Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





14.05.12 20:05
Elşad Miri: “Könüllü orqan transplantasiyası İslamda bəyənilən əməldir”

ELŞAD MİRİƏgər bir xəstənin həyatını başqa yolla xilas etmək mümkün deyilsə, halallıq və razılıq əsasında orqanların transplantasiyası savabdır.

Ardını oxu...
 
28.04.12 04:19
Aişə (Allah ondan razı olsun)- möminlərin anası

Aişə (Allah ondan razı olsun)- möminlərin anasıO, Əbu Bəkr əs-Sıddiqin qızıdır. Anası, Amir bint Uveymirin qızı Ümmü Ruman el-Kinaniyyədir.

Aişə bint Əbu Bəkr əl-Siddiq  Peyğəmbərlə  (səllallahu aleyhi və səlləm) Peyğəmbərliyin 10-cu ilində Şəvval ayında evlənmişdir, 620-ci ildə. Peyğəmbərin  (sallallahu aleyhi və səlləm) yeganə bakirə zövcəsi idi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dünyadan köçdüyü zaman onun 18 yaşı var idi. Peyğəmbərin  (səllallahu aleyhi və səlləm) zövcələri onun ölümündən sonra ömürlərinin sonuna qədər heç bir kimsə ilə evlənməmişlər.Aişə (radiyallahu anhə), Peyğəmbərdən (səllallahu aleyhi və səlləm), atasından, Ömər (radiyallahu anhu), Həmzə ibn Ömər əl-Əsləmidən, Sad ibn Əbi Vaqqasdan rəvayət etmişdir.

Ardını oxu...
 
25.04.12 22:29
İmam Əbu Hənifə

İmam Abu HənifəƏbu Hənifə (80/150-700/767).

İmam Azam (böyük imam), Əbu Hənifə ləqəbləri ilə tanınan məşhur Numan b. Şabit b. Zəvta (Zuta) müctəhid və fiqhdə Hənəfi məzhəbinin imamıdır. O hicri təqvimi ilə 80 –cı ildə Kufə şəhərində doğulub. Onun və ailəsini Ərəb olmadığı şəksizdir; onun fars və ya türk olması haqqında fərqli fikirlər mövcuddur. Babası Zuta, Teym b. Saləbəoğulları qəbiləsinin azad edilmiş köləsi olmuş, Hz. Əlinin xəlifəliyi dövrlərində Qabildən Küfəyə gələrək orada məskunlaşmışdır. Zutanın oğlu Şabit də Kufədə ipək və yun parçaların satışı ilə məşğul olmuşdur. İslamın hakim olduğu bir mühitdə yetişən Numan b. Şabit kiçik yaşlarından Qurani-Kərimi hifz edib. Qiraəti, yeddi qurradan biri olaraq tanınan İmam Asimdən öyrəndiyi rəvayət edilir. (İbn Həcər Heytəmi, Hayratu'l Hisan, 265).

Ardını oxu...
 
21.04.12 22:50
İranda islamın ancaq adı qalıb

İranda islamın ancaq adı qalıb“Bu ölkədə islami dəyərlər fars dövlətçiliyinə хidmət edir”.

Ardını oxu...
 
17.04.12 16:40
Elşad Mahmudov: “Lazımsız plastik əməliyyat Allahın yaratdığına müdaxilə etmək kimi baxılır”

Elşad MahmudovƏgər bir insanın bədən üzvlərində heç bir problem yoxdursa və cəmiyyət onu normal qəbul edirsə bu halda plastik əməliyyat etdirmək İslamda bəyənilməyən əməl sayılır.

Ardını oxu...
 
17.04.12 16:35
“Bu, İslam deyil”

Cəmil ÇiçəkCəmil Çiçək islam dünyasının sülhə və hüzura ehtiyacı olduğunu deyib.

Ardını oxu...
 
04.04.12 16:52
Fransa konsulu islamı qəbul etdi

Fransa konsulu islamı qəbul etdiMüsəlman KİV-i Fransanın Küveytdəki konsulunun islamı qəbul etdiyinə dair məlumat yayıb.

Eyni zamanda Fransanın Küveytdəki səfiri səlahiyyətlərini də icra edən diplomatın islamı qəbulu əl-Sultan məscidində çoxlu sayda insanın iştirakı ilə baş verib. Məsciddə ibadət başa çatdıqdan sonra konsul məscidin imamı Hüseyn Məhəmməd Ənnəsrə yaxınlaşaraq islamı qəbul etmək istədiyini söyləyib…

Ardını oxu...
 
04.04.12 16:42
"Bütün kilsələr sökülsün!"

şeyx Əbdül Əziz bin AbdullaSəudiyyə Ərəbistanının ən nüfuzlu din xadimi, ölkənin baş müftisi şeyx Əbdül Əziz bin Abdulla CBS telekanalına verdiyi müsahibədə bildirib ki, Ərəbistan yarımadasındakı bütün kilsələr darmadağın edilməlidir.

Ardını oxu...
 
20.02.12 14:56
Həzrəti Yaqub

Həzrəti YaqubHəzrəti Yaqubun soy-kökü Həzrəti İshaq vasitəsi ilə Həzrəti İbrahimə dayanır. Onun ən məşhur ləqəbi İsraildir. Qardaşı Aysdan qaçaraq [onun zülmündən] dayısının yanına gedərkən gündüzləri gizlənmiş, gecələr isə yol getmişdir. Buna görə də ona İsrail ləqəbi verilmişdir. İsrail kəlməsinin mənası gecə [Allaha] gedən deməkdir. [Ət-Tabəri, Tarix, Misir, 1326, I, 162]

Həzrəti Yaqubun doğulacağı və peyğəmbərliyi əvvəlcədən müjdələnmişdir. Ayələrin mealına baxaq: “...Biz o qadına [İbrahimin zövcəsinə] İshaqı müjdələdik; üstəlik İshaqın ardınca da [onun oğlu] Yaqubu [müjdələdik]. [Hud, 71].

Ardını oxu...
 
20.02.12 14:48
Məzhəblərarası yaxınlaşma və dialoqa dair 10 prinsip - 1-ci yazı

QURANMən bu prinsipləri müsəlman tədqiqatçılar, insaflı oxucular... üçün nəzərdə tutmuşam. Ümmətinin xeyrini güdüb qara günlərini arzulamayan və onun bütövlüyü uğrunda çalışan hər bir tədqiqatçıya, oxucuyadır sözüm. Bəli, belə tədqiqatçı və oxucu çalışar ki, ümməti məhv etmək istəyən düşmənlərə mane olsun. Mən eyni ümmətin övladları arasnda yaxınlaşmağa dair bu 10 prinsipi məhz belə insanlara təqdim edirəm. Özü də burada məni ancaq və ancaq Allahın razılğını qazanmaq və Onun dininə yardım etmək maraqlandırır:

“Həqiqətən, əməllər niyyətə görədir. Hər bir kəsə etdiyi niyyət qalar.”” [1]

Ardını oxu...
 
11.02.12 00:10
Gürcülərin baş keşişi məscidi mədəni irs saymır

Sünnü məsçidiDeyirlər ki, filankəsə “beş barmağının beşini də bala batırıb versən də, yenə ağzı düzəlməyəcək”. Deyəsən gürcülərin baş keşişi və bir sıra gürcü millətçiləri də belələrindəndir.

Ardını oxu...
 
07.02.12 20:46
İsrail islama və müsəlman ölkələrinə ciddi təhlükədir.

Seyyid Əli Xameneyiİranın ali dini lideri Əli Xameneyi dünya xəritəsindən İsraili silmək istəməsinin səbəblərini izah edən yeni doktrinasını yayımlayıb.

Ardını oxu...
 
25.01.12 14:44
Məşhur aktyor müsəlmanlığı qəbul etmək istəyir

Məşhur aktyor müsəlmanlığı qəbul etmək istəyirDünyanın ən populyar aktyorlarından biri, "Oskar" mükafatlı Layam Nison "Taken 2" filminin çəkilişləri ilə bağlı İstanbuldadır.

Ardını oxu...
 
20.01.12 15:08
Allahşükür Paşazadədən gürcülərə xəbərdarlıq: “Onlar ac olanda sizə yalvaracaqlar, tox olanda isə...”

Allahşükür Paşazadədən gürcülərə xəbərdarlıq: “Onlar ac olanda sizə yalvaracaqlar, tox olanda isə...”Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan Gürcüctan parlamentinin vitse-spikeri Fridon Toduanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Ardını oxu...
 
05.01.12 21:22
Qafqaz Müsəlmanları İdarəsinin 4 min səhifəlik arxiv sənədləri Tiflisdən Azərbaycana gətirilib

Qafqaz Müsəlmanları İdarəsinin 4 min səhifəlik arxiv sənədləri Tiflisdən Azərbaycana gətirilib QMİ-nin müfəssəl tarixinin yazılması istiqamətində işlərə başlanılıb.

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tiflisdən Bakıya gətirilir”. Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Arxivin rəhbəri, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib.

Ardını oxu...
 
«BaşlamaqƏvvəlki12345678910NövbətiAxırıncı»
Səhifə 1 > 12
Hal-hazırda :
 18 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.