|
Gürcüstanın Batumi şəhərində GUAM-ın ticarət və nəqliyyata dəstək üzrə rəhbər komitəsinin iclası keçirilib.
GUAM mətbuat xidmətinin verdiyi məlumata görə, iki günlük iclasda qurum çərçivəsində ticarət və nəqliyyat üzrə layihənin icrası vəziyyəti, gömrükdən keçmiş mallara dair informasiya mübadiləsi və digər məsələlər nəzərdən keçirilib.
Görüşün yekunlarına dair protokol imzalanıb. Komitənin növbəti iclasının Kişinyovda keçirilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, GUAM-a Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova daxildir.
APA-ECONOMICS
. |