|
Tiflis merinin müavini Georgi Tsxakaya “APA-ECONOMICS”ə bildirib ki, üç gün davam edəcək festivalın məqsədi Tiflisin ticarət şəbəkəsini inkişaf etdirmək, istehlakçıları təşviq etmək və Gürcüstan paytaxtına turistləri cəlb etməkdir.
Onun sözlərinə görə, şoppinq-festivalda Tiflisin iri ticarət mərkəzləri iştirak edir. Burada 7 min kommersiya obyekti - kafelər, hotellər, mağazalar, əyləncə mərkəzləri öz xidmətlərini 20-70% endirimlə təqdim edirlər: “Biz müxtəlif kommersiya obyektlərinə təklif etdik ki, ayrı-ayrılıqda təqdim etdikləri endirim kampaniyalarını bu festival çərçivəsində daha keyfiyyətli şəkildə təqdim etsinlər. İlk gün festivalın həm turistlər, həm də yerli əhali tərəfindən maraqla qarşılandığını göstərir”.
Qeyd edək ki, festival çərçivəsində Gürcüstanın qida sənayesi məhsulları sərgisi də keçirilib. Burada 24 şirkət öz məhsullarını təqdim edib.
. |