Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





21.12.11 14:40
Facebook söhbəti: Azərbaycanlılar Fransaya getməyəcək

FacebookFransa Parlamentinin “erməni soyqırımı”nı məcburi tanıma haqqında qanun layihəsinin müzakirə etməsinə bir gün qalmış sosial şəbəkələrdə məsələyə fikir bildirənlərin sayı artıb.

İlk fikir ictimaiyətdə xüsusi mövqeyi olan hüquqşünas Erkin Qədirlidən gəlib.

“Fransa parlamenti "erməni soyqırımının" inkarına görə cinayət məsuliyyəti haqqında qanun qəbul edərsə və o qanun qüvvəyə minərsə, mən Fransa səfirliyinə viza üçün müraciət etməyəcəyəm, Fransaya da getməyəcəm. Fransadan gələn dəvətlərdən də, cinayət təqibi ehtimalının yüksək olduğunu əsas gətirərək, imtina edəcəyəm”, Qədirli facebook statusunda yazıb.

Qədirli bununla Fransanın "Erməni soyqırımını" tanıdıqlarını deyil, “onun inkarına görə cəzalandırmağa” qarşı olduğunu bildirib.

“Heç bir hökumətin siyasi korluğuna görə öz görüşlərimdən imtina edəsi deyiləm. Şübhələndirmək, istədiyim hər bir şeyə şübhə etmək haqqım var. Bu haqqı da mənə kimsə verməyib ki, geri ala bilsin”, yazan hüquqşünas yazısının “çağırış deyil, mövqe” olduğunu xüsusi qeyd edib.

Status paylaşıldığı andan yarım saat keçməmiş 100-ə qədər bəyənilib.

Diqqət çəkən isə şərh verənlərin müəllifin fikrini onlayn kampaniyaya çevirmək istəkləri olub. Rəhman Hj adlı istifadəçi “statusun ingilis və rus dillərinə tərcümə edilərək yenidən yayımı”nı təklif edib.

Digər jurnalist və ictimai fiqurlar da təkliflə razılaşaraq, statusu öz səhifələrində yayımlayıblar.

Babək Həmidova isə Azərbaycanın mövqeyinin necəliyində maraqlı olduğunu bildirib. O, Türkiyənin artıq hərcür diplomatik əlaqələrin kəsilməsi, səfirin geri çağırılması və s. kimi fikirlərini missal gətirərək “Azərbaycan nə etməlidir? deyə sual verib.

İstifadəçi Pərviz Abbasov: “Mən də özüm özümə söz verirəm ki, bu cəfəng qanun qəbul edilərsə ömrümün sonunadək 1 dənə də olsun Fransız istehsalı olan mal və ya xidmət almayacam”.

Anar Rza “Türkiyənin yanında olmalıyıq” deyib

Mustafa Abbasbəyli isə sabahkı müzakirələrdən heç nə gözləmir. “Belə bir qanun qəbul olunmayacaq! İnsan haqları məhkəməsinin yerləşdiyi ölkənin, insan haqları çərçivəsinə sığmayan bir qanunun qəbul etməsi yol verilməzdir!”

Qədirli Facebook dostlarına bir daha məsələnin siyasi deyil, hüquqi məsələ olduğunu bildirib.

"Belə bir qanun - cəfəngiyatdır. İnsan haqlarının təməl şərtlərinə ziddir”.

Azərbaycan rəsmiləri son iki gündə Fransa Parlamentini qanun layihəsinin qəbulundan çəkindirən bəyanatlar verib.

Cümə axşamı müzakirə ediləcək qanun layihəsi “erməni soyqırımı”nı dananlara 45 min avro cərimə və bir ilədək həbs cəzası məsuliyyəti qoyur.

Rəsmi Türkiyə belə bir qanun qəbul edilərsə, Türkiyə səfirini Fransadan geri çağıracağını bildirib.

Söhbət I Dünya Müharibəsi dövründə 1.5 milyon erməninin Osmanlı türkləri tərəfindən öldürülməsi iddiasından gedir. Fransa on ildir ki, bu kütləvi ölümü "soyqırım" kimi tanıyır.

Rəsmi Türkiyə isə rəqəmlərin şişirdildiyini və müharibə dövründə hər iki tərəfdən ölüm-itim olduğunu bildirir.

BBC Azeri

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 17 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.