Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





28.01.12 23:17
Vaqif Məmişov: "Heç vaxt doğma Azərbaycanımızı yaddan çıxarmarıq"

Vaqif MəmişovVaqif Məmişov: "Azərbaycan həqiqətlərini yaymaq gündəlik işimizdir"

Sankt-Peterburq şəhərindəki Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun müsahibəsi.

Vaqif Məmişovun rəhbəri olduğu Sankt-Peterburq şəhərindəki və Leninqrad vilayətindəki Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti ətrafında 800 mindən çox həmvətənimiz birləşir.

Bu qurum tatarlardan sonra Sankt-Peterburqda ikinci ən böyük diaspor təşkilatıdır. Şəhərin və vilayətin keçirdiyi dövlət səviyyəli tədbirlərdə bu təşkilatın da nümayəndələri çox yaxından iştirak edirlər. Bəzi məsələlərdə dövlət rəsmiləri bu təşkilatla hesablaşırlar. V.Məmişovun təşkilatçlığı və burada yaşayan ziyalılarımızın sayəsində "Bazar günü" adlı Azərbaycan məkəbi açılıb. Bu məktəbdə Sankt-Peterburqda, Rusiyada dünyaya gələn və dilmizi yaxşı bilməyən azərbaycanlılar öz doğma dilini, tariximizi, ədəbiyyatımızı, incəsənətimizi, adət-ənənələrimizi yaxından öyrənirlər. Eləcə də yaxın zamanlarda Azərbaycandan köçüb orada məskunlaşan və rus dilini yaxşı bilməyən həmvətənlərimiz də rus dilini mükəmməl öyrənirlər.

V. Məmişov Borçalı mahalında anadan olub. O, Sankt-Peterburqda nüfuzlu iş adamıdır və diaspor fəaliyyəti ilə də məşğuldur. O, "Həftə içi"nə müsahibəsində bizi maraqlandıran suallara cavab verdi.

- Mən mübaliğəsiz deyə bilərəm ki, bu gün Azərbaycan bütün sahələrdə iri addımlarla irəliləyir. Mən müəssisə rəhbəri və dövlət səviyyəsində çalışan bir insan kimi bunu qətiyyətlə deyirəm. Bakı şəhərinə və Azərbaycanın regionlarına qonaq gedən ayrı-ayrı millətlərdən olan dostlarım, oradan qayıdanda, Odlar Yurdunda gördükləri gözəlliklərdən çox böyük ürək dolusu ilə danışırlar. Bakı bu gün keçmiş sovetlər məkanının ən sakit, milli məsələlərə, millətlərə çox hörmətlə yanaşan şəhərlərdən biridir. Onlar danışırlar ki, bütün gecəni şəhərin bir-birindən yaraşıqlı küçələrində gəzəndə heç bir hadisə ilə rastlaşmadıq. Hər yerdə bizi çox böyük hörmətlə, izzətlə, qonaqpərvərliklə qarşıladılar. Bax Azərbaycanda bu stabilliyin qorunmasında mənə el gəlir ki, ən böyük xidmət prezident İlham Əliyevindir. Elə azərbaycanlılar Eldar Qasımov və Nigar Camalın "Eurovision-2011" müsabiqəsinin qalibi olmasında, millətimizin üçrəngli bayrağını ən uca zirvəyə qaldırılmasında da mən deyərdim ki, ilk ən böyük xidmət onundur. İndi hər bir azərbaycanlı kənarda qalmamalı, milli məsələlərdə dövlətə yardımçı olmalıdır. Biz də bu mənada Sankt- Peterburqda, bütövlükdə Rusiyada və digər xarici ölkələrdə çox işlər görürük. Emənilərin millətimizin başına gətirdiyi faciələri olduğu kimi, burada olan millətlərə çatdırırıq. Bununla bağlı çoxlu kitablar çap etdirir, qəzetlərlə məqalələr verdirir və sənədli videomaterialları yaydırırıq. İstəyirik ki, əsl həqiqəti bütün millətlər bilsin. Bizim haqq işi uğrunda, torpaqlarımızın geri qaytarılması yolunda vuruşduğumuzu, mübarizə apardığımızı görsünlər.

- Təşkilatınız konkret olaraq hansı tədbirlər həyata keçirir və orada soydaşlarımıza münasibət necədir?

- Bizim Azərbaycan Milli Mədəni Muxtariyyətinin apardığı böyük işlərin sayəsində burada yaşayan həmvətənlərimizə münasibət çox yaxşıdır. Biz var qüvvəmizlə onların hüquqlarını qoruyuruq. Burada yaşayan hörmətli alimlərimizin, həkimlərimizin, iş adamlarımızın, hüquq-mühafizə orqanlarında çalışanlarımızın, müəllimlərimizin, incəsənət işçilərinin və başqa sferada çalışan çox hörmətli insanlarımızın sayəsində bütün millətlərin nümayəndələri bizə dərin hörmət edirlər. Biz, dövlət səviyyəsində də çox yaxşı qarşılanırıq. Bizim iştirakımız olmadan heç bir dövlət səviyyəli tədbir keçirilmir. Rusiya-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsində biz də az iş görmürük. Öz mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi də burada yaxşı təbliğ edirik. Xeyrənisə xanım Abbasmirzə qızı Mirzəyevanın rəhbərlik etdiyi "Çinar" uşaq rəqs kollektivi təkcə Sankt-Peterburqda yox, ümumilikdə Rusiyada böyük hörmətlə qarşılanır. Özümüzün burada böyük idman kompleksimiz də var. Burada çox perspektivli futbolçular, güləşçilər və idmanın başqa növlərində böyük uğurlar qazanan, Rusiyanın Avropanın, dünyanın mötəbər yarışlarında qələbələr əldə edən həmvətənlərimiz yetişir. Biz, tez-tez burada yaşayan imkanlı həmvətənlərimizin və diaspor təşkilatımızın maliyyə dəstəyi ilə mədəniyyət və idman sahəsində tədbirlər keçiririk. Bu tədbirlərdə də başqa millətlərin nümayəndələri və şəhərin rəhbərləri çox yaxından iştirak edirlər.

- Nə vaxtdan diaspor fəaliyyətinə başlamısınız?

- Sankt-Peterburqda və Leninqrad vilayətində hələ Sovetlər Birliyi dağılandan bir neçə diaspor təşkilatlarımız olub. Onlardan ən çox tanınan "Dayaq", "Azəri" cəmiyyətləri idi. 1999-cu ildə bu təşkilatların və başqalarının birləşməsindən Sankt-Peterburq Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti yaranıb. Bu vaxta qədər də biz çoxlu tarixi işlər görmüşük. Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin və Leninqrad şəhərinin müdafiəsi uğrunda şəhid olan həmvətənlərimizin qəbirlərini əsaslı təmir etdirmişik. Hər il 9 may qələbə gününü geniş bayram günü kimi qeyd edirik. 10 may-ulu öndərin doğum günü təşkilatımız tərəfindən bayram kimi keçirilir. Dahi Nizami Gəncəvinin möhtəşəm heykəlini qoymuşuq. Bu heykəlin açılışında ulu öndər Heydər Əliyev və Rusiyanın o vaxtkı prezidenti, indiki baş nazir Vladimir Putin də iştirak edib. Bundan başqa, məşhur rus idmançısı Vsevolod Bobovun heykəlinin qoyuluşu, Konqreslər Sarayının əsaslı təmiri də bilavasitə bizim diaspor təşkilatının maliyyə dəstəyi hesabına başa gəlib. Vətənpərvər ruhlu, Qarabağla bağlı çoxlu kitabların çap olunmasında da bizim xidmətimiz böyükdür. Sankt -Peterburq Dövlət Universitetinin həyatından bəhs edən "Çoxmillətli Peterburq Universitetinin həyatı" adlı kitabın işıqüzü görməsində bizim xidmətimiz çoxdur. Bilirsiniz ki, həmin universitetdə həmyerlilərimiz Mirzə Kazımbəy, Topçubaşov, Abbasqulu ağa Bakıxanov, Böyükxanım Talışxanova və onlarla başqa alimlərimiz dərs deyib. Bu gün də orada dərs deyən həmyerlilərimiz, alimlərimiz çoxdur.

- Sankt-Peterburqda özünüzü necə hiss edirsiniz?

- Mən doğma Azərbaycanımızın, boya başa çatdığım Borçalı mahalının ən böyük təəssübkeşi olduğum kimi Sankt-Peterburqun da təəssübkeşiyəm. Çünki mən bu şəhərdə təhsil almışam. Burada ad-san qazanmışam. Övladlarım, ilk nəvəm burada dünyaya gəlib. Bu şəhər artıq onların qeydiyyata düşdüyü, vətəndaşları olduğu doğma şəhərdir. Mən çox sevinirəm ki, Sankt-Peterburqda Azərbaycanın ticarət sənaye və təhsil, mədəniyyət, idman sahəsində əlaqələrinin genişlənməsində, inkişaf etməsində mənim də xidmətlərim var. Biz çox sevinirik ki, Azərbaycanda 500 mindən artıq rus həmvətənlərimizlə böyük dostluq, qardaşlıq əlaqələrində yaşayırlar. Axı, azərbaycanlılar həqiqətən qonaqpərvər, millətlərə, dinlərə böyük ehtiramla yanaşan və qədim və ulu xalqdır. Biz Sankt-Peterburqlu olsaq da, heç vaxt doğma Azərbaycanımızı yaddan çıxarmarıq. Vətənin bir qışı, qürbətin yüz baharından yaxşıdır. Ona görə də Azərbaycanın hər uğuruna sevinirik. Ulu öndərin dediyi kimi, azərbaycanlı olmağımızla fəxr edirik.

Əli Zülfüqaroğlu, Nəriman Tomaroğlu, Bakı-Sankt-Peterburq-Bakı

Həftə-İçi

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 33 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.