|
"Əgər belə davam etsək, gələcək nəsilin lənəti bizi qəbirdə də rahat buraxmayacaq"
"20 hektar gürcü torpağı necə Ermənistan ərazisinə düşdü?"
"Dövlət sərhədi kiminsə bağçası deyil ki, ora-bura çəkəsən?!"
(Davamı. Əvvəli "Həftənin politrası" №36)
Xuldərə kəndinin (Sadaxlı bölgəsi beş kənddən ibarətdir) sərhəd şöbəsindən hansı sənədlərin və yeni ölçülərin edilməsini öyrənmək üçün Sadaxlı icra hakimiyyətinə yola düşdüm. Heçnə olmasada, Sadaxlıda birinci şəxs inzaibati birliyin rəhbəridir ki,dövlət sərhəddindəki dəyişikliklərlə bağlı məlumatı olmalıdır.
Sadaxlının icra başçısı Nizami Bediyev bizə iki xəritə göstərdi: Biri 1966, ikinci isə 2008 ci ilidə tərtib edilmişdir.
Nizami Bediyev: Əlimdə 1966-cı ildə Gürcüstan sovet kənd təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş xərtiə var. Güclə tapdım, qonşu kəndlə torpaqlara görə davamız olmuşdu və onda lazım gəldi. İndi erməni sərhədçilərinin nəzarət etdiyi və xəritəyə əsasən Gürcüstana məxsus olan torpaqlar, yetərincə böyükdür. 1966-cı ildə tərtib olunan xəritədən başqa, 2008-ci ildə dünya bankının maliyyə dəstəyi ilə tərtib olunmuş üçölçülü xəritəm də var. O, 99%-lə 1966-cı ildə tərtib olunana uyğun gəlir. Hər iki xəritəyə əsasən bu torpaq Gürcüstan ərazisidir. Bu ərazinin Ermənistanın ərazisi olduğunu haradan çıxardıqlarını deyə bilmərəm.
- Gürcü sərhədçi mənə izah etdi ki, yeni ölçülər edildi və bu ərazi Ermənistanın imiş.
- Yeni xəritə tərtib ediblərsə və sərhəd rəsmi olaraq dəyişirilibsə, icra başçısıyam və bilməliyəm axı? Ermənistana doğru yetərincə böyük ərazidir, təxminən 20 hektardan çoxdur. Göründüyü kimi, bu ərazini tam mənimsəmək istəyirlər. Bu məsələylə bağlı böyük səs-küy oldu, bizim sərhədin müdafiə departamentinin nümayəndələri bir neçə dəfə gəlmişdilər.
- Gürcü əhalisi deyir ki, bu əraziyə daxil olmağa onlara nəinki ermənilər, həmçinin gürcü sərhədçiləri qadağan edirlər.
- Bildiyimə görə, bizim xalqı ora erməni sərhədçilər qoymurlar. Bi müddət 500 metrlik sərhəd xəttində anlaşılmazlığı başlarından etmək üçün bizim sərhədçilər də buraxmırdılar. Buna görə Daxili İşlər Nazirliyinin strukturasına müraciət etdim. İndi hamının keçidi var ki, 500 metrlik xəttə daxil olmaq hüququ var.
- Konkret hallarda 500 metrlik xəttdən söhbət getmir.
- Bilirəm. Bu torpaqlara artıq ikinci ildir ki, xalqı buraxmırlar, niyəsini deyə bilmərəm, amma onu bilirəm ki, buna hüquqları çatmır. Budur xəritələr, aşkardır ki, bu Gürcüstanın ərazisidir! Erməni sərhədçiləri bizim sahələrə necə soxuldular, buna cavab deyə bilmərəm.
- Necə oldu ki, erməni sərhədçiləri bizim torpaqlarda baza tikidilər?
- Ermənilər bizim torpaqda necə baza tikdilər heç buna da cavab verə bilmərəm. Mən onu bilirəm ki, dövlət məmuruyam və öz dövlətimin maraqlarına xidmət göstərməlidirlər.
Vəziyyəti daha yaxşı aydınlaşdırmaq üçün sərhəd məsələlərində mütəxəssis, kartoqraf və professor, Cansul Kekeliya ilə əlaqə saxladıq:
- Sərhədin çəkilməsi belə asan olmur. Hələ birincisi sərhədin dəyişilməsi Xarici İşlər Nazirliyində fəaliyyət göstərən demarkasiya-delimitasiya komissiyasının işidir. Ərazinin verilməsi haqda məhz onlar xüsusi akt tərtib etməlidirlər ki, mütləq mətbuatda çap olunmalıdır və ən əsası aktın Parlamentdə təsdiqlənməsi vacibdir.
Dövlət sərhədi kiminsə bağı deyil ki, ictimai müzakirə və Parlamentin təsdiqlənməsindən kənar ora-bura çəkəsən? Ərazini vermək üçün yalnız komissiyanın aktı yetərli deyil, Parlamentdə müzakirə olunmadan torpağın başqa ölkəyə verilməsi yolverilməzdir.
- Mümkündürmü ki, Gürcüstanın müvafiq strukturası erməni torpağını icarəyə versin?
- Qeyri-mümkündür! Hər rayonun təyin olunmuş sərhəddi var. Təbiidir, dövlət torpağı Gürcüstan vətəndaşına, əgər konkret hissə torpağın balansında qeydə alınmayıbsa icarəyə elə-belə verməzdi.
- Bizim sərhədçi mənə izah etdi ki, peykdən yeni fotolar çəkiblər və bu ərazi Ermənistan ərazisiymiş.
- Tam cəfəngiyyatdır. Peykdən çəkilən fotolarla kim dövlər sərhədini təyin edir? Bunu haradan eşidiblər, hansı ölkənin təcrübəsindən? Rəhbər sənəd növbətçi xərtiədir və məhz bu xəritəyə əsasən bizim konstitusiyaya ölkənin ərazisini və dövlət sərhədlərini daxil etdik. Peyk fotosu xam məsələdir ki, işləmək lazımdır. Sərhəd qeyd olunmayan fotonu xəritə ilə müqayisə etmədinsə necə seçə bilərsənki real sərhəd haradan keçir?
Sərhədi dəyişməyə komissiyanın iki iclası lazımdır. Bu aktla rəsmiləşməlidir, imzalarla və möhürlə təsdiqlənməlidir. Əgər belə sənəd mövcud deyilsə və torpağı başqa ğlkəyə vermək üçün başqa nəisə forma fikirləşiblərsə, bu qalmaqaldır! Bu deməkdir ki, bizim torpağı hədiyyə edirlər. Sərhəddin müdafiəsi işində böyük problemlərimiz var. Zamanında, sərhədi müəyyənləşdirmə komissiyasında olanda, memorandumlar yazırdım və planlar təyin edirdim, nə edək ki, ölkənin maraqlarını qoruyaq, amma heçnə alınmadı, ona görə də komissiyadan çıxdım. Əgər belə davam etsək, torpaqlarımıza qarşı belə münasibətimizə görə gələcək nəsilin lənəti bizi qəbirdə də rahat buraxmayacaq! Onu da istisna etmirəm ki, bu hadisə qeyri-profesionallıqdan baş verib. indi bütün sefaralarda belə qarışıqlıqdır, ola bilsin canlarını ermənilərin iddialarından qurtara bilməyiblər.
- Yerli əhali deyir ki, sərhədin müdafiə şöbəsinin rəhbəri bizə dedi ki, sizin ata-babanız meşəni qırdılar və erməni torpağını elə mənimsədilər. Bu həqiqətdirmi?
- Belə adam dövlət xidmətində nə gəzir, həm də sərhəd müdafiəsi şöbəsinin rəhbəri! 1935-ci ildə Gürcüstan ermənilərə məhz Sadaxlı yaxınlığındakı ərazilərdən 20 min desetin (20 hektardan biraz az) verdi. Ermənistan hakimiyyəti onda bizim şura rəhbərliyinə məktub yazdı ki, meşəmiz yoxdu və gürcülər də ermənilərə 20 hektar meşə massivi versinlər. heçkim heçnəyi qırmamışdır. Ermənilər kiməsə imkan verərdilərmi ki, onların ərazilərini mənimsəsinlər? Əksinə, oradaca, sərhəddə ermənilər meşə təsərrüfatı yaradıblar, aqressiyayla əkin əkirlər və yavaş-yavaş bizim sərhəddə doğru çəkirdilər. bu ərazi Ləlvər tərəfdir. Məhz ərazinin şimal-şərqindəki meşəylə örtülmüş sahəni ermənilərə verdilər və hansı meşnin qırılmasından söhbət gedir?
- Meşə massivini başqa əraziyəmi dəyişiblər ermənilər?
- Xeyr, cənab, əvəzində heçnə almamışıq! Sərhəd bölgüsü komissiyasında olanda, ermənistanın sərhədini 4 kritik sahəyə böldüm. Birinci məhz bu idi, Sadaxlı və Ağkörpü ərazisi. Dörd sahədə də fərqli problemlər idi. Ona görə də bu sərhəd sahələrə bölünməli di və komissiya müzakirə edərdi harada nə çətinliklər var. Sonra görüşləri başqa vaxta keçirdilər, tezliklə məndə çıxdım və indi nə edirlər kim bilir?
- Dəqiq bilirəm ki, bu məsələni Parlament çözməmişdir.
- Əgər Parlament ərazinin verilməsi məsələsini çözməyibsə, onda nəisə başqa məsələdir, amma əgər sərhədin dəyişilməsi haqda heç icra başçısı da heçnə bilmirsə, deməli, oradaca nöqtə qoyun! Elə çıxır ki, nəisə qaranlıq məsələ ilə işimiz var ki, diqqət və araşdırma tələb edir! Torpaq artıq Ermənistanın ərazisindədir, deyil? Hə, onda bu torpaq itirilmişdir! Gürcülər sərhəd məsələsini rəsmi olaraq araşdırmağa başlasalar və sərhədin bölünməsi yadlarına düşənə kimi, yadda saxlayın ermənilər oraya ordu gətirəcəklər və o torpağı qaytara bilməyəcəyik...
Vəziyyəti öyrəndikdən sonra aşkar oldu ki, Ermənistan-Gürcüstan sərhəddində narahat vəziyyətdir və 20 hektar torpaq artıq rəsmi olaraq Ermənistanın ərazisindədir.
Biz Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, maraqlanırdıq hansı rəsmi sənəd əsasında sərhəd dəyişdi. Daxili İşlər Nazirliyinin ictimaiyyətlə münasibət rəhbəri, Zurab Qvenetadzeyə sərhəddə yaranan vəziyyəti ətraflı başa saldıq və xahiş etdik ki, kömək etsin. Mənə elə gəldi ki, bu məsələdə bizim maraqlarımız üst-üstə düşəcək. Zurab Qvenetadze hər şeyin həll olacağına dair bizə söz verdi, lakin cavab gəlmədi, həmçinin məsələnin ikinci dəfə təkrar olunmasına baxmayaraq. Biz rəsmi məktubla Xarici İşlər Nazirliyinə də müraciət etdik. Maraqlanırdıq ki, bu sərhədin konkret hissəsinin verilməsinə dair zamanında iclas keşirilib yoxsa yox, komissiyanın protokolu var yoxsa yox və bu məsələni balaca da olsa işıqlandıran hüquqi sənədləri varmı. Hələlik Xarici İşlər Nazirliyindən də cavab almamışıq. Yeganə araşdırdığımız odur ki, müzakirə üçün heç bir sənəd Parlamentə daxil olmayıb və müvafiq olaraq heç onun təsdiqlənməsi haqda sphbət də olmayıb. Bunların hamısından sonra sual yaranır ki, hansı mexanizmlə 20 hektar gürcü torpağı Ermənistan ərazisinin oldu? Biz bu suala müvafiq orqanlardan, xüsusilə sərhəd müdafiəsi departamentindən və Xarici işlər Nazirliyindən cavab gözləyirik.
P.S. Qaydayla bu məqaləni burda bitirməliydim, ancaq bir halda ki, son zamanlar erməni mövzularından danışmaq pis ton və ksenofobiya hesab olunur, lazım bildim ki, məqaləmin məqsədi haqda bir iki söz deyim.
Mən erməni xalqına böyük hörmət edirəm, onlar bizdən fərqli olaraq bilirlər vətən nədir, onun maraqlarının müdafiəsini bacarırlar və ölkə sevgisi televiziya mətbuatında yanılmır. daha çox o maraqlıdır, bizim hakimiyyət ölkənin ərazisinin maraqlarının müdafiəsi kimi məsələyə niyə biganə yanaşır? Hərdən mənə elə gəlir ki, (ümid edirəm ki, yanılıram), belə məsuliyyətsizlik qəsd planın hissəsidir ki, gürcü və erməni millətləri arasında qarşıdurma yaratsın və bunda günahkar biz gürcülər olaq, amma qarşıdurma ilə kimsə üçüncü xeyir əldə etsin. İctimaiyyət qaranlıq siaysi dolambaclardan anlamır və yalnız səthdə üzənləri görür. Üzərdə isə Ermənistandır ki, bizim əraziləri mənimsəyir. Ancaq, inanılmazdır sərhədin müvafiq müdafiə olunduğu halda, erməni sərhədçilərinin gürcü həmkarları ilə real mübarizə aparsınlar. Maraqlıdır, niyə sərhədimizi bizim qardaş ermənilərin və ya azərbaycanlıların qoruduğu kimi bizdə qorumuruq? Niyə bizim sərhədçilər nadir köşkdə yaşayırlar, o halda ki, qonşu erməni sərhədçiləri sərhəd bölmələrini gücləndirmək üçün hətta bina tikməyə də ərinmirlər?
Xatuna Paicadze
Tərcümə MRMG Xüsusi olaraq www.RegionMedia.net üçün Materialdan istifadə zamanı sayta istinad vacibdir.
. |