|
Kulevi terminalı ilə dekabr ayında ötürülən neft və neft məhsulu həcmləri açıqlanıb.
SOCAR-dan verilən xəbərə görə, 2011-ci ilin dekabr ayında Kulevi terminalı 210 900 ton neft və neft məhsulu qəbul edib.
Həmin dövrdə terminaldan 231 900 ton neft və neft məhsulu ötürülüb.
Ümumilikdə, 2011-ci ildə Kulevi terminalı 3 357 830 ton neft və neft məhsulu qəbul edib, 3 341 063 ton isə ötürüb.
. |