Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





23.11.11 14:00
Müsəlmanların sosial şəbəkəsi SalamWorld.com-un baş redaktoru Elmir Quliyev təyin edilib.

Elmir QuliyevDekabr ayında internetdə islam layihəsi – “Salamworld.com” adlı yeni sosial şəbəkənin sınaq buraxılışı həyata keçiriləcək. Şəbəkə dünya müsəlmanlarının yaxın əlaqələr qurmasına hesablanıb. Sayt islam dünyasının “Facebook”u olmağı hədəfləyir.

“Salamworld”un əsas qayəsi “siyasətsiz, haramsız, sərhədsiz” şüarı altında islami və insani dəyərlərin qorunması elan olunub. Saytın mərkəzi ofisi İstanbulda yerləşəcək, texniki işlər isə Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq.

Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu-York, Paris, Kuala-Lumpur kimi şəhərlərdə “Salamworld.com”un müxbir məntəqələri yaradılacaq.

İlk mərhələdə sayt türk, ərəb, fars, rus, ingilis, fransız dillərində fəaliyyət göstərəcək, daha sonra saytın istifadə dilləri artırılacaq (Azərbaycan, qazax, özbək, malay, urdu, çin, benqal, puştu və digər dillər).

Saytın baş redaktorluğu Azərbaycan nümayəndəsi, məşhur “Quran” tərcüməçisi, islamşünas Elmir Quliyevə həvalə olunub.
MediaForum

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 20 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.