|
Gürcüstanda 1990-cı ilin 20 Yanvar hadisələrində şəhid olan, şair Ülvi Bünyadzadənin “Ömür yolu” adlı kitabı nəşr olunub.
Əsər “Qafqaz Evi”ndə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi ilə çap olunub. Millət vəkili Qənirə Paşayeva kitaba yazdığı ön sözü “Dostluğun və oxşar taleyin nişanəsi” adlandırıb. Bu gün 20 Yanvar faciəsinin 22 ildönümü ilə bağlı Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) keçirilən tədbirdə kitabın təqdimat mərasimi keçirilib. Tədbiri açan AMM-in rəhbəri Fazil Həsənov şəhid-şairin yadigarı olan əsərləri yüksək qiymətləndirib və 20 Yanvar faciəsinin hər il Gürcüstanda qeyd edildiyini bildirib.
Tədbirdə Ülvi Bünyadzadənin şeirləri oxunub. Çıxış edənlər bildiriblər ki, gürcü və Azərbaycan xalqının taleyi oxşar hadisələrlə zəngindir. Tədbir iştirakçıları 9 Aprel faciəsi baş verəndən sonra Azərbaycandan faciə qurbanlarının xatirəsini yad etmək üçün 1 milyon qərənfil gətirildiyini və Azərbaycan xalqının dostluğa etibarlı bir xalq olduğunu vurğulayıblar.
APA
. |