Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





29.12.11 16:37
ABŞ və İsrail İrana hücumun şərtlərini müzakirə edir

“Daily Beast” yazıb ki, ABŞ müdafiə naziri Leon Panettanın bir neçə əvvəlki çıxışında İrana hücum planına qarşı çıxması İsrail hökumətinin narazılığına səbəb olub.

ABŞ-dakı İsrail səfiri hökumətinin narahatlığını Vaşinqtona çatdırıb. Ağ Ev isə İsrailə mesaj göndərərək İran “qırmızı xətt”i keçəcəyi təqdirdə bu ölkəyə hücum etməyi düşündüyünü bildirib. Vaşinqton İsraildən təkbaşına hərəkət etməməsini istəyib. Leon Panetta da daha sonra açıqlamalarında geri addım ataraq, ABŞ-ın İrana qarşı hər variantı masada saxladığını söyləyib.

“Daily Beast”" İrana hansı şərtlərdə önləyici hücum ediləcəyinə dair müzakirələr aparıldığını yazıb. Müşahidəçilər İranın nüvə silahlı əldə etməyə nə qədər yaxın olması məsələsində ABŞ və İsrail arasında fikir ayrılıqlarının olduğunu, bunun da iki ölkənin rəsmi Tehrana qarşı ortaq qırmızı xətt müəyyənləşdirməsinə mane olduğunu bildirirlər.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 28 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.