Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





22.12.11 01:44
Əgər bilsəydiniz ki…

• Əgər bilsəydiniz ki, Alləmlərin Rəbbi olan Allah Qiyamət günü elə şiddətli qəzəblənəcək ki,

• Əgər bilsəydiniz ki, O Cəhənnəm neçə illərin atəşi ilə alovlanıb,

• Əgər bilsəydiniz ki, O Cəhənnəmin dərinlikləri nə qədərdi,

• Kafirlərə veriləcək əzabları bilsəydiniz,

• Əgər bilsəydiniz ki, O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər də qaralacaqdır,

• Əgər bilsəydiniz ki, Qiyamət günü bəzilərini kitabi sağ əlinə bəzilərin isə arxadan sol əlinə veriləcək

• Cəhənnəm alovunu 70 dəfə şiddətli olduğunu bilsəydiniz,

• Əgər bilsəydiniz ki, kafirlərin geyimi od, yeməyi də od olacaq,

• Əgər Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğunu bilsəydiniz,

• Əgər bilsəydiniz ki Cəhənnəm bir həbsxanadır,

• Əgər Cəhənnəmin necə soyuq olduğunu,

• Cəhənnəmin uğultusunu və qəzəbini bilsəydiniz,

• Əgər bilsəydiniz ki, o gün insanların günahlarının çoxluğundan tərləri qulaqları səviyyəsinə çatar,

• Əgər O Cəhənnəmin atəşini bilsəydiniz,

• O gün günahkarların zəncirlənəcəyini,

• O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaətinin fayda verməyəcəyini bilsəydiniz,

• Əgər bilsəydiniz ki, O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək,

• Əgər O gün əzabın onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəyini,

• Əgər O gün sizin (məhşərə) gətiriləcəyinizi və heç bir sirrinizin gizlədilməyəcəyini,

• Göyün parçalanaçağını,

• İnsanın öz əleyhinə şahidlik edəcəyini,

• və baldırın baldıra dolaşacağını bilsəydiniz,

• Əgər mənim bildiklərimi bilsəydiniz,

Az gülər çox ağlayardınız !

Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Mən sizin görmədiklərinizi görür, eşitmədiklərinizi isə eşidirəm. Göy səs verdi. Guruldadı. Peyğəmbər: Səmada olan səsləri eşidirsinizmi deyə buyurdu. Səhabələr: Xeyr, ya Rəsulullah! dedilər. Peyğəmbər: Mən eşidirəm. Göydə elə bir qarış yer yoxdur ki, orada (Qiyamda, rukuda) və səcdə də olan bir mələk olmasın. Vallahi mənim bildiklərimi bilsəydiniz AZ GÜLƏR ÇOX AĞLAYARDINIZ. Yataqlarınızda qadınlarınızdan belə zövq almazdınız. Yüksək yerlərə çıxaraq Allaha yalvarıb bağışlanma diləyərdiniz» [ Tirmizi 2313, İbn Məcə 4190, Əhməd 5/173 ]

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Cənnət və Cəhənnəm mənə göstərildi. Xeyir və şər baxımından bu günki kimisini görmədim. Əgər mənim bildiklərimi bilsəydiniz AZ GÜLƏR ÇOX AĞLAYARDINIZ».  [ Buxari, Müslim ]

«Qoy onlar etdikləri (günahların) cəzası olaraq AZ GÜLÜB ÇOX AĞLASINLAR».

Tövbə 82

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 24 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.