|
Fransanın diplomatik əlaqələri olan və beynəlxalq nüfuza malik ölkəyə qarşı “Türkiyə təhlükəli ölkədir” sözləri qəbulolunmazdır və biabırçılıqdır.
Azərbaycanın Fransadakı səfirliyi xəbər verir ki, belə bir açıqlama ilə Fransa senatoru Natali Qule keçmiş nazir və hal-hazırda Ot-de-Sen departamentini təmsil edən, erməni əsilli deputat Patrik Devicyanın “Türkiyə təhlükəli ölkədir” sözlərinə cavab verərkən deyib.
“Ermənistan təhlükəli deyil? Ölkə kasıbdır, Rusiya ilə apardığı siyasətinin qurbanıdır. Lakin 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal etməkdə davam edir və Xocalı daxil olmaqla, kütləvi qətllər törətməkdə təqsirlidir”.
Senator deyib ki, bir milyon qaçqının mövcudluğu sözügedən müharibənin nəticəsidir.
“Ermənistan özü qətllər törədən ölkələr düşərgəsindədir. Ermənistan Qarabağı işğaldan azad etməli, əraziləri boşaltmalı və sovet hakimiyyətindən özünü azad etməlidir”.
Xanım Qule deyib ki, Qafqazda hər şey açıq-aydın deyil.
“Lakin xanım Boyerin təklif etdiyi mətn Senatda qəbul olunsa və Konstitusiya Şurasında təsdiqlənsə, Qarabağda və Ermənistan tərəfindən işğal olunmuş ətraf ərazilərdə erməni təcavüzünün qurbanları da bu işğalın qeyri-qanuni olmasının tanınmasına və təzminatın ödənilməsinə çalışacaqlar. Bu isə Fransa məhkəmələrində olacaq”.
. |