Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





01.02.12 18:34
Sabirkənddə su söhbətləri davam edir.

SabirkəndMarneuli munisipalitetinin Sabirkənd sakinləri içməli su problemindən danışırlar. Kənd sakinləri həm içməli su borularının sıradan çıxmasından, suyun azlığından,həmdə kəndin bəzi hissələrində ümumiyyətlə su olmadığından şikayyətlənirlər.

1990 cı illərdən bəri Kəndin əksər sakinləri içməyə də digər şeylərədə quyu suyundan istifadə edirdi. 2010cu ildə kənd isə su borularının reablitasiyasına başladı. Mərkəzi küçə sakinləri düşündülərki, daha su sarıdan əziyyət çəkməyəcəklər. bu məqsədlədə həyətə su borusu çəkdirdi. Lakin o indi deyirki, su problemi yenədə mövcuddur və məcbur quyuya möhtac qalası olur.

“2010 cu ilə qədər elə quyulardan istifadə etmişik. Duzlu suda olsa həm içirik həmdə qab qacağa, paltar yumağa ümumiyyətlə demək olar hər şeyə istifadə edirdik. Sonra yeni su sistemi çəkildi kəndimizə. Düz darvazanın yanından su borusu keçirdi həyətədə mən dəxil etdirdim sevindik ki, nə yaxşı oldu daha öz kranımız olacaq. Amma kran çəkilən gündən su damcı ilə ilə gəlir. Ona səbəb də məcbur yenə də su quyusuna möhtac qaldıq. Həyətə kran çəkmək baha başa gəlmədi, su pulu da yığmırlar.” Gülxumar Mansurova Sabirkənd sakini

Gülxumar  xanımın kəndliləridə onun dediklərinə qoşulurlar. Onlar su borularının tez sıradan çıxdığını, məcbur olub qonşu kəndlərdən piyada ya nəqliyyatla su daşıdıqlarını, hətta pul ilə su aldıralqını vurğulayırlar

“Kəndimizdə daim su problemi olub. Su boruları küçələrd partlayıb su yerə axır və göllər yaradır. Sonra da həmin göldəki çirkli sular boruya geri dolur camaatda o, suyu içirlər. İmkanlılar avtomobillə şəhərdən su daşıyır yaxud pul ilə su alırlar. Kasıb kəndlilər isə qonşu kəndlərdən vedrələrlə su daşıyırlar.” Şərif Bayramov Sabirkənd sakini

“ Kəndimizdə təxminən 1200 ailə yaşayır. Onunda təxminən 400 ailəsinə su verilir. Qalan kəndlilər susuz qalır. Duzlu orqanizmə ziyanlı quyu suyundan istifadə edirik. Mümkünsə aidiyyatı orqanlar bizə diqqət ayırsınlar, yardım etsinlər.” Kəmalə Nəsirova Sabirkənd sakini

Kənd müvəkkili isə məsələni başqa cür baş a salır. Rafiq müəllim bildirirki, 2010cu il  kənd layihəsi nəznində sabirkəndlilərin istəyi ilə 42 min lari çərçivəsində kiçik diametrli borular alınaraq kəndin mərkəzi küçəsinə və 19 məhəlləyə su borusu çəkilərək məhəllələrə kranlar qoyuldu. Məhz kranın məhəlləyə qoyulacağı nəzərdə tutulduğuna görə izank həcmli borular salınıb və layihə ilə bu xətdən evlərə su çəkilməsi nəzərdə tutulmayıb.

“Biz 2010 cu ilin payızında kənd layihəsi ilə kəndin mərkəzi küçəsinə 75 kran çəkdik. Qalan daxili yollara isə 50metrdən bir kranlar qoyduq. Lakin lahiyəyə əsasən kranların yalnız küçələrə qoyulmalı idi. Yəni biz yalnız küçələrə kranlar qoyduq və sakinlər suyu küçədən daşıya bilərdilər, borularıda layihə tələb etdiyi kimi  müxtəif diametrlə almışdıq. Amma sakinlər icazəsiz-icazəli küçəyə çəkilmiş borulardan öz  həyətlərinə kran çəkdilər. Ona görə dəı borular bu təziqlərə dayanmayıb müxtəlif yerlərdən su axıtmağa başladı. Yenə də təkrar edirəm bu borular həyətə çəkiləcək kranlar üçün nəzərdə tutulmamışdı.” Rafiq Cəfərov Alget ərazi birliyinin müvəkkili

Rafiq Cəfərov  bizə yeni məlumatda verdi. O, qeyd etdiki, yeni layihə işlənib. Beləki, həmin layihə nəznində su kanal tərəfindən Sabirkəndə 2 ci su xətti çəkiləcək və sayğcalar quraşdırılacaq. Yeni layihə gerçəkləşərsə yəqin Gülxumar xanım daha quyu suyundan istifadə etməyə məcbur olmayacaq

Turac İbrahimova

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 19 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.