Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





15.11.11 14:59
Xristian qadınlar islam dinini qəbul etməyə başlayıblar

Türkiyədə son bir ildə islam dinini qəbul edən fərqli din mənsublarının statistikası açıqlandı.

Türkiyədə son bir ildə islam dinini qəbul edən fərqli din mənsublarının statistikası açıqlanıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə Dini İşlər Nazirliyi son 1 ildə 634 nəfərin dinini dəyişdirərək müsəlman olduğu barədə məlumat yayıb.

İslam dinini qəbul edən bu insanların ¾-ü, yəni 467 nəfəri qadınlardır. Sonradan islam dinini qəbul edənlərin böyük əksəriyyəti əvvəllər xristian olublar. Həm də onların əksəriyyəti yaşları 21-30 yaş arasında dəyişən gənclərdir. 31-40 yaş arasında dinini dəyişərək islamı qəbul edənlərin sayı isə 175 nəfərdir. Türkiyədə islam dinini qəbul edənlərin 25 faizi almanlardır. Almanları Rusiya, ABŞ, Fransa və İngiltərə vətəndaşları izləyir. Türkiyədə son bir ildə islam dinini qəbul edən fərqli din mənsublarının yalnız 47 nəfəri Türkiyə vətəndaşıdır. Bunların 41-i qadın, 6-ı kişidir.

Türkiyədə 1997-2004-cü illərdə aparılan bir araşdırmaya görə, 7 il ərzində əvvəllər islam dininin mənsubu olan 344 nəfər başqa dini qəbul edib. Bu insanların 338 nəfəri xristianlığı, 6-ı iudaizmi qəbul edib.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 20 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.