|
Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının çıxışı olacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, “Balet axşamı”da gürcüstanlı sənətçilərin ifasında bir neçə balet tamaşası nümayiş etdiriləcək. Bunlar Jorj Bizenin musiqisinə “Variasiyalar”, gürcü xalq melodiyaları əsasında “Saqalobeli” və L.Eto, N. Yamaquçi və A.Toşanın musiqisinə “Yaponiya haqqında yuxular” baletləridir.
Balet truppasının rəhbəri Nina Ananiaşvilidir.
. |