|
Gürcüstanda 77 Azərbaycandilli məktəb direktoru Jvaniya adına Dövlət İdarəçilik Məktəbində dil öyrənmə kursunu başa vurub.
Məktəb direktorları gürcü dili kurslarını bitirdikdən sonra test imtahanları verərək yüksək nəticələrlə kursu bitiriblər. Direktorlar artıq gürcü dilində sərbəst danışır və onlara verilən suallara cavab verə bilirlər.
Qeyd edək ki, Azərbaycandilli məktəb direktorlarına gürcü dilinin öyrədilməsi kursu davam edəcək. Direktorlar 2012-ci ilin yazında daha bir kurs keçəcək və onlara sertifikatlar veriləcək.
APA
. |