Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





05.12.11 19:35
Əli Məsimli: “Azərbaycan Gürcüstan və Ermənistanın iqtisadiyyatını dirçəltmək iqtidarındadır”

Əli MəsimliMilli Məclisin üzvü Əli Məsimli ilə müsahibəsi:

- Gürcüstan prezidenti Mixail Saakaşvili bu günlərdə Tbilisidə ermənistanlı həmkarı Serj Sarkisyanı qəbul edərkən Cənubi Qafqaz respublikalarının iqtisadi inteqrasiyası təşəbbüsü ilə çıxış edib. Gürcüstan prezidentinin bu ideyası hansı şəraitdə reallaşdırıla bilər?

- Cənubi Qafqazda inteqrasiya prosesləri Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını azad etdiyi günün səhərisi artıq başlaya bilər. Əgər Ermənistan bu işğalçı siyasətini aparmasaydı, Azərbaycan, Gürcüstan və Ermənistanın iştirak etdiyi ümumqafqaz evi bütün dünya üçün nümunəyə çevrilə bilərdi.

Başqa sözlə, hazırda Baltikyanı ölkələr arasında Baltikyanı İttifaq adlandırılan mövcud əməkdaşlıq formatını Cənubi Qafqazda da tətbiq etmək olardı. Bununla yanaşı, analoji format Cənubi Qafqazda uğurlu ola bilrədi. Çünki, Baltikyanı ölkələrdə insan potensialının yüksək olmasına baxmayaraq, Latviya, Litva və Estoniya enerji resursları baxımından korluq çəkirlər. Azərbaycan, Gürcüstan və Ermənistan ittifaqında belə problemlər yaranmazdı. Bu Cənubi Qafqaz ölkələri ümumiyyətlə qlobal iqtisadi böhranın onların iqtisadiyyatına təsiri ilə belə qarşılaşmazdılar.

Lakin, məlum olduğu kimi, təkcə 2009-cu ildə qlobal iqtisadi böhranın təsiri altında Ermənistanın ümum daxili məhsulunda (ÜDM) enmə 10-15% azalıb, eyni zamanda həmin ildə Azərbaycanın ÜDM-da artım 9,3% təşkil edib.

Bu onu göstərir ki, əgər Ermənisıtan Cənubi Qafqaz ölkələri ilə inteqrasiyaya üstünlük verərək torpaqların işğalı siyasətindən imtina etsəydi, Azərbaycanın ehtiyatlarından maksimum dərəcədə istifadə etmək imkanı qazanardı və bununla da iqtisadi itgilərdən qaçmış olardı.

Azərbaycanın Gürcüstanın çətin günlərində bu ölkəyə etdiyi yardım göstərdi ki, Ermənistan da Bakıdan analoji köməkliyi alacağına ümid edə bilərdi. Bununla yanaşı, Azərbaycanın Ermənistana yardımı Bakının Gürcüstana göstərdiyi yardımın həcmindən bir qədər çox olmuş olardı. Ümumiyyətlə, Azərbaycan hazırda Rusiyanın Ermənistana göstərdiyi yardımdan çox bu ölkəyə köməklik göstərə bilər.

Çünki, Rusiya Ermənistana yardım göstərməklə onu öz forpostuna çevirib. Lakin Azərbaycanın Ermənistana köməkliyi siyasi mahiyyət daşımazdı. Bu yardım Yaponiyanın öz regionunda olan ölkələrə göstərdiyi yardıma bənzər olardı. Məlumdur ki, Yaponiya qonşu ölkələrə yardım göstərən zaman siyasi maraq güdmür. Azərbaycan da öz qonşularına, ilk növbədə Ermənistana belə bir yardım göstərə bilərdi. Axı ötən dövr göstərdi ki, Azərbaycan Gürcüstana köməklik göstərən zaman heç bir siyasi məqsəd güdmədi.

Sözsüz ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistana köməklik göstərə bilər. Lakin qeyd edirəm ki, Azərbaycan tərəfindən belə bir yardım Ermənistanın işğal olunmuş torpaqların azad olunmasından ibarət olan yeganə şərti həyata keçirəcəyi zaman mümkün ola bilər.

Qarabağa ən yüksək status verildikdən sonra Azərbaycan Ermənistana kifayət qədər yardım göstərə bilər. Başqa sözlə desək, Azərbaycan Gürcüstan və Ermənistan iqtisadiyyatını müstəqil surətdə dirçəltməyə və inkişaf etdirməyə qadirdir.

- Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll edildiyi təqdirdə Azərbaycan mərkəzi hakimiyyəti Dağlıq Qarabağın əhalisinə hansı iqtisadi imtiyazları təklif edə bilər?

- Azərbaycan hökuməti bu məsələnin siyasi məqamlarını artıq daha əvvəl bəyan edib. Bu təklifin əsas məğzi ondan ibarətdir ki, əgər Qarabağ münaqişəsi hər iki tərəfin maraqlarının tarazlığına riayət edilməsi şərtləri daxilində həll olunarsa, Azərbaycan Qarabağa dünya təcrübəsində tətbiq edilən ən yüksək statusu təqdim edəcəkdir.

Bu o deməkdir ki, Azərbaycan Qarabağ ermənilərinə ölkənin bütün əhalisinin istifadə etdiyi göstəricilərə uyğun həyat səviyyəsi təmin edəcəkdir. Bu bölgənin erməni əhalisinin həyat səviyyəsinin yüksəldilməsi vəsaitlərin investisiyalaşdırılması, iş yerlərinin açılması, iqtisadiyyatın müxtəlif sahələrində kreditlərin verilməsi, eləcə də onlar üçün Azərbaycanın bütün vətəndaşları ilə bərabər səviyyədə ölkənin təhsil və səhiyyə sistemindən istifadə etmək imkanlarının yaradılması hesabına təmin ediləcəkdir.

- Azərbaycan Dağlıq Qarabağın hərtərəfli inkişafına nail olunması üçün lazımi iqtisadi potensiala malikdirmi?

- Azərbaycanda Qarabağın iqtisadiyyatının qısa vaxt ərzində dirçəldilməsi üçün lazımi potensial mövcuddur. İstənilən halda, münaqişə məhz bu cür nəticələnəcək, lakin bu nə qədər tez baş versə, tərəflər üçün bir o qədər yaxşı olacaq.

Ötən vaxt ərzində bütün regional layihələrdən kənarda qaldığı üçün Ermənistanın irimiqyaslı itkilərlə üzləşdiyi məlumdur. Ümumilikdə, Qafqaz Ermənistanın Azərbaycanın kürəyinə endirdiyi xəncər zərbəsi nəticəsində dünyanın ən təhlükəli bölgələrindən birinə çevrilib. Buna görə də, Cənubi Qafqazda tərəqqi, demokratik islahatlar prosesi ləngiməli olur.

- Qarabağ münaqişəsinin nizamlanmasının hansı mərhələsində Azərbaycanın işğal edilmiş ərazilərinin iqtisadiyyatının bərpa edilməsi üçün maliyyə vasitələrini işə salması daha məqsədəuyğun olardı?

- Azərbaycan tərəfi Dağlıq Qarabağın iqtisadi inkişafı ilə bağlı proqram layihələrini hazır etməlidir. Lakin bu proqramlar yalnız Azərbaycan torpaqları Ermənistan tərəfindən azad edildikdən sonra yerinə yetirilə bilər. Mən bu proqramların torpaqların işğaldan azad edilməsindən əvvəl icra edilməsinin tərəfdarı deyiləm.

- Bu proqramlarda hansı iqtisadi imtiyazlar öz əksini tapa bilər?

- Qarabağa bitişik, işğal altında olan ərazilərin sahəsi Dağlıq Qarabağın özünün ərazisindən dörd dəfə böyükdür. Azərbaycan bütün bu torpaqların tamamilə işğaldan azad olunmasından sonra orada bəzi ölkələrin azad iqtisadi zonalarda tətbiq etdiklərindən daha yaxşı iqtisadi şərtlər yarada bilər. Bundan əlavə, Azərbaycan qısa müddət ərzində iqtisadi inkişafa nail olunması məqsədilə, Qarabağda xüsusi vergi rejimi tətbiq edə bilər.

N.H.

Gün.Az

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 32 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.