Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





12.09.11 23:10
Gürcüstan paytaxtında Qara Qarayev və gürcü bəstəkarı Aleksi Maçavarianinin əsərlərindən ibarət konsert olacaq
“Gürcüstan paytaxtında məşhur Azərbaycan bəstəkarı Qara Qarayev və gürcü bəstəkarı Aleksi Maçavarianinin əsərlərinin səslənəcəyi konsert olacaq”.
Bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikoloz Rurua deyib. O bildirib ki, hər iki bəstəkar uzun illər dost olub: “Konsertə Azərbaycandan da nümayəndə heyəti gələcək. Azərbaycan Konservatoriyasının rektoru da bu nümayəndə heyətinə daxildir. O, Tiflisdə gürcü həmkarı ilə görüşəcək və mənim şəxsi qonağım olacaq. Biz Azərbaycanla çox sıx dostluq şəraitində fəaliyyət göstəririk. Bu yaxınlarda mən Azərbaycanda olanda həmkarım Əbülfəs Qarayevlə Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və digər vacib məsələlər barədə ətraflı danışıqlar apardıq”.
APA

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 34 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.