|
İlk olaraq MGM-də QİÇS-lə bağlı gənclərə seminar keçirildi. Seminarda gənclərə QİÇS barədə dolğun məlumat verildi. Həmçinin seminarın açılışında “Qan Donorları Assosiyasiyası”-ın sədri Fuad Əsgərovun müraciəti səsləndi. Ümumilikdə seminarda 30dən artıq gənc iştirak etdi.
Seminardan sonra aksiya şəhərdə davam etdi. Burada gənclər “QiÇS-ə yox deyirik”, “QİÇS-ə yoluxmamaq öz əlimizdədir”,”QİÇS dayan ” və başka şuarlarla cıxış etdilər.
Aksiya qızlar arası voleybol yarışması ilə davam etdirildi. Burada Ata Holding Center, 2 saylı rus məktəbi, 5saylı gürcü məktəbi və 1nömrəli Sadaxlı məktəbinin qızlardan ibarət voleybol komandaları iştirak etdilər.
. |