|
Məlum olduğu kimi Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməkdədir.
Belə ki, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı qurban kəsmək və paylamaq fəaliyyətinə 2007-ci ildən başlamışdır. Təşkilatımız o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylamaqdadır. 2011-ci ildə Təşkilatımız xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfi və HABERERK-ün un maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirmişdir.
Təşkilatımız kəsdiyi qurbanların bir hissəsini Qori şəhərindən qaçqın düşmüş Qardabanidə yerləşən 150 ailəyə, (Gürcülərə) qaçqın və məcburi köçkünlərə, Marneuli, Bolnisi, Dumanisi, Sagaroco və digər bölgələrdə yaşayan daha çox ehtiyac sahiblərinə göndərilmişdir. Bu il də kəsilən 6 ton 500 kg qurban əti Təşkilatımız tərəfindən paylanıldı. Təşkilatımızın mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanmışdır.
Qeyd edək ki, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı bu paylama işini Gürcüstan Respublikasının, yerli idarəetmə orqanları ilə birgə həyata keçirir. Əvvəlcədən təsbit edilən ehtiyac sahiblərinə qurban əti təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.
Təşkilatın hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı bundan sonrakı fəaliyyətlərini də Gürcüstanda Yaşayan soydaşlarmızın mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.
. |