|
Tbilisidən 50 km –də mənimlə heç kim gürcü dilində danışa bilmədi!...
“Paradoks odur ki, bu əraziyə daxil olmağı bizim sərhədçilər də qadağan edir, mənimsəyiblər, bu Ermənistanın ərazisidir deyə?!
“Əgər bu erməni torpağı idisə, maraqlıdır, Gürcüstan hakimiyyəti erməni torpağını necə Gürcüstan vətəndaşına icarəyə verdi?”
“Sərhəd məntəqəsinin rəhbəri mənə dedi, sizin babalarınız və böyük babalarınız meşəni kəsdilər və erməni torpağını belə oğurladılar”.
Biraz bundan əvvəl internetdə maraqlı xəritələr peyda oldu. Bu xəritələrə əsasən Gürcüstan ərazisi biraz da azaldı, bu dəfə Ermənistanın xeyrinə. Çünkiinternetdə çap olunmuş məsələlər onsuzda həmişə etibarlı deyil, çox da diqqət yetirmədim, amma tezliklə redaksiyada heyrətləndirici məktub aldıq (üslub müdafiə olunmuşdur):
“Torpaqların oğurlanması davam edir”
“Bizim kəndlərimiz: Sadaxlı, Burma və Təzəkənd Ermənistan-Gürcüstan sərhəddidir. Əhalinin əksəriyyəti Gürcüstan vətəndaşı olan azərbaycanlılardan ibarətdir. Bu kəndlərin ətrafında, deyilənə görə, pozuntu var. Gürcüstan hakimiyyəti fəaliyyət göstərmir. Bu kənddə yaşayan sakinlərin birbaşa diskriminasiyası gedir və bu yalnız bizim qanuni maraqlarımıza ziyan verir. Gürcüstan hakimiyyətinin hərəkətsizliyi bizim hüquqlarımızın qonşu ölkə, Ermənistan tərəfindən tapdanmasına dəstək olur. Real sərhədin mövcud olmamasına görə, silahlı erməni sərhədçilərinin qarşısında tamamilə müdafiəsizik. Erməni sərhədçilər qeyri-qanuni olaraq bizim böyükayaqlı və kiçikayaqlı mal-qaramızı oğurlayırlar, ən əsası odur ki, Ermənistan silahlı qüvvələrinin nümayəndələri hər gün sərhəddi Gürcüstanın dərinliyinə çəkirlər, soruşan isə yoxdur.
Hələ 2008-ci ildə sərhəddi elə dəyişdilər ki, 3 ev Ermənistan ərazisinə düşdü. Erməni sərhədçiləri bu xalqdan tələb edirdilər ki, təcili olaraq öz evlərini tərk etsinlər. Biz daim qorxuyla yaşayırıq. Hər gün gözləyirik ki, erməni sərhədçiləri bizi Gürcüstan ərazisində yaşadığımıza baxmayaraq evlərimizdən çıxaracaq.Bizim yeagnə dolanışıq mənbəyimiz heyvandarlıqdır. Əgər erməni sərhədçiləri bizim torpaqları mənimsəməyə bu artımla getməyə davam etsələr, aclıqdan öləcəyik. Erməni sərhədçiləri çox sıxışdırırlar ki, bu da Gürcüstan vətəndaşlarının qeyri-qanuni tutulması olaraq görünür və səbəb olaraq sərhədin pozulmasını söyləyirlər. Məsələn, Xaniyov Qabil İyatxan oğlunu sərhədi pozduğuna görə günahlandırıb 2 gün tutlu saxlamışdılar. Tutulduğu zaman o, Gürcüstan ərazisi bildiyi ərazidə olduğunu bilirdi.
Erməni sərhədçiləri yaxşı silahnalıblar və sərhədə itlərin köməyi ilə nəzarət edirlər ki, bunu bizim sərhəd siyasətimiz haqda deyə bilmərik. Erməni sərhədçiləri özbaşlarına sərhədi əkilmiş torpaqlara doğru çəkiblər. İş o yerə kimi getdi ki, əhali əkində qorxuyla gəzirlər. Elə hallar olub ki, erməni sərhədçiləri güllə atıblar, amma xoşbəxtlikdən heç kim zərər görməyib. Erməni sərhədçiləri qeyri-qanuni olaraq Gürcüstan vətəndaşı olan azərbaycanlılarının meşəni, bəzi əkin hissələrini və otlaqlarını əlindən alıblar.
Onilliklərlə bundan əvvəl bizim ata-babalarımız sərhəddi izləmək üçün torpağa kömürlə dolu vedrələri yerləşdirirdilər. O, izlənmiş yerlər Gürcüstanın indiki sərhədindən çoxdandı ki, neçə kilometrlə uzaqlaşmışdır. Bu kəndlərdə tam qeyri-qanuni olaraq Gürcüstan vətəndaşı olan azərbaycanlıları icarəyə götürülmüş torpaqlardan çıxardılar, Gürcüstan hakimiyyəti isə reaksiya belə vermədi. Hakimiyyətdən Gürcüstanın dövlət sərhəddini bir dəfə belə olsun müdafiə etməsini və Ermənistan-Gürcüstan sərhəddindəki bu qeyri-qanuniliyi dayandırmasını xahiş edirik” (iyirmi imza var).
Bu məktubu Marneuli rayonunun üç kəndinin əhalisi imzalayır. Qərar verdik ki, vəziyyəti yerində öyrənək və Burma kəndinə yola düşdük.
Nə nəqliyyat, nə də yol, başqa məsələdən danışmaq artıqdır axı. Sadaxlının uşaqlarının məntəqədən piyada getdiklərini gördüm, çünki Burma kəndinə qədər nəqliyyat getmir. Kənddə gürcü dilini heç kim bilmir, heç rus dilini də. Mənə elə gəlir ki, Tbilisidən 50 kilometrdə deyil başqa sivilizasiyadayam. Məcburam bələdçi axtarım ki, əhali ilə ünsiyyətimə kömək etsin. Acılıq təri axıdıram, görəndə ki, çox yaxında infrastrukturası inkişaf etmiş və təmirli malikanələri olan erməni kəndləri var. Mənim bələdçim gənc azərbaycanlıdır ki, rus dilində birtəhər danışır. Mənə dediklərinə görə, erməni sərhədçilərininməhz bu kənddə mövcud olan 3 evə iddiası var. Evlərin üçü də dağın ətəyində, xəttdə durur. Heçnə deyə bilməzsən, doğurdanda strateji ərazidir. Buradan dağ başlayır ki, aşağıdakı ərazi ovucun içi kimi görünür və nəzarət olunur. Ermənistanın ərazisində dağlar qarşı tərəfdə də var, açça bu dağın başqa üstünlüyü var, meşə ilə örtülmüşdür. Nəhayət ki, kəndin axırına gəlib çıxdıq. Oradakılar məktubda deyilən faktları bizə sübut edtilər.
“Problemlər 2008-ci ildən başladı. Erməni sərhədçilər 1975-ci ilin xəritəsini gətirdilər və bildirdilər ki, bu ərazi bizimdir, buranı tərk etməlisiniz. Bu xəritəyə əsasən sərhəd evin ortasından keçir. Ermənistan birbaşa “zaldadır”. Belə necə olar? Mənim “zalımda” Ermənistanın nə işi var. Bir qıqırıqla sərhədi zaldan çıxarıblar və indi keçmir, amma çox qalmayıb. Mənim evimdən Ermənistana dəqiq 10 metrdir. Keçən il Tbilisidən də gəlmişdilər. Xəritələr gətirdilər və ərazini izlədilər, bu il dirəklər də gətirdilər və qoydular, amma neynirsiz, gürcülər gedən kimi ermənilər təcili dirəkləri çıxardılar və atdılar. Dirək gürcü xərtiəsinə əsasən o dağın yuxarısına basdırılmışdı, erməni sərhədçiləri isə qazdılar və atdılar.
Qorxudan o meşəyə getmirik, çünki oradaca erməni sərhədçiləri bizi tutacaqlar. Belə qorxuda və anlaşılmazlıqdayıq, bilmirik nə vaxt deyəcəklər ki, bu onların ərazisidir və biz yığışmalıyıq. Yenə bu da heçnə, qonşu kənddə xalqı icarəyə götürdüyü torpaqlardan elə çıxarıblar ki, səsləri də çıxmayıb”, - Burmalı sakinlər şikayət etdilər.
Burmadan Sadaxlıya gedirəm. Bu kənddə bütün ailələr azərbaycanlılardır. Kənd yetərincə böyükdür. Kənddə bir nəfər yeganə gürcü qadın yaşayır. Bi zaman buraya gürcü dili və ədəbiyyatı müəlliməsi olaraq göndəriblər. Buradaca azərbaycanlıyla evlənib. Gürcüstanda gürcü dilini eçitmək müəllim babanı göz yaşlarına qatdı. Mənim blədəçilərim deyəndə ki, “yerlini”qonaq gətirmişik, sevindi(?!).
Sadaxlıda bizim sərhəd hissəmiz bir balaca taxtadan düzəldilmiş evdə yerləşir. Əvəzində, oraya yaxın erməni sərhəd polisinin kapital bazası var. Yerli əhali kimi mənə sübut edirlər ki, erməni bazası Gürcüstan ərazisindədir(!).
Qədir Bediyev, Sadaxlı sakini: “İkinci ildir ki, bizə öz yerlərimizə girməyi qadağan edirlər. Bu torpaqları mənim qardaşım arendaya götürmüşdü. Dövlətlə on illik müqavilə bağlamışdıq. Rəsmi olaraq hər şey mülki reestrə də köçürülmüşdü, vergiləri də ödəyirdik. Bi gün isə dedilər ki, bu Ermənistanın ərazisidir və torpağı içlətməyi qadağan etdilər. Lakin özümü xatırladığımdan bəri bu bizim kənd təsərrüfatının torpağı olub. Həmişə biz əkirdik. Bizim ata və babalarımız da bilirdilər ki, bu Gürcüstan ərazisidir və belə birdən necə Ermənistan oldu? Mənim qardaşımın bütün rəsmi sənədləri var ki, sübut etsin bu torpğaı Gürcüstan dövləti icarəyə verib(!).
Mahmud Məmmədov: “Məktəbin direktoruyam. Bu yerdə məktəbində icarə yeri vardı. Məktəbin müəllimləri əkirdilər. Bilmirəm hansı maşınlarla bu ərazi ermənilərin əlinə düşdü. 20 hektar torpaqdan söhbət gedir. Nə vaxt ki, bildirdilər bu torpaq ermənilərin mülküdür və olacaq,maraqlandım və mülki reestrə müraciət etdim. Mənim sənədlərim və qəbzlərim də var ki, məktəb bu torpağın vergisini ödəyirdi. Məktəb 5 hektar arenda götürmüşdü. Mülki reestrdə öz gözümlə gördüm ki, bu torpaq xəritədə Gürcüstan ərazisidir və indi ermənilərə kim verdi? Paradoks odur ki, bu ərazilərə daxil olmağı öz sərhədçilərimiz qadağan edir, mənimsəyiblər, bu Ermənistan ərazisidir deyə(?!). Sərhəd məntəqəsinin rəhbəri ilə bu haqda bir neçə dəfə söhbət edtim, mənə sübüut edir ki, sənin sənədlərin köhnədir! Sərhədi yeni sənədlərlə qurular, eşidibsiz hardasa? Yaxşı, deyək mənim sənədlərim köhnədi, Bediyevin sənədləri ki, yenidir? O dövlətlə arenda müqaviləsini 2010-cu ilə qədər bağlamışdı. Torpağı Gürcüstan vətəndaşına necə icarəyə verdi? Bu sərhəd məntəqəsinin rəhbərindən neçə dəfə soruşdum, nəyi qoruyursuz, Gürcüstan yoxsa Ermənistan maraqlarını – dedim? Sərhəd məntəqəsinin rəhbəri keçən il dedi, bilirsən nə var, sizin babalarınız və böyük babalarınız meşəni kəsiblər və erməni ərazisini belə oğurlayıblar. Kim dedi-dedim? Erməni sərhədçilər deyirlər. Dedim, sənin fikrinlə, ermənilər Tbilisiyə kimi ərazini tələb etsələr, belə apelyasiyasız əraziləri verməlisiz? Dövlət maraqlarının müdafiəsi budur? Bu torpağı ermənilər əvvəllər də tələb edirdilər, amma məntəqənin keçmiş rəhbəri dedi, əgər istəyirsizsə iki nəfər hərbi şəxs göndərim, becərin və məhsulu gətirin. Beləcə də danışdım yeni məntəqə rəhbərinə və onu da soruşdum sən niyə belə edirsən dedim? Mən bir adi adamam, kim deyəcək ki, həqiqətən də nə baş verir?
daha artığını deyəcəm, indi erməni sərhəd polisi olan baza həqiqətdə Gürcüstan ərazisidir. Bu bazanın tikintisi başlananda bir vaxtlar bu torpağı bizim kəndin xalqı qoruyurdu, baza tikintisindən aralaşmırdılar. hara şikayət etmədik. Bir vaxtlar ermənilər tikintini dayandırdılar, amma tezliklə bizim xalqa o əraziyə girməyə öz sərhədçilərimiz izin vermədilər və ermənilər də bazanı tez yerləşdirdilər”(!).
Sadaxlıda gürcü sərhədçilərinin postuna getdik və sərhədçilərlə sphbət etməyə cəhd etdik. Əhaliyə torpaqlardan istifadə etmək niyə qadağan olunur sualına sərhədçi cavab verdi, yeni ölçülər edildi və torpaq Ermənistana qaldı(?!). Hansı ölçülərdən danışırsız ki, sərhəddin müəyyən edilməsi baş verməyib, kimin hüququ vardı ki, sərhədi çəkirdi – dedim. Elə, sizdə düzsünüz, təcili sərhəd rəhbərinə zəng vurdu və bizim qonaqların xəbərini bildirdi. Sonra isə üzr istədi, mən heçnə bilmirəm, indi yola çıxıram dedi və uzaqlaşdı.
Davamı var...
Xatuna Paicadze
Tərcümə MRMG Xüsusi olaraq www.RegionMedia.net üçün Materialdan istifadə zamanı sayta istinad vacibdir. . |