Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





12.12.11 16:55
"Real Madrid" Mourinho ilə vidalaşır…

Jose MourinhoDeyəsən növbəti “El Klassiko”nu da uduzandan sonra, Madrid "Real"ının portuqaliyalı baş məşqçisi Joze Maurinyonun kral klubunun sükanı arxasından getməsi, tam şəkildə reallaşır.

"Real"ın “Barselona” qarşısında sərgilədiyi bərbad oyun sistemi, J.Maurinyonun "Real"dakı missiyasının başa çatmaqda olduğunu göstərməklə yanaşı, eyni zamanda klub rəhbərliyinin də portuqaliyalıya "yaxşı yol" deməsinin vaxtının çatdığını göstərir. İspaniya mətbuatı yazır ki, qarşılaşmadan sonra klub rəhbərliyinin toplantısı keçirilib və belə oyun sistemi ilə "Real"ın bu il də "Barselona"nın kölgəsində qalacağı açıq şəkildə dilə gətirilib. "Marça" qəzeti yazır ki, "Real" rəhbərliyində J.Maurinyo ilə yolların hələ yayda ayrılmalı olduğu, bunun ləngidilməsinin isə komandaya ciddi ziyan vurduğu barədə ciddi fikir formalaşıb. Eyni zamanda Madrid təmsilçisinin rəhbərliyi J.Maurinyo ilə yolların qış transfer dövründə ayrılmasını məqsədə uygun sayıb. İspaniya mətbuatının iddiasına görə, "Real"ın idarə heyətində həmişəkindən fərqli olaraq J.Maurinyonun qalıb işləməsinə tərəf olanların və onun kral klubuna xeyir verəcəyinə inananların sayı indi olduqca azdır.

SiaSport

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 29 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.