|
Arif Kəskin
“21 Yüzyıl Türk İnstitutu Ortadoğu Araşdırmalar Mərkəzinin” başqanı.
Müasir fars millətçiliyi əslən türk olan Dr. Mahmud Əfşar və «Ayəndə» jurnalı ilə yeni mərhələyə qədəm qoymuşdur. Mahmud Əfşar müasir fars millətçiliyi nəzəriyyəsini təkmilləşdirmiş və sistematik hala gətirmişdir. M. Əfşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. M. Əfşar məqsədi İran milli birliyini təşkil etmək olan «Əncümən-e İran Cəvan» adlı dərnək qurmuş və 1923-cü ildə «Ayəndə» jurnalını nəşr etməyə başlamışdı. Bu jurnal İranda fars millətçiliyi fikrini yayan və qoruyan mətbu orqana çevrilmişdi. Burada nəşr olunan yazıların əsas mövzusunu «mərkəziyyətçi dövlət və vahid milli kimlik» təşkil edirdi.
Mahmud Əfşar «Ayəndə» jurnalının birinci sayındakı bir yazısında belə deyirdi: «İranın milli birliyini qorumaq və mükəmməlləşdirmək cəmiyyətimizin tələbi və idealımızdır. İranın milli birliyi nə deməkdir? İranın milli birliyi ölkə sərhədləri daxilində yaşayan insanların əxlaqi, ictimayi və siyasi birliyidir. İranın milli birliyi siyasi istiqlaliyyət və torpaq bütünlüyünü vacib qılır. Milli birliyi necə əldə edə bilərik? Fars dili bütün ölkə çapında yayılmalıdır. Regional müxtəliflik, məsələn geyim və əxlaq müxtəlifliyi aradan qaldırılmalıdır. İranda yaşayan etniklərin hər biri ayrı bir dildə danışmamalıdır. Dil, əxlaq, geyim və ənənə birliyi mövcud olmadııı müddətcə, siyasi istiqlalımız və torpaq bütünlüyümüz daim təhlükə altında olacaqdır. İranda yaşayan müxtəlif qəbilə və etnikləri bənzərləşdirmədiyimiz, yəni iranlılaşdırmadııımız müddətcə gələcəyimiz təhlükə altında qalacaqdır. İranın bütün bölgələrində, xüsusən Azərbaycanda fars dili yayılmalıdır, farsca olmayan coırafi adlar dəyişdirilməlidir”.
Mahmud Əfşar İranlılaşmanı tərəqqi və müstəqilliyin təməli olaraq qəbul edirdi. Müxtəliflik və çeşidliliyi isə ziddiyət və geriliyin səbəbi hesab edirdi. Onun tarix anlayışı, təhlükələr üzərində qurulmuş təfəkkür tərzinin məhsulu idi. M. Əfşara görə İran tarix boyu müxtəlif təhlükələrdən keçmişdi və indi də bu təhlükələrlə üz-üzədir. O, bu təhlükələri belə sadalayırdı:
Qırmızı təhlükə: Kommunizm təhlükəsi.
Yaşıl təhlükə: Ərəb və İslam təhlükəsi.
Sarı təhlükə: Türk və Türkiyə təhlükəsi.
Qara təhlükə: Cəhalət və mollaların təhlükəsi.
«Fars millətçiliyini əsas alaraq qurulan dövlət bu təhlükələrin qarşısını almalıdır» deyən M. Əfşar bu təhlükələrdən qurtulmanın tək yolu olaraq iranlılaşmanı görürdü. M. Əfşara görə fars millətçiliyinin əsas vəzifəsi güclü bir mərkəziyyətçi dövlət qurmaq, fars olmayanlar arasında fars dilini yaymaq, türkləri və ərəbləri sərhədyanı bölgələrdən ölkənin daxilinə köçürmək idi.
Müəllif müasir fars millətçiliyinin təməl prinsiplərini belə açıqlayır: Fars millətçiliyi digər millətləri farslaşdırmaq müddəası üzərində qurulmuşdur, türk düşmənliyi ilə silahlanmışdır, ərəb və islam əleyhdarı olaraq inkişaf etmişdir. İslamın yerinə Zərdüşt dinini qəbul etmişdir. Qərbçi dünya görüşünü mənimsəmişdir. Modernləşmə tərəfdarıdır. Fars millətçiliyi Ari irqini İranın ilk sakinləri və sivilizasiya qurmuş qövm hesab edən tarix tələqqisi üzərinə bina edilmişdir.
Fars millətçilərinə görə Ari irqinə mənsub olan İran xalqları tarixi proseslərin paralelində başqa dilləri də mənimsəmişdilər. Məsələn, Azərbaycanda yaşayan xalq türkləşmişdir. Onlara görə azərbaycanlılar sadəcə türkdillidirlər, amma etnik mənsubiyyətcə Türk deyildirlər. Müasir fars millətçilərinin qənaətinə görə İranda türklərdən sonra ən böyük təhlükə İslam və ərəblərdir. İranlı uşaqların təhsil yetərsizliyi, iranlıların öz milli haqlarını əldə edə bilməməsi və insanların gələcəyinin təminat altında olmamasının əsas səbəbi İslamdır. Bəzi müasir fars millətçilərinə görə (məsələn Mirzə Aıaxan Nuri) Ari irqinə mənsub olan İranlılar, Sami irqinə mənsub olan ərəblərin istilasından sonra gözəl simalarını, uca boylarını, bir çox fiziki xüsusiyyətlərini «irqi kirlənmə» nəticəsində tədricən itirmişdirlər.
Müasir fars millətçiliyinin Türklüyü və İslamı ən böyük təhlükə olaraq görməsi tarixi məfkurədən qaynaqlanır. Müasir fars millətçiliyinə görə İranda sivilizasiyanın təməlini Arilər qoymuşdurlar, amma bu sivilizasiya özünün təbii inkişaf prosesindən ərəblər və türklər tərəfindən uzaqlaşdırılmışdır. Başqa sözlə ifadə etsək, Ari sivilizasiyası bu istilalara məruz qalmasaydı İran dünyanın ən qüdrətli dövləti ola bilərdi. Fars millətçiləri Ari irqinin təbii inkişaf prosesindən uzaqlaşdırılmasını «tarixi böhran» adlandırırdılar. Tarixi böhrün cəmiyyətin bütün sahələrində durgunluğa və geriləməyə səbəb olmuşdur. Tarixi böhran nəticəsində İran cəmiyyətinin inkişafa meyilli sağlam təşəkkülü pozulmuşdur. Fars millətçiləri tarixi böhranları belə sadalayırdılar:
Makedoniya böhranı: Yunan dili və İsgəndər vasitəsi ilə
Ərəb-İslam böhranı: Ərəb dili ilə
Türk (Səlcuq) böhranı: Türk dili ilə
Moğol böhranı: Türk dili ilə (moıolları da türk sayırdılar)
Teymur böhranı: Türk dili ilə.
Qərb mədəniyyəti böhranı: İngilis və Fransız dili ilə.
Belə bir nəzəriyyə üzərində qurulan müasir fars millətçiliyi 1924-cü ildə İran ordusunda xidmət edən və ana tərəfdən Azərbaycan türkü ata tərəfdən isə fars olan Rza Pəhləvinin Türk Qacar sülaləsini devirərək hakimiyyəti ələ keçirməsi nəticəsində iqtidara gəlmişdi. Rza şah Pəhləvinin yeritdiyi siyasət fars millətçilərinin arzularının artıqlaması ilə həyata keçirilməsi məqsədini güdürdü.
Müasir fars millətçiliyinin iqtidara gəlməsinə xarici amillərin də böyük təsiri olmuşdur. İngiltərə İranın geostrateji mövqeyinə böyük əhəmiyyət verirdi. Londonun İrandakı nüfuzu onun Hindistandakı hegemoniyasını zəmanət altında saxlayırdı. «Manchester Guardian»ın 17 mart 1910-cu il sayısındakı bir məqalədə belə deyilirdi: «İran bütün zəifliyinə rəımən İslam dünyasında Osmanlıdan daha güclü mövqeyə sahibdir. Fars dili İslam ölkələrinin fransızcasıdır. Bu dilin coırafi təsir dairəsi Atlantik okeanına qədər uzanır. İranın yox olması bizim nüfuz dairəmizi azalda bilər. Şərqdəki nüfuzumuz İranın müstəqilliyinə baılıdır».
Rusiya bolşevik inqilabı İrandakı siyasi proseslərə dərin təsir göstərmişdi. Bolşeviklər inqilabdan sonra bütün imtiyazları ləğv etmişdilər və Qacar sülaləsinə müxalif olan gücləri dəstəkləməyə başlamışdılar. İngiltərə isə bolşevik inqilabından əvvəl İranda güclü və mərkəziyyətçi dövlətin qurulmasına qarşı ikən, inqilabdan sonra bu siyasətini dəyişdirmişdi. London İranda güclü dövlətin qurulması istiqamətində siyasət yeritməyə başlamışdı. Qacarlar İngiltərənin bu siyasətini həyata keçirməyə qabil deyildilər. Bundan başqa İran ilə İngiltərə arasında baılanmış 1919-cu il müqaviləsinin Əhməd şah Qacar tərəfindən təsdiq edilməməsi İngiltərəni qıcıqlandırmışdı.London İran üçün hazırladığı planları həyata keçirəcək şəxsi müəyyənləşdirmişdi. Rza şah bu iş üçün ən uyıun adam idi. Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məmməd Əli Furuğinin müstəsna rolu olmuşdur. Məmməd Əli Furuği əslən Bağdadlı bir yəhudi idi. Onun atası Zəkaülmülk İranın məşhur ziyalılarından, Mason təşkilatının qurucularından, Qərb və İngilispərəst siyasətin tərəfdarlarından biri idi. Məmməd Əli Furuği Mason təşkilatının nizamnaməsini Fransız dilindən farscaya tərcümə etmişdi. O, Qacarların devrilməsində və Pəhləvilərin hakimiyyətə gəlməsində böyük rol oynamışdı.
Müasir fars millətçiliyi ilk başlarda ictimaiyyətin müasirləşməsi ehtiyacından və Qərbçiliyə etirazın bir forması olaraq meydana çıxmışdı. Lakin tezliklə o İngilis imperyalizminin ideolojik ruporuna çevrilmişdi. Fars millətçiliyi inkişaf prosesində Masonlar və sionistlər, Hindistanda yaşayan fars oliqarxiyası və erməni təşkilatları tərəfindən dəstəklənmişdi.
Özünü «Pers kralı» elan edən Rza şah hakimiyyətə gəldikdən sonra ordu, iqtisadiyyat və cəmiyyətin bütün güc mərkəzlərini ciddi nəzarət altına almışdı. 1926-cı ildə o, bütün dövlət mexanizmini öz şəxsinə baılamışdı. Tezliklə Rza şaha müqavimət göstərə bilən partiya və siyasətçilər susturuldular. 1927-ci ildə siyasi partiyalar qadağan olundu. Həssam Müdərris, Həsən Pirniya və Qacar ailəsinə mənsub Dr. Məhəmməd Müsəddiq məclisdən uzaqlaşdırılmış və təqib olunmuşdular. Rza şah ölkə iqtisadiyyatını da öz inhisarına almışdı. Onun dövründə qurulmuş bütün müəssisələr ya şahın şəxsi mülkiyyəti idi ya da onun şərikliyi ilə fəaliyyət göstərirdi. Rza şah 1927-ci ildə «Fikir İnkişaf Təşkilatı»nı qurmuşdu. Bu qurumunu əsas vəzifəsi mədəni müxtəlifliyi aradan qaldırmaq, bütün İran əhalisini farslaşdırmaq və beləcə yekcins milli kimlik yaratmaq idi. Rza şahın daxili siyasətində etnik mənşələrin inkarı mühüm yer tuturdu. Tezliklə o, müəllifi olduğu «Taxta Qapı» siyasətini həyata keçirməyə başladı. Bu siyasətin əsasını İranda yaşayan köçəri və yarıköçəri əhalini məcburi oturaq həyata keçirmək təşkil edirdi. Bu qərarla razılaşmayan bir çox köçəri camaatlara qanlı divan tutulmuşdu.
Rza şah şovinist ruhlu fars millətçisi idi. Onun müasirləşdirmə siyasətinin əsasını dinsizləşdirmə, etnik müxtəlifliklə amansız mübarizə, fars millətçiliyini intişar etmək, dövlət kapitalizmi və təhsil sisteminin məqsədyönlü inkişfı təşkil edirdi.[20] Onun bu siyasəti saray, dövlət bürokratiyası və ordu tərəfindən dəstəklənirdi. Onun ifratçılııı özündən sonra baş verəcək hadisələrin həcmini və mahiyyətini miəyyən etmişdi.
. |