Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





29.12.11 16:35
“The Financial Times”: “Türkiyə və Azərbaycan arasında imzalanmış son razılaşma “Nabucco” üçün yeni bir zərbə oldu”

“BP-nin istismar etdiyi “Şahdəniz” yatağından hasil olunan qazı Türkiyədən Avropaya nəql etmək hüququna yiyələnmək üçün bir neçə rəqib boru kəməri konsorsiumu Azərbaycanın xeyir-duasını almağa çalışır.

Bu ay Azərbaycan xəbərdarlıq edib ki, “Nabucco” ölkənin yaxın perspektivli ehtiyaclarını ödəmək üçün olduqca iddialı layihə ola bilər”. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Financial Times” qəzetində işıq özü görmüş məqalədə deyilir.

Bu yaxınlarda enerji sahəsində imzalanmış Azərbaycan-Türkiyə və Türkiyə-Rusiya sazişlərinə toxunan Britaniya nəşri belə qənaətə gəlir ki, iri layihə olan “Nabucco”nun gələcəyi sual altına düşür: “Türkiyə ilə Azərbaycan arasında imzalanmış və “Şahdəniz”dən Türkiyə-Bolqarıstan sərhədinə kimi ildə 16 mlrd. kubmetr qaz nəqlini nəzərdə tutan saziş “Nabucco” üçün yeni bir zərbə oldu”.

“The Financial Times” qeyd edir ki, “sərmayəçilər “Nabucco” borusunu 32 mlrd. kubmetr qazla dolduracaq mənbə tapmaqda və 12-15 mlrd. avroluq layihənin rentabelliyini əsaslandırmaqda çətinlik çəkdiklərinə görə “Nabucco”nun gələcəyi qeyri-müəyyən vəziyyətə düşüb.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 31 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.