Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





28.12.11 14:30
Fazil Həsənov; Gürcüstanın azərbaycanlı ziyalıları Fransa parlamentinin qəbul etdiyi qanuna etirazlarını bildirirlər.

Dekabrın 27-də Kvemo Kartli (Borçalı) bölgəsinin Marneuli şəhərində Gürcüstanın azərbaycanlı ziyalılarının toplantısı keçirilmişdir. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov yığıncaq iştirakçılarına Fransa parlamentinin qondarma erməni “soyqırımı” ilə əlaqədar qəbul etdiyi qanun barədə məlumat vermiş və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, türk dünyasının buna kəskin münasibəti barədə danışmışdır.

Yığıncaq iştirakçıları həmin qanunu yekdilliklə pisləmiş, uydurma erməni sayıqlamasının Fransa kimi ölkənin parlamentinin gündəliyinə çıxarılmasından təəssüfləndiklərini bildirmişlər. Ziyalılar Fransa parlamentinə göndəriləcək etiraz məktubunun mətni ilə tanış olduqdan sonra mətn ingilis dilinə tərcümə edilmiş və Fransa parlamentinə göndərilmişdir.

Fazil Həsənov
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri.
Marneuli. 2011-ci il.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 26 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.