|
Ermənilər Qafqazda gəlmə xalqdır və müasir Ermənistan Azərbaycan və Gürcüstanın tarixi torpaqlarında yaradılıb. Bu barədə Suxumi Dövlət Universitetinin tarix professoru Quram Marxuliya bəyan edib.
“Bugünkü Ermənistanda Azərbaycan toponimiyasının adı dəyişdirilib. Həmçinin bu ölkənin Gürcüstana aid olmuş hissəsində toponimiya adı dəyişdirilib”, – deyə Q.Marxuliya Bakıda İrəvan qalasının 500 illiyinə həsr olunmuş www.erevangala500.com tarixi-analitik internet-portalının təqdimatı zamanı bildirib.
“İrəvan erməni şəhəri, Ermənistan isə erməni torpağı deyil. Tarix də təsdiqləyir ki, əvvəllər Qafqaz ərazisində erməni olmayıb”, – deyə o vurğulayıb.
Q.Marxuliya internet-portalın yaradılmasının vacibliyini qiymətləndirərək qeyd edib ki, “bu gün bu, ən yaxşı gücdür və ordudan daha yaxşıdır”. “Ancaq bu internet-portal Azərbaycanın imkanları yanında dənizdə damcıdır”, – deyə o qeyd edib.
Q.Marxuliya gələn ilin yanvar ayında fəaliyyətə başlayacaq Tarixi və Geosiyasi Tədqiqatlar Mərkəzi yaradacağını söyləyib. “Biz bu mübarizədə azərbaycanlı qardaşlarımızı dəstəkləyəcəyik. Əgər biz birgə mübarizə aparmasaq, öz ölkələrimizin digər hissələrini də itirəcəyik”, – deyə o bildirib.
İnterfax-Azərbaycan
. |