Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





15.10.11 00:00
Böyük dini ixtilaf?!

Allahşükür PaşazadəAvqust ayının başlanğıcında, Azərbaycanın xüsusi xidmət əməkdaşları İngilodan, Qax rayonundan Müqəddəs Qiorqi kilsəsinin keşişi Basil atanı qovublar. “Leyborist Partiyası” bu fakta xüsusi mətbuat konfransı həsr etdi. Partiyanın liderlərindən biri Paata Cibladze bildirdi ki, Basil ata qovulduğu zaman kilsənin və ətraf ərazilərin təmir işləri ilə məşğul idi, dindarları isə dəzgahdan düşürüblər. “Leyborist Partiyası” Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdi ki, İngiloda gürcülərin sıxışdırılması faktları ilə maraqlansın və qeyd olunan məsələni öz şəxsi nəzarətinə götürsün.

Xornabucinin və Heretinin keşişi Melkisedeq Basil ataya təzyiq olunduğunun və keşişin Herertidən qovulması faktını inkar edir. Onun bildirdiyinə görə Basil atanı Patriarxın xeyir-duası ilə Tiflisə keçiriblər, Qaxda isə kişi monastırı fəaliyyətə başlayıb və Gürcüstandan rahib Demetre göndərildi. Ancaq, mayın 6-da Qaxın Müqəddəs Qiorqi kilsəsində baş keşiş Melkisedeq özü xeyir-dua etdiyi zaman, keşiş İngiloda ciddi problemlər olduğunu qeydə almışdır. Vaizlik zamanı keşiş bildirdi ki, İngiloda baş verənlər çox pisdir: “ Keşişlər azaldılmışdır. Mən birtərəfli qardaşlıq bilmirəm. Gürcü tərəfini, Gürcüstan hakimiyyətini çağırıram ki, qarşıçıxmalara rəğmən gürcü adətlərini,mədəniyyətini,dil və inamını qoruyub saxlayan, burada yaşayan gürcülərə diqqət yetirsinlər!”.

Bu etapda keşişin açıqlamasından görünür ki, gürcü kilsəsi mübahisədən və oxşar bildirişlərdən çəkindi, çünki bu xəbərin önündə mütəxəssislərin bildirdiyinə görə Gürcüstan hakimiyyəti tərəfindən tədbirsiz atılan addım dururdu.

Azərbaycan tərəfdən belə hərəkət gözlənilirdi, çünki yazda Gürcüstan hakimiyyəti tərəfindən atılan addım bütün Azərbaycan ictimaiyyətini təhqir etdi. Bu xəbəri Azərbaycan mətbuatı aktiv şəkildə müzakirə edəcək, amma Azərbaycan hakimiyyəti cavab olaraq artıq ciddi addım atdı və iş o yerə gəlib çatıb ki, tezliklə İngiloda heç bir gürcü din xadimi qalmayacaq. İş ondadır ki, yazda Gürcüstan hakimiyyəti “Gürcüstan Müsəlmanlar İdarəsi” yaratdı. Nə qədər qəribə görünsədə, əsasını qoyanlar dövlət məmurları və ictimai şəxslərdirlər, məsələn, Marneulinin majoritar deputatı Azər Süleymanov və Kvemo Kartlidə Prezident müvəkkilinin müavini Hüseyn Yusubovdur. İdarənin rəhbəri olaraq Vafiq Əkbərov təyin olundu. “Gürcüstan Müsəlman İdarəsi”nin yaradılmasında məqsəd müsəlman ictimaiyyətinin məşğuliyyəti və məscidlərin nəzarəti söylənildi.

İdarənin yaradılması Qafqaz Müsəlman aləmində böyük narahatlıq yaratdı. Bakıda isə təcili olaraq Qafqaz xalqalrının ali dini şurasının iclasını çağırdılar. Tədbirdə Gürcüstanın və Dağıstanın “Qafqaz Müsəlmanlar İdarəsinin”  nümayəndələri və Qafqazın bütün müftiləri iştirak edirdilər. Qafqaz xalqlarının ali dini şurası “Gürcüstan Müsəlmanlar İdarəsinin”  yaradılması qınandı.

Yeni yaradılmış İdarənin QHT statusu var, lakin Bakıda əmindirlər ki, onun yaradılması Gürcüstan hakimiyyətinin təşəbbüsüdür. İdarənin yaradılması çox riskli və təhqiredici addımlara gətirib çıxardı: “Qafqaz Müsəlmanlar İdarəsinin”  nümayəndəsi Gürcüstanda Əli Əliyevi Tiflisin məscidindən yığışıb getməyə məcbur ediblər.

“Qafqaz Müsəlmanlar İdarəsinin”  rəhbəri, Hacı Allahşükür Paşazadə Azərbaycan mətbuatında çox ciddi açıqlama etdi və “Gürcüstan Müsəlmanlar İdarəsinin”  yaradılmasını erməni layihəsi adlandırdı: “Bu layihənin məqsədi bu ölkədə yaşayan müsəlmanların Azərbaycandan əlaqəsini kəsməkdir, amma “idarənin” yaradılmasının arxasında “böyük Ermənistan” ideyası gizlənir. Bu gürcülərin beşxaçlı bayrağı qəbul etməsi zamanı başladı. Onlar bir daha öz xalqalrı qarşısında cavab verməli olacaqlar”.

Bu kiçik sitatdan da yaxşı görünür ki, Azərbaycanın dini lideri təhqir edilmişdir. Əgər Azərbaycan mətbuatına nəzər salsaq, o da  açıq görünəcək ki, Azərbaycan ictimaiyyəti təhqir edilmişdir.

Azərbaycanın sosial-demokratik partiyasının həmsədri Araz Əlizadə Mixail Saakaşvili sünnilər və şiələr arasında düşmənçiliyin yaranmasına cəhd göstərməkdə də günahlandırdısa: “Bu Prezident Mixail Saakaşvilinin məqsədyönlü siyasətidir. Gürcüstanda yaşayan müsəlmanların əksəriyyətinin sünni, amma “Qafqaz Müsəlmanlar İdarəsinin”  rəhbəri Hacı Allahşükür Paşazadənin şiə olması faktoru ilə, Gürcüstan hakimiyyəti şiə və sünnilər arasında ixtilaf və “Qafqaz Müsəlmanlar İdarəsinin”  səlahiyyətinin zəifləməsini istəyir. Azərbaycan bu məsələyə öz mövqeyini kəskin olaraq bildirməlidir və Gürcüstana öz yerini göstərməlidir. Məhz, “Qafqaz Müsəlmanlar İdarəsi”  Qafqazın İslam aləmi birliyinin qorunub saxlanmasında müsbət rol oynayan beynəlxalq səviyyədə tanına təşkilatdır. İndi isə onun sünni və şiə olaraq dağıdılması cəhdi, onlar arasında – Azərbaycanı dini müharibə təhlükəsi qarşısında qoyacaq. Əminəm, Qafqazda sünnilər və şiələr arasında antaqonist əhval-ruhiyyəsi,necə ki, silahlı bandit qrupunun yaradılması, Səudiyyə Ərəbistanından maliyyələşir. Maraqlıdır ki, Mixail Saakaşvili və Səudiyyə Ərəbistanının məqsədləri bir-birinə uyğun gəlir. Niyə? Ona görə ki, ikisi də ABŞ-ın göstərişi ilə hərəkət edir. Qafqazda sünni-şiə qarşıdurmasının oyadılması məhz İraqda qoyulmuş  o ssenaridir. Oradan Amerikanın ordusu çıxdı, amma sünnilər və şiələr bir-birini öldürürlər. Bu çox təhlükəlidir. İraq şiələrinə guya ki, İran, sünnilərinə isə Səudiyyə Ərəbistanı yardım edir. Qərbdə növbəti prinsiplə hərəkət edirlər: “bir-birinizi öldürün, yetərki biz rahat olaq”.

“Gürcüstan Müsəlmanlar İdarəsi”nin yaradılması Azərbaycanda artıq cavab gətirdi – Azərbaycanlılar təcili olaraq Alban episkoposluğu yaratdılar(?!).

Mamuka Areşidze, Qafqaz məsələləri üzrə mütəxəssis:

- Hacı Allahşükür Paşazadə şiələrin lideridir. Doğrudur,şiamli Qafqazda onu dini lider kimi tanımırdılar, amma çox böyük hörmət edirlər və onun fikrini nəzərə alırlar. O, Cənubi Qafqaz müsəlmanların lideridir, Cənubi Qafqaz müsəlmanlarının əksəriyyətini isə azərbaycanlılar təşkil edir. Gürcüstanda yaşayan başqa dini qruplar, Acar müsəlmanlar, kistlər,avarlar və başqaları kimi, formal olaraq Şükür-Zadədən asılı idilər. Onlar ona tabe deyildilər, amma ona qarşı loyal münasibətləri var idi. Hacı Allahşükür Paşazadənin, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri kimi iki ölkədə (Gürcüstan və Azərbaycanda) çox böyük təsiri vardı və azərbaycanlı müsəlmanların lideri kimi, İran azərbaycanlılarına zəif təsiri vardı. İlia II-ni dəstəkləyirdi və Hesab edirdi ki, bizim Patriarxlıq Cənubi Qafqazın xristian lideridir. Buna görə Bakı-Stavropolun Yepiskoposu məhdud idi və Qafqazda gürcü kilsəsinin daha çox səlahiyyəti var idi.

- “Gürcüstan Müsəlmanlar İdarəsi”nin yaradılması böyük narahatlıq yaratdı. Azərbaycan mətbuatı bu hərəkəti çox mənfi və düşmən addımı olaraq qiymətləndirir, Gürcüstanda yaşayan azərbaycanlılar narazılıqlarını bildirəcəklər və təyin olunmuş axundun yurisdiksiyasını tanımırlar.

- Bu cür təşkilatın yaranması öz-özlüyündə pis ideya deyil, amma ideyanın həyata keçirilməsinin necə baş verməsi başqa məsələdir. Hələ keçən il Acara icmasının Gürcüstanda  bu formada təşkilat yaratmaq istəyən nümayəndələri mənim yanıma gəlmişdilər. Görünür, “Gürcüstan Müsəlmanlar İdarəsi”nin yaranması ideyası Gürcüstan hakimiyyətində kiminsə xoşuna gəlib, amma düzgün başa düşməyib və bu yolla müsəlman aləminə nəzarət etməyi qərara alıb, ancaq bu çox kobud şəkildə və kustar şəkildə edildi. Şiələrin və sünnilərin bir idarədə olması cəfəngiyyatdır. İslam və, ümumən, din dövlətin aktiv olaraq onun işlərinə qarışmasını sevmir. Bu idarəni ictimai şəxslər yaratdı, lakin axundu bunlar təyin etdilər. Xalqın istəyini və kiçik icmaların maraqlarını nəzərə almadılar. İslamda alimlərlə (oxumuşlarlarla, bilikli insanlarla) söhbət etməyin çox böyük əhəmiyyəti var, bizim hakimiyyət isə idarəni yuxarıdan süni olaraq yaratdı və bütün Gürcüstanda yaşayan müsəlmanları üzv olmağa məcbur etdi.

- Görünür, İdarənin yaranması böyük təhlükə ilə bağlıdır. Artıq müsəlman sakinlərdə ixtilaf nişanları var.

- Bizim faciəmiz odur ki, yerli azərbaycanlılarından tam Gürcüstan vətəndaşı formalaşdırmağı bacarmadıq. Əksəriyyət üçün Bakıda baş verənlər Tbilisidə baş verənlərdən daha önəmlidir. Hacı Allahşükür Paşazadə İdarənin yaradılma xəbərini eşidəndə özünü çox təhqiredilmiş hiss etdi. Daha çox, onun tabeliyində olan axundu (Tbilisidə onun nümayəndəsi)  məsciddən yığışıb getməyə məcbur ediblər. Hacı Allahşükür Paşazadə Gürcüstan hakimiyyətinin bu addımını erməni layihəsi olaraq qiymətləndirdi və bununla Gürcüstan hakimiyyətini təhqir edildi.

Bu deməkdir ki, irəlidə böyük qarşıdurmamız var, Azərbaycan və Gürcüstan arasında gərginliyin daha bir ocağı yarandı.

Bizim hakimiyyət bir ifratçılıqdan ikinci ifratçılığa tez-tez düşür. Bir vaxt hər şey etdi ki, erməni kilsəsinin ürəyini qazansın, sonra isə az qala azərbaycanlı dini lideri düşmən hesab etdi. Sonda nə erməni kilsəsi razı qalmadı və Azərbaycanla da münasibət gərginləşdi. Hamı inciklidir, biz isə heçnə əldə etmədik. Yoxlanmamış məlumata görə, yeni axund 11 il elədə yüngül olmayan cinayətə görə cəza çəkirmiş. Təbiidir, dini lider üçün bu böyük çatışmamazlıqdır. Ona görə də müsəlmanların əksəriyyəti yeni axundu tanımır.

- Gürcüstan nə vaxtsa öz ölkəsində yaşayan müsəlmanlara nəzarət etməlidir axı. Gürcüstan vətəndaşı olan müsəlmanların Bakıdan, İrandan və ya Türkiyədən idarə olunması olmaz axı?

- İş biz düşündüyümüz kimi asan deyil. İslamda müxtəlif təriqətlər var. Ona görə də dəqiq hesablanmış siyasət lazımdır ki, bizim ölkədə yaşayan müxtəlif dini tərəqqinin nümayəndələri bir-birimizlə savaşmayaq və bununla ölkəmizin maraqlarına zərər gətirməyək. Müsəlman üçün xristian yolunu çaşmış qoyundur, şiə üçün sünni (və əksinə) – sədaqətsiz dönükdür. Yeni İdarənin formalaşması Acaranın müsəlman icmasını da toqquşdurdu. Hakimiyyətin təzyiqinə görə Acaranın müsəlman icmasının bir hissəsi İdarənin yaranmasına dəstək olmağa məcbur oldu, bir hissəsi isə bugündə dəstəkləmir. Bütün dinlərin davamçı din xadimini özləri seçir. Burada isə durdular və iclas keçirmədən və seçkidən kənar axund təyin etdilər! Bu təxminən bir gün hakimiyyətin Patriarxı Sinodun qərarından kənar təyin etməsi ilə eynidir. Təbiidir, bu vəziyyəti çox qarışdırdı. Gürcüstanda dini təşkilatların qabığı ilə müxtəlif xüsusi xidmətlər işləyir və bunda daha çox humanitar-dini məşğuliyyətinin kölgəsi var. İndi bizim qonşumuz müsəlmanlar istifadə edəcəklər və Gürcüstanda söykənəcək axtarmağa başlayacaqlar. Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə onları neytrallaşdıran olaraq var idi.Şiə idi yoxsa sünni hesab verirdilər və çalışırdılar Cənubi Qafqazda aktiv olmasınlar. İndi ki, ona düşmən münasibəti bağladılar vəziyyət çox qarışacaq.

- Müsəlmanlar rüşvətdən də danışırlar. Demə hər müsəlman Məkkəyə  gedə bilmir və hər dövlətin xüsusi ayrılmış kvotaları var. Kvotalar isə, deyilənə görə qeyri-rəsmi olaraq 5.000 dollara satılır. Azərbaycanlılar deyirlər ki, Gürcüstan hakimiyyəti bu pulun torbasına da əl qatmaq istəyir.

- Bilirəm ki, Dağıstandan xüsusi olaraq dindarlar gəlirdilər ki, buradakı dindarlarla birlikdə kvotalar etməyə çalışırdılar. Aydındır ki,bu işi rüşvət sxeması müşayiət edir. Gürcüstan hakimiyyətində kimsə müsəlmanlara ayrılıqda və rüşvət sxemlərinə ayrılıqda nəzarət etmək istəyir, amma bunu bacarmayacaq, çünki daha dağılmış, yeraltına getmiş və nəzarət olunmalı çox çətin güc əldə edəcəyik. Aydındır, Hacı Allahşükür Paşazadə təhqi edilmişdir, oralı hakimiyyət təhqir edilmişdir və təcili olaraq belə adlanan alban episkoposluğu yaradıldı – bunların hamısına cavab. Aydındır, alban episkoposluğunu gürcü kilsəsi ilə toqquşduracaqlar və bir gözəl gündə iki kilsədə qalmış gürcü baş keşişlərini də oradan buraxacaqlar. Bilavasitə, Azərbaycanın elmlər akademiyası episkoposluğun yaranmasına qədər bülleten nəşr etdi, orada deyilir ki, Azərbaycanda mövcud olan xristian abidələri alban mədəniyyətinin abidələridir. Bunu Azərbaycan hakimiyyəti göstərmirdi, amma aydındır ki, hər şey onun dəstəyi ilə edilirdi. Zamanında biz buna düşünülmüş və elmi olaraq təsdiqlənmiş reaksiya vermədik, indi isə işi təmiz xarab etdik.

Ola bilsin elə şeylər baş versin ki, heç qarabasmada da yuxumuza girməyib. Müsəlman icmaları arasında qarşıdurma artıq aşkardır. Gürcüstan hakimiyyəti güc tətbiqetmə metodları ilə vəziyyəti nəzarətdə saxlamağa məcbur olacaq. Bu da böyük aqressiya yaradacaq. Müsəlman aləmi ilə və ümumən dinlə belə təhqiredici hərəkət etmək olmaz.

Biz yeni təyin olunmuş axund Vafiq Əkbərovla əlaqə saxladıq, bildirdi ki, indi Ramazandır və bu vaxtda belə mövzularda söhbət etmək olmaz.

(Xüsusi olaraq sayt üçün)

Tərcümə  MRMG
Xüsusi olaraq www.RegionMedia.net üçün
Materialdan istifadə zamanı sayta istinad vacibdir.

 

 

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 19 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.