|
Otelin tikintisi Batumi şəhərində Dəniz Sərnişin Limanı yaxınlığında planlaşdırılıb. Otel üçün ayrılan ərazi sahəsi 1200m2, perimetri 140m olmaqla 40x30m düzbucaqlı şəklindədir.
Tikili əsasən dəmir-beton konstruksiyadan ibarət olacaq. Otel binasının setkaları metal konstruksiyalardır ki, bu konstruksiyalar zavod şəraitində hazırlana bilər. Bu həm də tikintinin sürətlə aparılmasına imkan verir. Metal setkalarda günəş enerjisindən istifadə etməyə imkan verən qurğular quraşdırılır.
Otel bir birinin üzərində yerləşən 4 ədəd blokdan ibarətdir (ümumi 22 mərtəbə) və hər blokunun hündürlüyü 21m olmaqla ümumi hündürlüyü 84m-dir.
FOTOları izlə
. |