Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





11.06.11 23:52
Gürcüstanın Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyinin Azərbaycanlıların Mədəniyyət Mərkəzinin “Sarvan” folklor rəqs qrupuna diqqəti.

İyun ayının 10-da Gürcüstanın Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyinin dəvətilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşlarının və onun nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupunun üzvlərilə nazirliyin  binasında görüş keçirildi.

Görüşün əsas məqsədi  azərbaycan  mədəniyyətini Gürcüstanda təbliğ  etməklə yanaşı gürcü cəmiyyətinə inteqrasiyanı  mədəni əlaqələrlə  reallaşdıran, bunun üçün repertuarı gürcü rəqslərilə zəngin olan    “Sarvan”  folklor rəqs qrupuna Reinteqrassiya Məsələləri üzrə Nazirliyin təşəbbüsü ilə Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyinin tərəfindən xüsusilə hazırlanmış gürcü milli geyimlərinin təqdimatı oldu.

Tədbirdə Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Naziri cənab Nikoloz Rurua, Nazirlik əməkdaşları, Gürcüstanın Reinteqrasiya məsələləri Üzrə Nazirliyinin Mülki inteqrasiya idarəsinin rəisi Maya Xviçia və azərbaycanlı müşavirləri Savalan Mirzəyev, Zairə Musayeva, Kvemo Kartli quberniyasının nümayyəndəsi Nino Basiaşvili və gürcü ziyalıları, KİV və digər  nümayyəndələr iştirak etdilər.

Tədbiri açan Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Naziri cənab Nikoloz Rurua hər kəsi salamlayaraq azərbaycan-gürcü xalqları arasında olan mədəni əlaqələr və dostluğu haqqında danışdı. “Gürcüstanda azərbaycan xalq rəqsələrinin təbliğilə məşqul olan “Sarvan” folklor rəqs qrupunun fəaliyyətilə tanışam, qrupun üzvləri Gürcüstan vətəndaşları olan azərbaycanlılardı, azərbaycan rəqslərilə yanaşı onlar həmçinin gürcü rəqsləri də ifa edirlər. Gəncləri sevindirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzusuilə Nazirlik adından xüsusən qrup üzvləri üçün hazırlanmış 24 dəst milli gürcü geyimləri hədiyyə etmək istəyirik. Qeyd edim ki, bu Reinteqrasiya Məsələləri üzrə Nazirliyinin təşəbbüsü olmuşdur. AMM-nə və qrupa gələcək fəaliyyətlərində uğurlar arzu etmək istəyirəm və gələcəkdə sıx əməkdaşlıq edəcəyimizi düşünürəm”-çıxışında qeyd etdi nazir.

Səhnəyə yeni milli geyimlərlə daxil olan “Sarvan” rəqs qrupu yeni səhnələşdirilmiş “Mtiuluri” (Dağlar rəqsi) rəqsi ilə canlı müsigi müşayəti altında  çıxış etdi. Bu rəqs qrup tərəfindən ilk dəfədir nümayiş olundu.  Rəqsi qurmaq üçün tanınmış  gürcü xoreoqraf Tariel Amaşukeli  dəvət olunmuşdur. Daha sonra “Sarvan” qrupu “Odlar yurdu”  rəqsi ilə çıxış etdi və  çıxışlar publika tərəfindən böyük zövqlə qarşılandı.

Çıxışları izlədikdən sonra Gürcüstanın Reinteqrasiya məsələləri Üzrə Nazirliyinin Mülki inteqrasiya idarəsinin rəisi xanım  Maya Xviçia ürək sözlərini söyləyərək rəqs qrupunun çıxışlarını bəyəndiyini bildirdi. Nazirliyə onların ricasını yerinə yetirdiyinə görə təşəkkürünü bildiri.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov  çıxışında bütün Gürcüstan azərbaycanlıları adından azərbaycan mədəniyyətinə bu cür diqqət yetirdiklərinə görə nazir Nikoloz Ruruaya təşəkkürünü bildirdi. Gürcü cəmiyyətinə inteqrasiyanın yollarından birinin mədəniyyət olduğunu bildirən sədr gürcü rəqslərinin gənclər tərəfindən böyük həfəs və sevgiylə ifa etdiklərini bildirdi. “Bu səıbəbdən biz istərdik ki, gürcü rəqslərilə qrupun repertuarı zəngin olsun, bunu reallaşdırmaq üçün qarşımızda milli geyimlərin olmaması  manesi dururdu, biz də Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyinə və Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə nazirliyinə müraciət etdik, bu gün də bizim müraciətimizin cavabsız qalmadığını gördük. Bu bizə Gürcüstan dövlətinin artan diqqətinin bariz nümunəsidir.”-dedi Fazil Həsənov.

Qeyd edək ki, artıq 4 ildir ki, fəaliyyət göstərir. Qrupun formalaşmasında,onların milli geyimlərlə təmin olunmasında Heydər Əliyev Fondunun və Diasporla İ. Üzrə dövlət Komitəsinin böyük dəstəyi olub. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu azərbaycan xalq rəqslərini Gürcüstanda təmsil etməklə yanaşə gürcü rəqslərinə də müraciət edir. Qrupun rəhbəri Cəmilə Məmmədovanın sözlərinə görə bu da qrup iştirakçıları tərəfindən seve-sevə ifa olunur. “Sarvan ” folklor rəqs qrupu beynəlxalq müsabiqələrdə iştirak edərək həmişə ön sıralara layiq olmuşdur. Qran-pri, qızıl, kubok və diplomlarla təltif olunmuşdur.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin

Mətbuat xidmətinin rəhbəri: Nərgiz Əliyeva

Azərbaycanlıların Mədəniyyət Mərkəzi

Azərbaycanlıların Mədəniyyət Mərkəzi

Azərbaycanlıların Mədəniyyət Mərkəzi

 

 

 

 

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 35 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.