıdakı aksiomanı tanımırıq! Müvafiq olaraq, bizim sərhədlər isə yavaş-yavaş Prezidentin iqamətgahına gəlib çıxacaq.
Kaxa Xandolişvili, Sərhəd müdafiəsi departamentinin, beynəlxalq münasibətlər və hüquqi təminat idarəsinin rəhbəri: - 2008-ci ilin avqust ayında müharibədən sonra, sərhəd şöbəsi siyasi konyukturanın və şəxsi məqsədəuyğunluğun qurbanı oldu. Sərhəd şöbəsinin o vaxt “bəxti gətirmədi” ki, Badri Bidzadzeni rəhbər təyin etdilər. Dövlətdə daxili toqquşma həmişə var idi, Bidzadze isə Prezidentin çevrəsinə daxil deyildi. Ona görə çalışırdılar bu şöbə üstün olmasın. 2005-ci ildə Müdafiə və Daxili işlər Nazirliklərinin büdcəsi on qat artdığı, tenikanın, təchizatın əldə olunmasına milyonlar xərcləndiyi zaman sərhəd şöbəsinin kapital xərclərinə 100.000 lari ayırdılar. Bu pulla pəncərələri də dəyişmək olmazdı. Hər il Prezidentin, Baş-nazirin və Maliyyə Nazirinin adına xahiş yazırdıq ki, Sərhəd Müdafiəsi Departamentinin maliyyəsini genişləndirsinlər. Bizdə maaş Daxili İşlər Nazirliyindən də çox aşağı idi. İrəli gedən sərhəd şöbəsi Bidzadze-Burcanadze faktoruna görə onlara lazım deyildi. Burcanadzenin ölkədə ikinci şəxs olduğu dövrlərdə, dövlət kanalları Sərhəd Müdafiəsi Departamentinin nailiyyətlərini işıqlandırmamağa çalışırdılar. Televiziya pyarı ilə elə fon yaratmışdılar ki, Daxili İşlər Naziri ən yaxşı nazir olaraq görsənsin, ancaq beynəlxalq təşkilatların qiymətləndirilməsinə əsasən, bizim departament Daxili işlər Nazirliyindən yaxşı işləyir. Beynəlxalq təşkilatlar, həmçinin Avropa Şurasının nümayəndələri, anlamırlar SOD-la kriminal polisin arasında nə fərq var. Yadımdadı, bu suala Daxili İşlər Nazirliyinin vəzifəlisi cavab verdi, ona görə ikidirlər ki, onlar arasında rəqabət olsun. Xaricilər güldülər, onda iki Nazirlik yaradın və daha çox rəqabət olacaq. Əvəzində 2010-cu ildə sərhəd polisinin baş maliyyə idarəsinin rəhbərini və idarənin əməkdaşlarını rüşvətdə günahlandırılaraq həbs edəndə, idarənin rəhbərliyi Bidzadzenin istefasından sonra “reforma” zamanı təyin olunduğu zaman, “Rustavi 2” onları Bidzazdenin kadrları kimi xatırlatdı. Bu şöbənin ürəklərinə yatmadığı 2006-cı ildə aydın oldu. “Gürcüstanın sərhəd polisi haqda qanunu” qəbul ediləndə bir qışqırıq baş verdi ki, təəccübləndim. Alman və gürcü ekspertlərinin işlədiyi qanunlayihəyə Parlamentin Müdafiə və Təhlükəsizlik və Hüquq komitələrində qarşı çıxdılar. İş gülməli yerə qədər gedib çıxdı: Bir müzakirədə qanunlayihənin qəbul olunmasını yalnız müxalifətin nümayəndəsi Davit Qamğrelidze dəstəkləyirdi və qanunlayihənin qəbul olunması yalnız Avropa Şurasının, ATƏT-in, ABŞ-ın nümayəndələrinin dəstəyi və Gürcüstan Parlamentinin rəhbərinin və Prezidentin biraz qarışması nəticəsində baş tutdu.
Maliyyə 2007-ci ilin noyabr ayından sonra artdı. Həmin dövrdə Saakaşviliyə Burcanadze və Bidzadzeylə münasibəti korlamaq əl vermirdi. Prezident tez-tez zəng edirdi və Bidzadzeylə “dostlaşırdı”.
2008-ci ilin avqust ayında müharibə bizi yalnız yeni ərazilərin itirilməsinə deyil, həmdə aşkarcasına qonşu dövlətlərdə hörmətimizin itməsinə gətirib çıxardı. Mamison keçidində, harada ki, gürcü sərhədçiləri dururdular, ruslar elə tutublar ki, heç gürcülərə xəbərdarlıq etməyi lazım da bilməyiblər. Ermənistan və Azərbaycan sərhəddində də eyni vəziyyətdir.
Burcanadze-Saakaşvili qarşıdurması aşkar oldu, şöbəni dağıtdılar. Hələ birinci, sərhəd limanı şöbələrini patrul polisinə verdilər. Dünyada elə bir ölkə görə bilməzsiniz ki, orada sərhədi patrul polisi müdafiə etsin. Amma bunlar nəzarət mexanizmlərini ələ keçirmək istəyirdilər. Sərhəd Departamentinin ölkəyə kimin daxil olub, kimin çıxdığını bilməsi xoşlarına gəlmirdi. Hüquqi bazanı da boşaltdılar. Alman və gürcü ekspertlərinin birgə işlədiyi qanunu Avropada ən yaxşılardan biri kimi tanıdılar, bizdə isə iki səhifəyə qədər azaltdılar. Bugün sərhədçilər və polislər “polislər haqqındada qanun”la rəhbərlik edirlər ki, xarakterizə etmək üçün o da yetər ki, 1993-cü ildə qəbul olunmuşdur və milis haqqında sovet qanunun gürcü tərcüməsidir. Sərhəd şöbəsinin məlumat bazasını, onun analiz və emalxidmətlərini ləğv etdilər. Avqust müharibəsindən sonra sərhəd şöbəsi tərəfindən ictimaiyyətin Gürcüstanı panikada qoyan dövlət məmurlarının siahısının təqdim olunması çoxlarını hirsləndirdi. Avqust müharibəsindən sonra Daxili İşlər Nazirliyi, bazasında olan axtarılanların siyahısını sildi. Siyahının bərpası yalnız sərhəd şöbəsinin baza məlumatlarının vasitəsilə baş tutdu.
Sərhədçilərin tədrisi və hazırlanması mərkəzini ləğv etdilər və sərhədçilərin hazırlanmasını polis akademiyasına həvalə etdilər. Sərhəd keçid idarəsi ləğv olundu və Müdafiə Nazirliyinə verildi. Bu dağlıq rayonlarda yoxlama məntəqələrinin təchizatını və şəxsi rotasiya tərkibini həddindən artıq çətinləşdirdi. Tez-tez meteoroloji şəraitə və xüsusi vəziyyətə görə qərar vermək çox tələsik olaraq lazımdır ki, mümkün deyil. Bunun üçün başqa Nazirliklərdən rəsmi xahiş və icazə almaq lazımdır. Sərhəd polisinin xüsusi briqadası ləğv olundu. Bu briqadanı amerikalılar hazırlamışdılar. Ona yayda Rusiya ilə sərhəddin möhkəmləndirilməsi və sərhədyanı regionlarda axtarış-xilas əməliyyatlarının keçirilməsi tapşırılmışdı. Bu funksiyanı xüsusi hazırlanmadan kənar Müdafiə və ya Daxili İşlər Nazirliklərinin xüsusi bölmələri yerinə yetirməyəcəklər. Hərbi dəniz donanması və sahil mühafizəsini sərhəd polisinə daxil etdilər. Doğrudur, Gürcüstanın dənizdə iki şöbə saxlamaq imkanı yoxdur, amma təccüblü o idi ki, amerikanların köməyi ilə yaradılmış effektli sahil mühafizəsinə effektli hərbi dəniz donanmasını da birləşdirdilər və rəhbər olaraq məhz Müdafiədən çıxardılmış kadrları təyin etdilər! Sərhəd rabitə bölməsini ləğv etdilər ki, Amerikanın dəstəyi ilə yaranmışdı. Latviyalı, Polşalı və Litvalı sərhədçilərin köməyi ilə yaradılmış kinoliji xidmət ləğv olundu.
Bugün Gürcüstanın sərhədində nə quru, nə dəniz nə də nəzarət-keçid məntəqələrində bir təlim keçmiş it də yoxdur ki, sərhəddə narkotik və partlayıcı maddələrin kəşf olunmasına yardım edir. Eşidibsinizmi ki, it və kinoloji xidmət olmadan sərhəd müdafiəsi olsun?
Sərhədçilərin və sərhəd-keçid məntəqələrinin patrul polisi xidmətinin əməkdaşlarına qnşu ölkənin həmkarları ilə münasibət qadağan olunur ki, (rüşvəti aradan götürmək səbəbi ilə), cəfəngiyyatdır və müasir dünya təcrübəsinə əksdir. Bunun nəticəsi Ermənistanın, Türkiyənin ya Azərbaycanın sərhəddində baş verən hadisələrdir. Gürcüstanın Türkiyədən başqa heç bir qonşu dövlətlə bölünmüş sərhədinin olmaması zamanı, gündəlik iş münasibətlərindən kənar hadisələrin müvəqqəti məhdudlaşdırılması mümkün deyil. Erisimedi hadisəsi məhz belə tədbirsizliyin günahi idi ki, 17 yaşlı yeniyetmənin həyatı qurban getdi. Gürcü və azərbaycanlı sərhədçilərinin bir-biri ilə münasibəti olsaydı faciə baş verməzdi.
- Marneuli rayonunun Xuldərə kəndində 20 hektar gürcü torpağına 2009-cu ildən ermənilər nəzarət edirlər. Çünki, rəsmi strukturlardan cavab almadıq, bəlkə siz izah edəsiniz, belə bir şey necə baş verir?
- Bu hissənin qonşu dövlətə verilməsini sübut edəcək rəsmi sənədin olması mümkün deyil. Bu söz razılığı əsasında baş tuta bilərdi.
- Söz razılığı ilə ərazini Ermənistana hədiyyə etməyə kimin hüququ var idi?
- Ərazini verməyin başqa forması yoxdur. Sərhədin çəkilməsi üçün xüsusi komissiya ilə razılıq olmalıdır və Parlamentdə təsdiqlənməlidir. Bir halda ki, bu baş verməmişdir, yəqin yüksək vəzifəli şəxslər arasında gizli razılıq olmuşdur. Heç bir rütbənin sərhədçisi belə məsuliyyəti boynuna götürməzdi. Maliyyə məsələləri də Daxili İşlər Nazirliyinin işidir. Torpaq məsələsi isə ya Nazirlə ya da Prezidentlə razılaşılmış olacaqdı. İctimai xidmət məmurları öz kölgələrindən belə qorxurlar. Əsas odur ki, kimsə kiminsə gözünə başqa cür görünməsin ki, işini itirməsin. Başqa heçnə onları maraqlandırmır. Lap bütün ölkə dağılsın. Xalq o qeder qorxmuşdur ki, heç kəs səsini çıxarmayacaq. Bilirlər ki, tam qanuni təşəbbüs belə ola bilsin pis çevrilə bilər. Bizdə qanundan yuxarıda bəzi şəxslərin qərarları durur. Əgər sərhəd çəkilmişdirsə və o yerdə baza da tikiblərsə, bu qonşu dövlətə bu ərazilərə iddia yeritməyə əlavə arqument verir.
- Vəzifədən öz istəyinizlə çıxdınız, yoxsa Bidzazdenin kadr olduğunuza görə çıxardılar?
- Bidzadzenin kadrı olmamışam.
- 30 yaşınızda sizi bu vəzifəyə hansı xidmətinizə görə təyin etdilər?
- Qızılgül inqilabının aktiv iştirakçısı və dəstəkçisi idim. Beynəlxalq təşkilatlarda və Xarici İşlər Nazirliyində iş təcrübəm var idi və hesab etdilər ki, bu işin öhdəsinsən yaxşı gələcəm.
- Vəzifənizi niyə tərk etdiniz?
- Bidzadzenin getdiyi və yeni rəhbərin gəldiyi dövrdə, mənə məlum oldu ki, sərhəd şöbəsini dağıdırlar və artıq qala bilmədim. Bu siyasi qərar idi. Mənim şüurumda o zaman dönüş baş verdi ki, bizim hakimiyyət məğlub olduğu müharibəni qalib olduğu müharibə kimi elan etdi, amma ölkə qarşısında etdikləri günaha görə bir nəfər belə cavab vermədi. Hamını irəli çəkdilrə və sağol dedilər! Müharibə dövründə Tsxinvalidə idim və öz gözümlə gördüm kim necə qaçırdı. Nə vaxt ki, müharibəni başlayırdılar düşünürdüm bəziləri məndən yaxşı bilir nə etməlidirlər, amma heç kim heçnə bilmirmiş. Kodor xiyabanlığını elə təhvil verdilər ki, onun müdafiəsinə heç cəhd də göstərməyiblər.
Avqust ayının 12-də Kodori xyabanlığından sərhədçilərin rəhbəri zəng edirdi və ağlayırdı, icazə verin buradan çıxış, burada nə Müdafiə nə də də Daxili İşlər Nazirliyi yoxdur. Bu zaman sərhədçilər körpünü partlatmağı planlaşdırırdılar ki, düşmənə elemntar da olsa qarşılıq göstərsinlər, amma hakimiyyət buna da imkan vermədi. İnandırırdılar ki, ruslar tezliklə çıxacaqlar və körpünü partlatmaq nəyə lazımdır. Bütün vahimə did, kim hara qaçırdı başa düşülmürdü. Belə adamlara təşəkkürlər etdilər və önə çəkdilər.
Ölkənin sərhədlərində təsəvvür olunmaz sorumsuzluq baş verir və bu sərhəd yavaş-yavaş Avlabari iqamətgahına doğru gəlib çıxacaq. Elə təəssüratım yaranır ki, ölkənin taleyi Prezidenti heş narahat etmir! Yalnız Avlabar qalsa razıdır, bircə stolunu itirməsin!
Xatuna Paicadze
Tercümə: MRMG Xüsusi olaraq www.RegionMedia.net üçün Materialdan istifadə zamanı sayta istinad vacibdir.
. |