Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





20.10.11 13:30
“Gürcü dili – gələcək nailiyyət üçün” layihəsi fəaliyyətə başladı

Gürcüstan Prezidenti Mixeil Saakaşvili “Gürcü dili – gələcək nailiyyət üçün” proqramında iştirak edən müəllimlərlə görüşdü. Prezident onlara Duruci çayı sahilində “İlias tba” tikintisini göstərdi və onları şəxsi üzümlüyünə dəvət etdi.

Prezident tərəfindən təşəbbüs olunan “Gürcü dili – gələcək nailiyyət üçün” dövlət layihəsi artıq öz fəaliyyətinə başlamışdır.

Proqram Gürcüstanda yaşayan etnik azlıqlar üçün gürcü dilinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Proqramın əhəmiyyətli komponentlərindən biri Samsğe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionlarının etnik azlıq məktəblərinə gürcüdilli müəllimlərin göndərilməsidir.

Gürcüstan Elm və Təhsil Nazirliyi tərəfindən etnik azlıqların sıx yaşadıqları region məktəblərinə müəllimlər artıq göndərilmişlər. Proqram çərçivəsində onlar aktiv pedaqoji fəaliyyəti həyata keçirirlər.

“Gürcü dili – gələcək nailiyyət üçün” proqramında iştirak edənlərin əsas funksiyaları gürcü dili dərslərində yerli müəllimlərlə əməkdaşlıq etmək və gürcü dili dərslərini keçməkdir. Bundan əlavə, onlar digər müəllimlərə dərsləri ikidilli metodla keçirmək prosesində də yardım edirlər. Müəllimlər yerli ailələrdə yaşayır və dövlət dilini onlara da öyrədirlər.

2011-ci ilin sonu üçün proqrama 500 iştirak cəlb olunacaqdır.

Proqramda bakalavr dərəcəsi olan və gürcü dili ana dili olan Gürcüstan vətəndaşı iştirak edə bilər. Etnik azlıqların sıx yaşadıqları region məktəblərində bir akademik il işlədikdən sonra Gürcüstan Elm və Təhsil Nazirliyi magistraturada təhsilini davam etdirmək istəyənləri dövlət 100% magistr təhsili qrantı ilə maliyyəşdirəcəkdir.

Eyni zamanda iştirakçıların proqrama cəlb olunmaları pedaqoji iş stajı kimi hesab olunacaq. Buna uyğun olaraq onların müəllimlik peşəsini davam etdirmək və sertifikat imtahanını vermək imkanları olacaqdır.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 18 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.