Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





30.01.12 15:09
“Borçalı” İctimai Cəmiyyətinin ”Boçalının hərb və qəhrəmanlıq tarixi” mözusunda növbəti 27 ci Dədə Camal məclisi keçirildi

Borçalı29.01.2012 ci il tarixində “Borçalı” İctimai Cəmiyyətinin ”Boçalının hərb və qəhrəmanlıq tarixi” mözusunda növbəti 27 ci Dədə Camal məclisi keçirildi.Tədbiri giriş sözü ilə Elxan Məmmədli açdı.O,iştirakçıları salamlayaraq mövzunu və məruzəçiləri təqdim etdi. Sonra mövzuya keçməmişdən öncə ənənəvi olaraq son bir ayda  görülən işlər haqqında danışmaq üçün sözü “Borçalı” İctimai Cəmiyyətinin sədri Z. Məmmədliyə verdi.

Sədr Z. Məmmədli hamını salamlayaraq ötən bir ay ərzində “Borçalı” Cəmiyyətinin gördüyü işlər haqqında məlumat verdi. Dünya şöhrətli alim, akademik Z. Xəlilovun yubileyi və “İstinad nöqtəsi” adlı kitabının nəşrini, Gürcüstan türklərinin Həmrəylik gecəsini, üzvlərimizin Sarıqamış şəhidlərinin anım mərasimində iştirakını, Borçalıda yaranmış torpaq məsələsi və toponimlərlə bağlı yenidən M. Saakaşviliyə edilən müraciəti, Fransa senatına etiraz bəyənatı, Rauf  Denktaşın vəfatı ilə bağlı ŞKTC-nin prezidentinə baş sağlığı teleqramını,torpaq islahatları ilə bağlı hüquqları pozulmuş soydaşlarımızın hüquqlarının qorunması ilə məşğul olan Müdafiə Komitəsinin yaradılmasını xüsusi vurğulayaraq tədbir iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra qarşıda duran vəzifələrdən və görüləcək işlərdən danışdı. Qeyd etdi ki, yaxin vaxt ərzində Borçalıya səfərlər olacaqdır. Fevral ayının 1-də Borçalı elinin böyük şairlərindən biri olan, 94 yaşlı qocaman şair Dünyamalı Kərəmin  “Borçalı” İctimai Cəmiyyəti tərəfindən yaradıcılıq gecəsinin keçiriləcəyini elan etdi.

Mövzu haqda danışmaq üçün söz məruzəçi doktor Fəxri Hacılara verildi. Fəxri bəy hər kəsi salamladı və mövzu haqqında geniş məruzə ilə çıxış etdi. Borçalının necə zəngin bir tarixə malik olduğunu və aylarla Tiflis arxivlərində apardığı araşdırmalardan, topladığı məlumatlardan danışaraq qeyd etdi ki, mən o arxivlərdə çox mühüm sənədlər əldə etdim və biz vaxtında bu sənədləri götürməsəydik çox şey itirərdik. O, məruzəsində  Borçalı qarapapaqları gürcü Kartli-Kaxet çarlığının (XVIII əsr) tərkibində və rus imperiyasının əsarətində (XIX-XX əsrlər) olanda belə, ulularının savaş ənənələrini davam etdirməsindən,  qürurlu və yenilməz bir toplum olduğundan, Rusiya-İran və Rusiya –Anadolu müharibələrində Borçalı türklərinin necə qəhrəmanlıqlar göstərdiyindən, bütün bu savaş və müharibələrdə Borçalı qarapapaq generalları və hərbi rutbəli qəhrəmanları Gürcü çarı II İraklinin ən çox etibar etdiyi qoşun sərkərdələrindən biri Xudu bəy Borçalı, XIX əsrin ilk Türk-rus müharibəsində Osmanlıya hücum etmiş rus qoşunlarını sərhəddə ilk qarşılayıb ağır itkilərə məruz qoyan və müharibə boyu onlara ciddi müqavimət göstərən Qara bəy (Qara Mahmud bəy), 1828-29-cu illər Türk-rus müharibəsi başlayanda da Osmanlıya soxulmuş  rus ordusunun qarşısına nizami Türk ordu birliklərindən əvvəl sərhəddə, əsas yolların kəsişməsində Şərif ağanın başçılığında mövqe tutmuş minə yaxın könüllü qarapapaq atlılarından, Borçalı-Qarapapaq Türklərinin qeyrət rəmzi olan Mehralı bəyin müharibədən sonra ətrafındakı qarapapaqlarla birlikdə yuva saldığı Sivasda 6 bölüklü 40-cı Qarapapaq Həmidiyyə Süvari  Alayını qurmasından, Borçalı Həşimoğlu, Saraçlı Əli bəy, Daşdan ağa, İlyas ağa, İsrafil bəy Yadigarov, Qasımlı Daşdəmir ağa və.s fakt və həqiqətlər haqqında geniş məlumat verdi.

Göründüyü kimi, Borçalı-Qarapapaq Türkləri zəngin hərb və qəhrəmanlıq tarixinə malikdirlər. Müharibələr tarixinə dair bütün mənbələr onların hansı cəbhədə və hansı dövlətin ordusu tərkibində vuruşmalarına baxmayaraq döyüşkən ruhlu, mərd və cəsarətli bir toplum olduğunu göstərir.

Əvvəllər biz Borçalı etnotoponimi deyəndə qərəzli mövqe ilə qarışılaşırdıq. Bu gün isə biz rahatlıqla “Borçalı” İctimai Cəmiyyətinin ən böyük uğurlarından biri kimi qeyd edə bilərik ki,  Borçalı sözünü artıq ictimaiət və gürcü cəmiyyəti tanıyır və bunu qəbul edir. Borçalının tarixi və hərb tarixi haqqında bizim araşdırmalarımız davam edir, biz bu tarixi üzə çıxararaq cəmiyyətə və gələcək nəsillərə daha yüksək səviyyədə çatdırmalıyıq. Hər bir Borçalı qarapapaq türkü öz şanlı tarixini bilməli və bu tarixlə fəxr edərək qürur duymalıdır.

Daha sonra söz digər məruzəçi tədqiqatçı alim, polkovnik Şəmistan Nəzirliyə verildi. Şəmistan Nəzirli mövzu ətrafında ətraflı danışaraq çox mühüm məqamlara toxundu. Borçalıda çox böyük hərbi şücaətlər göstərmiş Yadigarov qardaşlarından danışdı . Borçalı-Qarapapaq Türklərinin hərb tarixində Yadigaroğulları nəslinin xüsusi yeri var. Bu nəslin nümayəndələrindən İsrafil bəy və oğlu Həsən bəy, Əsədulla bəy və Davud bəy Yadigarovlar general rütbəsinə yüksəlməyə müvəffəq olmuşlar.

Yadigarovlar nəslinin 19 nəfərdən çox hərbiçi yetişdirdiyini vurğuladı. Onu da bildirdi ki, Borçalı onlarla generallar və yüksək rütbəli hərbi zabitlər yetişdirmişdir.

Sonra Borçalı Cəmiyyətinin üzvləri ziyalılarımız Əmirxan Babaşovu 65 illik və Rza Mahmudovu 60 illik yubileyləri münasibəti ilə təbrik etdilər.

Sonra təkliflər və rəylər dinlənildi. Qərara alındı ki, “Borçalı generallarının vahid albomları” toplanılsın.  Bu iş Ş. Nəzirliyə həvalə olundu.

“Borçalı tarixi qəhrəmanlıq muzeyi”nin yaradılması haqqında təkliflər verildi. Muzeyin yaradılması ilə bağlı Fəxri Hacılar var gücü ilə çalışacağını bəyan etdi.

“Borçalı” İctimai Cəmiyyəti tərəfindən Borçalının hərb qəhrəmanı Mehralı bəyin 2014-cü ildə 170 illik yubileyinin keçirilməsi qərara alındı.

Sonda söz yenə sədr Z. Məmmədliyə verildi. O, qeyd etdi ki, Borçalının Faxralı kəndindən olan dünya çempionu Canpolad Budaqov Moskvada erməni öldürərək həbs edilib və bu haqda yalnız Rusiya KİV birtərəfli qaydada  məlumat verib. Bu da obyektiv gerçəkliyi əks etdirmir.  C. Budaqovun hüquqlarının qorunması ilə bağlı Müdafiə Komitəsinin yaradılması qərara alındı.

Tədbirin sonunda Borçalıdan gəlmiş el sənətkarları aşıq Aslan Kosalı, aşıq Ziyəddin Keşəli aşıq Cahangir, aşıq Əşrəf öz ifaları ilə tədbirə rəng qatdılar.

 

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 17 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.