Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





15.12.11 18:11
Gürcüstanda "SOCAR" brendli daha 6 yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Bu gün ARDNŞ-nin Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq “SOCAR” brendi ilə fəaliyyət göstərən daha 6 yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Milli.Az xəbər portalının Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, “SOCAR Georgia Petroleum” MMC tərəfindən inşa edilmiş yeni YDM-lər Sameqrelo-Yuxarı Svanetiya bölgəsinin Mestia rayonunda, Kaxetiya bölgəsinin Dedopliçkaro rayonunda, Şida Kartli bölgəsinin Qomi yaşayış məntəqəsində, Çalengixa rayonunun Cvari yaşayış məntəqəsində, Poti şəhərində və Acar Muxtar Respublikasının Keda rayonunda istifadəyə verilib. Açılış mərasimlərində ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin və “SOCAR Energy Georgia” MMC-nin rəhbərləri, yerli icra hakimiyyətlərinin və Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Bununla da Gürcüstan ərazisində “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 88-ə çatıb.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 31 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.