Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





03.02.12 21:54
Zəlimxan Məmmədli; Biz kimsəyə savaş açmırıq, bizə qarşı savaş açanlara qarşı isə sona qədər varıq.

Zəlimxan MəmmədliSalamlayırıq Sizi Zəlimxan bəy.

- İlk sualımız son zamanlar Borçalı Cəmiyyətinə qarşı başlanmış qara P.R kompaniyaya aiddir.Siz bunu nə ilə əlaqələndirirsiz? Bu Zəlimxan Məmmədliyəmi yonəlib, yoxsa bir başa Borçalı Cəmiyyətinəmi?

Zəlimxan Məmmədli; İlk öncə diqqətə görə təşəkkür edirəm. Keçən ilin sonuna yaxın başlanmış (düzünə qalsa bu qara piar üç ildir davam edir)təsadüfi deyil, həm şəxsimə, həm də Cəmiyyətə qarşı yönəlib. Hədəf bütövlükdə Borçalı Cəmiyyətinin tutduğu prinsipial mövqeni, platformanı gözdən salmağa yönəlib. Maraqlıdır ki, bu kampaniyanı eyni həlqə əlaqəli şəkildə istər sosial şəbəkədə, istərsə də imkanları çatan dövri mətbuatda aparırlar. Fərdlərlə də intensiv pozuculuq işini davam etdirirlər.

Niyə məs bu vaxta təsadüf etdi bu P.R kompaniya ?

Zəlimxan Məmmədli; Bu da təsadüfi deyil. Maraqlıdır ki,Borçalı Cəmiyyəti  bir qurum olaraq 2011-ci ili yüksək nəticələrlə başa vururuq;- dekabr ayı ərzində “ Borçalı türk tarixi abidələri” mövzusunda  memarlıq elmi üzrə fəlsəfə doktoru, əməkdar memar Ömər Qoçulu 200 nəfərə yaxın elm,sənət adamları və görkəmli ziyalıların iştirakı ilə dinləmələr təşkil edir, Omər Qoçulunun rəhbərliyi ilə “Borçalı türk tarixi abidələrin bərpası və qorunması mərkəzi” yaradılır, bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə Borçalı türk tarixi abidələrinin reyestri, bərpası və qorunması, borçalı tarixi ensiklopediyasının işlənməsi, Borçalı türk folklorunun dərindən işlənməsi və nəşri üçün dövlət proqramlarının işlənməsi və həyata keçirilməsi xahişi ilə rəsmi məktub ünvanlayır.Eyni zamanda əslən Borçalı türkü olan, funksional analiz nəzəriyyəsinin banisi, Azərbaycan riyaziyyat elminin yaradıcılarından biri, AMEA-nın prezidenti olmuş akademik Zahid İsmayıl oğlu Xəlilovun 100  illiyini 300 nəfər Azərbaycanın məşhur elm fədailəri və geniş ictimaiyyətin iştirakı ilə yüksək səviyyədə təşkil edə bildik. “Zahid Xəlilov Mükafatı” təsis etdik, simvolik olaraq bu vaxta qədər xidmətləri olan güney Azərbaycandan dokdor Cavad Heyət, Türkiyədən Turan Yazqan, Qazaxstandan Oljes Suleymenov, Azərbaycandan LütfüZadə və Borçalı türkü Camal Mustafayev  həmin mükafatı aldılar. Bu böyük hadisə idi. Eyni zamanda dekabr ayı ərzində, akademik Zahid Xəlilovun üç əsərini təkrar (270 səh) gənc alimlərin istifədəsinə verə bildik. Dekabrin 25-də isə Axiska türkləri, Şuşa birlik Cəmiyyəti ilə birlikdə 250 nəfərin iştirakı ilə Gürcüstan Türrklərinin həmrəylik təntənəsini yaşaya bildik. Gürcüstanın əlaqədar orqanlarına soydaşlarımızın problelərinin həlli ilə bağlı gərəkən müraciətlərimizi etdik. Türkiyənin bəzi qurumları ilə səmərəli əlaqələrimiz quruldu.3 nəfət nümayəndə heyyətimiz Türkiyədə Sarıkamış şəhidlərinin anım törənində uğurla iştirak etdilər… və s.

Bu arada istər soydaş və istərsə dostdan yeni il, həmrəylik günü, həmçinin görülən faydalı işlərə görə təbrik mesajları gözləmək daha məntiqli və haqlı olardı. Minlərlə Soydaşımız, yaxın-uzaq ellərdəki dostlarımız dəyər verdi,könlümüzü oxşadılar, millətimizin təməl əxlaq sisteminə uyğun olaraq təbrik etdilər. Hamısına təşəkkürlər! Var olun! Bunlarla yanaşı qəfil (həm də təəssüf ki Borçalı əsillilər - onlardan gözləyirdik.)qurşaqdan aşağı, etik əxlaqi normalar nəzərə almadan, bütün hüquqi normaları ayaqlar altına alaraq mən və cəmiyyət atəşə tutulmağa başladı.Milliyətimi də, şəxsiyyətimi də, cəmiyyətin fədəkar ziyalılarını, tədbirlərimizi, işgüzar nüfuzumu, ailə üzvlərimi total qara piarlıq atəşinə tutmağa başladılar. Səbəbi çox da mürəkkəb deyil. Burada bir sıra faktorlar var. Birinci olaraq geosiyasi maraqları önə çəkərdim. Biz birmənalı olaraq Gürcüstanın Avroatlanti məkana inteqrasiyasını, Gürcüstanın NATO-ya üzvlüyünün regionun təhlükəsizliyi üçün mühüm rol oynayacağını dəyərləndirir və bölüşürük. Etnik separatçılığı birmənalı lənətləyir, Azərbaycan- Gürcüstan-Türkiyə strateji tərəfdaşlıgının reallaşacağına inanır və regionda müsbət dəyişikliklərin dayanıqlığının bu prosesdən çox asılı olduğu qənaətindəyik. Üç dövlətin konfederasiya ideyasına ən çox dəstəyimiz də bununla bağlıdır. Gürcüstanın ərazi bütövlüyünə sayğılıyıq və hətta bir müddətdən sonra separatçılarla mərkəzi hakimiyyət arasında vasitəçilik iddiasını ortaya qoymaq fikrindəyik.Yəni biz başqa platforma daşıyıcısı olarıqsa, qara piarlıq avtomatik aradan qalxacaq. Biz isə inandığımız millətlərimizin və dövlətlərimizin maraqlarını xırda hissləri qurban vermək fikrində deyilik. Açıq söylənilməlidir ki, Rusiya və İran bizim mövqeni sıradan çıxartmaq üçün artıq hərəkətə keçmişlər.Rusiya xarici siyasət idarəsinin Gürcüstan, xüsusilə Borçalı türkləri ilə bağlı verdiyi “hesabatı” yada salmaq istəyirəm. Rusiya ürəyiyumşaqlıq göstərərək sanki Borçalı türklərinə  ürəyinin yandığını, onların hüquqlarının kobud pozulduğunu, hətta uzağa gedərək Borçalının Gürcüstan tərkibində qalmasının mümkünsüzlüyünə incə işarə etməyi də unutmamışdı. Ondan bir az oncə isə NATO baş katibinin Tbilisidə Gürcüstanın birmənalı şəkildə NATO-ya daxil olacağı haqda verdiyi kəskin bəyanatı yada salmaq yetərlidir. Bax bunlara görə düşmən və onun yerli mirzələri iş başındadır. Hesab edirəm ki, Azərbaycanımızın və Gürcüstanın təhlükəsizlik orqanları və müvafiq strateji tədqiqat mərkəzləri bunu öz fəaliyyətlərində nəzərə almalıdırlar. Regionun təhlükəsizliyi təhdid altındadır! Bu kompaniyanın bir neçə ay sürəcəyi haqda düşünürəm. İran ətrafı həlqənin daralması, aprel-may aylarında ehtimal edilən NATO zirvə toplantısı çox şeylərə aydınlıq gətirəcək. Mən soydaşlarımızı ayıq-sayıq olmağa dəvət edirəm.

- Bunun arxasında kimlər durur, və nədən həmin şəxslər gizlənirlər?

Zəlimxan Məmmədli; Bir qismini söylədim. Bir qismini isə diqqətli oxucu sosial şəbəkədə tapa bilər. Özünü əsas füqur bilib, Türk milliyətçisi qiyafəsinə bürünmüş, bəzi aldanmışları qabağa verən isə adı çəkilən dövlətlərin birinin cəsusundan başqa birisi deyil. Mənim müxtəlif formalarda hətta ölümlə təhdid olunmağımın arxasında bu cəsusun durması haqda şübhələnməyə əsaslarım artmaqdadır.

- Borçalı Cəmiyyəti bu kompaniyanın qarşısını necə alacaq?

Zəlimxan Məmmədli; Ağılın,Elimin, aydınlarımızın gücü və dəstəyi və ardıcıl fəaliyyətimizlə bu kampaniya susdurulacaq. Məndən fəaliyyət haqda aldadıcı hesabat istəyənlər, axı özləri kimdir, və nə üçün öz işləri  məşğul olmurlar. Anormal haldır ki, bir içtimai və siyasi qurum hüququ olmadığı halda, o birisindən hesabat tələb edir, istefa nə bilim daha nə tələb edir. Danışanların heç biri Borçalı Cəmiyyətinin üzvü deyil. Biz isə hesabatlarımızı Azərbaycan qanunvericiliyinə uyğun müvafiq dövlət qurumlarına və ali orqanlarımızda veririk. Mən haqlı olduğum mübarizəyə baş vurur və həmişə uduram. Biz kimsəyə savaş açmırıq, bizə qarşı savaş açanlara qarşı isə sona qədər varıq.

- Borçalıda problemlər həll edilmir. Bu haqqda çox deyilib və deyilir. Problemlərin həll olunmasına necə nail olmaq olar?

Zəlimxan Məmmədli; Bu çox şaxəli baxış tələb edir. Problemlər mövcuddur, kifayət qədərdir, həm Gürcüstanda, həm də əksər postsovet ölkələrində. SSRİ dağıldıqdan sonra hansısa ciddi problemin, xüsusilə etnik problem zonalarında yaradılmış və ya yaranmış problemin ideal həll variantı baş tutub deyə bilmərəm. Bu hal olmayıb. Borçalı türk zonası da müəyyən mənada konflikt zonasıdır. Sosial problemləri bir yana qoysaq, siyasi yönlü problemlər hər saman diqqətimizdədir. Sosial problemlərin təsnifləşməsi, həll yolları, infrastrukturların yaradılmasının vacibliyi, Borçalı türk iş adamlarının stimullaşdırılması,sadə kredit siyasəti, investisiya layihələrinin genişləndirilməsi, aqrar və yüngül sənaye(istehsal, emal)müəssisələrinin, turizm imkanlarından və s. vacib sahələr üzrə geniş proqram sənədlərimiz həm Azərbaycaın, müvafiq qurumlarına, bəziləri isə Gürcüstan tərəfə təqdim olunmuşdur. Bəzi layihələr həyata keçirilmiş, bir qismi, həyata keçirilmək üzrədir.Siyasiləşdirilmiş məsələlər əsas məsələlər siyahısındadır. O məsələlər ki, onlar ayrı-ayrı zamanlarda birbaşa Gürcüstan siyasi hakimiyyəti tərəfindən süni şəkildə  yaradılmış (bura Toponimlər və digər yer – çay, dağ, qala v. s.)problemlərdir. İkinci yerli məmurlar, maliyyə və siyasi oliqarxlar tərəfindən yaradılmış probləmlərdir. Bura soydaşlarımızın torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasının yaratdığı problemi göstərmək olar.. Bu borçalı türklərinin yaşadıqları əksər bölgələr üçün xarakterikdir.İlkin hərracların keçirilmədiyi yerlərdə  bu qanuni prosedurun həyata keçməsini tələb etməklə soydaşlarımızı öz hüquqlarına hörmətli yanaşıb, mübariz olmalarını istəyirəm. Uğurlu nəticələr olacaq. Bəzi insanlarımızın məsuliyyətsizliyi ucbatından baş verənləri isə siyasiləşdirmək istəyənləri isə məsuliyyətli olmağa dəvət edirik. Heç kim yaddan çıxarmamalıdır ki, Gürcüstan gürcülər kimi, həm də bizim doğma vətənimizdir. Biz onu göz bəbəyi kimi qorumalıyıq, onu sarsıtmağa çalışanlara isə layiqli cavablarını verməliyik.(Şida Kartli bölgəsində bu problem yoxdur.)Üçüncüsü, milli təhsil sisteminin statusunun müəyyənləşməsi ilə tam dəqiqliyin olmamasıdır. Burada fikrimcə Azərbaycanın rəsmi mövqeyi tam çılpaqlığı ilə élan olunmalıdır. Açar buradadır, güman edirəm ki, rəsmi mövqe açıqlanacaq. Burada təlaşlanmalı məqamlar çox azdır və zamanla həllini tapacaq. Mühüm məsələlərdən biri dövlət dilinin öyrənilməsində süni şəkildə gərginliyin yaradılmasıdır. Fikrimizcə dövlət dilinin öyrədilməsi, milli-ana dilin sıxışdırılması hesabına aparıla bilməz.Gürcü dilinin öyrədilməsinin dərs yükünün maksimum artırılması ən optimal yoldur. Süni şəkildə ortaya atılmış inteqrasiya problemi şişirdilmiş, spekulyativ məzmun almışdır. Min illər birgə yaşamış 2 toplumun inteqrasiya problemi ola bilməz. Bu problem Gürcüstan siyasi hakimiyyətinin borçalı türklərinin milli heysiyyatlarına toxunmalarının nəticəsində yaranmış etimadsızlıq zolağının mövcudluğu ucbatından yaranmış və gürcü siyasi tarixinə ləkədir. Ağıllı Gürcü elitası bunu dərk etməkdədir və inanıram ki bu ləkəni gürcüstan tarixindən siləcək və etimad zolağını tam bərpa edəcəklər.Bizim bu sahədə dəyişməz və ardıcıl mövqeyimiz var, gürcü siyasi rəhbərliyi ilə də bu məsələdə prinsipial razılıq əldə etmişik. Sadəcə səbr və qurulan torları ağılla dəf etmək yetərlidir.Bütün problemlərin tam, ağrısız həlli isə demokratik, mülki cəmiyyətin tam oturuşmasından asılıdır. Soydaşlarımız Gürcüstanda demokratiyanın inkişafı, demokratik və milli dəyərlərin qorunması və inkişafı üçün ən böyük fədəkarlığa alışmalı və ictimai-siyasi proseslərin mərkəzinə yeriməlidirlər. Qışqırmaq, aşağılamaq, inanmamaq, söymək, təhqir etmək heç vaxt heç bir problemi həll etməyib, əksinə həmişə qəm və kədər gətirib.

İndiki halda Gürcüstana yönəlik siyasətin bir mərkəzdən idarə olunması ideyamıza israrlı şəkildə müvafiq dairələrdən dəstək gözləyirik. Bu baş verməlidir.

Bu yolun “qəhrəmanları” şübhə etmirəm ki, acı tale yaşayacaqlar, çünki müqəddəs Borçalı insanının duyğuları ilə oynamaqla, Allah qarşısında böyük günah işlədirlər.

- Borçalıda bir çox maraqlar kəsişir. Bu maraqların Borçalı türklərinin maraqları ilə uzlaşmaması sirr deyil. Gürcüstan hakimiyyəti tərəfindən destruktiv fəaliyyət göstərən qüvvələrin qarşısıda alınmır. Hətta deyərdim ki, geniş imkanlarda yaradılır həmin qüvvələr üçün. Məqsəd nədir?

Zəlimxan Məmmədli; Bu dünyada bulanlıq suda balıq tutmaq texnologiyası çox populyardır. Azərbaycan və Gürcüstan arasında da hər şey ideal deyil. Burada siyasi oriyentasiyalarda sezilən fərqliliklər təsirsiz ötüşmür.Bəzi hallarda destruktiv cərəyana təəssüf ki, hər iki tərəfdə himayə hiss olunmaqdadır.İnanıram ki, Azərbaycan və Gürcüstan arası strateji tərəfdaşlığa uyğun olaraq uzlaşma imkanları genişləndikcə bu mənfi tendensiya minumuma enəcək. İstifadə olunanların həmin anda ifşası prosesi də güclənə bilər.İndiki halda kənar güclərə qarşı Azərbaycan və Gürcüstan vahid platformaya yiyələnməlidirlər.

- Borçalı Cəmiyyətinin bu il üçün proqramı nədən ibarətdir? Yeniliklər varmı?

Zəlimxan Məmmədli; Təbbi ki, proqramımız mövcuddur. Bu yaxında həm Tbilisidə, həm də Bakıda mətbuat konfransları keçirmək və proqramın əsaslarını açıqlamaq niyyətindəyik. Hesab edirəm ki, bu il regionda, həm də cəmiyyətin işində məzmun və mahiyyətcə müəyyən yeniliklər olacaqdır. İnanıram ki, Gürcüstan istər toponimlər, istər sə də torpaq problemində, demokratiya, Gürcüstanın NATO-ya üzvlüyü istiqamətində mühüm qərarlar qəbul edə bilər. Əsas hədəflərimizdən biri “Gürcüstan əsilli Azərbaycanda təhsil alan tələbələrlə iş üzrə”dövlət proqramı, “ Gürcüstana qayıdan gənc kadrların sosial müdafiə dövlət proqramı”nın icrasına yönəlik fəaliyyəti gücləndirmək, Cəmiyyəti nəhayət Gürcüstan nümayəndəliyinin yaradılması istiqamətində imkan olsa əməli addım atmaq, Gürcüstana bu yaxınlarda geniş tərkibli ziyalılarımızın xoşməramlı ezamiyyəsini həyata keçirmək, Gürcüstanda aprel ayında Valeh Hacıların xatirəsinə beynəlxalq simpoziumda iştirak, ən möhtəşəm IV Elat bayramı, bir sıra elmi, kütləvi tədbirləır və s. işləri planlaşdırmışıq. Yeri gəlmişkən dünən (01 fevral 2012 tarisdə) 92 yaşlı hamımızın sevimlisi Dünyamalı Kərəmin yaradıcılıq gecəsini yüksək səviyyədə təşkil edə bildik. Kimin nə deməsindən asılı olmayaraq strateji hədəflənmiş proqramımıza uyğun fəaliyyətimizi davam etdirəcəylik.

- Borçalı Cəmiyyətinin Gürcüstandakı təmsilçiliklərinin fəaliyyəti nədən ibarətdir?

Zəlimxan Məmmədli; Biz Gürcüstanda uğurlu fəaliyyət göstərən AMM (Fazil Həsənov ), Varlıq MM(Rafiq Hümmət), Rustavi AMM(Xaləddin Yolçuyev) , GAK(Hüseyn Yusufov),Mətbu orqanlar, BİR SIRA QHT-lər, Tbilisidəki mədəniyyət ocaqları, dostum Suleyman Əfəndi, İsrafil Bayramov, Ramiz Bəkirov, Hidayət Hüseynov, Cambul Məmmədov, şair İbrahimxəlil, Kaspidən Gülmalı, Leyla xanımlar,Qaval zonası, Qaraçöp, Zalqa, Ağbulaq və s yerlərdə adını çəkib və çəkmədiyim yüzlərlə insanlar Gürcüstansevər dəyərli tərəfdaşlarımızdırlar. Gənc Sandro Savaneli,Otar Bejiaşvili, Quram Marxuliya, Zezva Medulaşvili kimi onlarla Azərbaycansevər gürcü dostlarımız var.Rəsmi nümayəndəlik isə bu il ərzində inanıram ki yaradılacaq.

- Borçalı Cəmiyyəti Gürcüstanın müxtəlif rəsmi orqanlarına və Prezidentinə məktublar ünvanlayıb. Həmin məktublara rəsmi cavablar nədən verilmir?

Zəlimxan Məmmədli; Əsasən məktublarımıza yazılı və ya şifahi cavab verilir. Toponim problemi ilə bağlı məktubuma cavab almamışam. Bu məsələ ilə bağlı Kvemo Kartli Qubernatorunun müavini Koba Kobelaşvili ilə onun istəyi ilə görüşmüşük. Toponimlərin dəyişilməsinin yanlışlıq olduğu etiraf olunmaqla bu problemin həlli üçün müəyyən zaman istənilib bizdən. Bu isə ölkəiçi və regionun maraqları prizmasından izah olunub və prinsipial razılaşmamız olub. Cəsarətlə deyirəm ki, bu problem həllini tapacaq. O, gün gürcülər və Borçalı türkləri birgə bayram edəcəklər.

- Gürcüstanda Borçalı türklərinin inteqrasiyası haqqında çox danışılır. Bu prossesəri necə qiymətləndirirsiz?

Zəlimxan Məmmədli; Yuxarıda qeyd etdiyim kimi, bu süni şəkildə ortaya atılmış avantyuradır.Min illər bu insanlar sülh şəraitində necə yaşayıb, yaradıblar? Yağı düşmənlərə qarşı bir səngərdə necə döyüşüb bir-birini anlayıblar? Necə olub ki, bütün tarix boyu səngərləri eyni olub, onlarla gürcü bizim aşıq havalarını yüksək peşəkarlıqla ifa ediblər? XXİ əsrdə nə oldu ki, utanc gətirən problem icad ediblər- İNTEQRASİYA! Sanki ya gürcülər, ya da türklər başqa yerdən peyda olublar.Gülməlidir. Hər ikisi aborigendir. Sadəcə Sovet ideologiyasının parçala-hökm et! ideoloji təxribatı təsirsiz ötüşməyib. Bu gün  bu təxribat bir az da fəallaşıb.Sadəcə hər iki millətin dəyərləri iradə nümayiş etdirərək, nə dilləri, nə millətləri, nə də mədəniyyətləri üz –üzə qoymağa imkan verməməlidirlər. Hamı bilir və həm də bilməyənlər bilməlidirlər ki , bu zolaqda min illərdir türk dili gürcü dili ilə bərabər işlək olub. Buna soyuq başla, daha sağlam düşüncə ilə yanaşaraq ən optimal yol tapılmalıdır. Hamı dərk etməlidir ki, hər zaman bu zonada Borçalı türk ləhcəsi aparıcı olacaq. Həm də qonşuda tarixi ənənələri olan Azərbaycan var. Bu gün Gürcüstanın bu sahədə atdığı optimal həll yollarından biri mütləq mənada təqdir olunmalıdır. 1+4 modeli ən uğurlu yoldur. Artıq 500 nəfərə yaxın Azərbaycan türkü Gürcüstanın universitetlərində təhsil alırlar. Çox sevinirik. Gürcüstan hökuməti hər il Avropa təhsil sistemindən bəhrələnmək üçün Borçalı türklərinə 20-30 yer ayırsa, gərəkərsə maliyyə məsrəflərinin əhəmiyyətli hissəsini Azərbaycan ödəməklə bu proqram reallaşsa ən çox udan Gürcüstan olar. Azərbaycan tərəfi də hər il 50-100 nəfər arası Azərbaycanda həm gürcü həm də Borçalı türk tələbələrini pulsuz təhsil verməklə xoşməram nümayiş etdirmiş olar. Süni yaradılmış inteqrqsiya adlı problem yoxdur, sadəcə hər iki tərəfin problemin üstünə gedərək sağlam iradə göstərmələri yetərlirir.

- Gürcüstan hakimiyyətinin Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dayandıraraq yeni Gürcüstan Müsəlmanları İdarəsini yaratması haqqında nə düşünürsüz?

Zəlimxan Məmmədli; Bu məsələdə Azərbaycan tərəf birmənalı məsuliyyət daşıyır. 2009-cu və 2010-cu illərdə Borçalı Cəmiyyətinin İdarə Heyəti Gürcüstanda din sahəsində mövcud boşluğu və onun doğuracağı arzuolunmaz sonluğu proqnozlaşdırdığı üçün Hörmətli Şeyx Həzrətlərinə 2 dəfə müracıət etdi. Şeyxdən bu sahə ilə məşğul olan mütəxəssislərimizi qəbul etməsini rəsmi olaraq istədik. Hətta 7 bənddən ibarət təkliflərimizi də göndərərək, bildirmişdik ki, Qafqaz Müsəlmanları İdarəsi iflasa uğraya bilər. Təəssf ki. Şeyx Həzrətlri təəssüf ki, milli məmurlarımız kimi bizim SOS-umuzu qulaq ardına vurmaqla öz nüfuzuna zərbə vurmuş oldu.Və beləliklə yaranmış boşluğu Gürcüstan tərəf birtərəfli qaydada öz üzərinə götürdü. Qatar gedəndən sonra Şeyx məni qəbul etdi. Bəzi ünvanlara (məmurlara) haqlı olaraq kəskin mövqe bildirməkdən başqa bir şey deyə bilmədi. Rəqibin ünvanına bəzi kəskin  ifadələr də işlətdi mediyada. Güman edirəm emosional düşüncədən uzaq, yeni şəraitə uyğunlaşmaq ən optimal yoldur. Başqa variantlar varsa onu onlar bilər. Biz Borçalı türkləri arasında məzhəb və təriqətlər müstəvisində bölücülüyə imkan verməməliyik. Borçalı türklərinin birliyini  bu vaxta qədər Vahid ALLAH və vahid bölünməz islam düşüncəsi qorumuşdur. Bu xəttin davam etməsi çox vacibdir.

- Gürcüstan hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərdəndə biri Regional Dillər Haqqında xartiyanın qəbul edilməsidir. Gürcüstan hakimiyyətinin xartiyanı qəbul etməməsini nə ilə əlaqələndirirsiz?

Zəlimxan Məmmədli: Bu geci tezi olmalıdır. Mən də şəxsən düşünürəm ki, onun qəbulunun zamana ehtiyacı var. (şüurlu şəkildə dərk edirəm ki,məlum şəbəkə üstümə gələcək. Qoy gəlsinlər, həqiqəti söyləməyim yetərlidir.)Çünki, regionda etnik seperatçılığı körükləyən şovinist İran və Rus kqb maşını var. Onlara rəvac vermək olmaz.Ağıllı, Cəsarətli,İradəli olmaq çox vacibdir.

P.S Zəlimxan Məmmədlidən.

Məni radikal olmamaqda suçlayanlara bir xatırlamam var:

Söz canlı bir varlıqdır. Onu sən heykəltaraş kimi işləməlisən. Onun bədəni ilə ruhu həmahəng olmalıdır. Onda sözün gözəlliyi də meydana çıxır. Söz qarşısında məsuliyyət hiss etmək həm böyük sənətkarlıq, həm də inam tələb edir. Sözə inam, sözə etiqad onun qarşısında elə bil səcdə eləmək deməkdir. Ona görə onu tez-tələsik deyib ortaya atmaq olmaz. Bundan qaçmaq lazımdır. Içindən gələn səsin diqtəsi qulaq as. Ətrafda çox şeylər üzdə axandı. Çox şey bulanıqdır. Gərək bulağın gözündən su içəsən həmişə. Çünki bulağın gözündə duruluq var. Onu axar və bulanıq su ilə qarışdırmaq lazım deyil. Bu hay-küydə çox bulanıq şeylər var. Duru qalmaq lazımdır. Hay-küy, bulanıqlıq səmimiyyətdən uzaqlaşdırır insanı, ona görə ondan çəkilin., Həmişə elə düşünmüşəm ki, bu xalqla, bu dünyamızla ürəklə, ürəkdən söhbət etmək lazımdır. Ürək də hay küyü sevmir. Ürəyin öz qanunu var. Ona zahirdən diktə edə bilməzsən. Zahirdə heçnə yoxdur. Hər şey içəridədir. Safsansa ,öz əlinlə, öz ruhunla qurduğum içərin, ürəyin, ruhun var. Bir heykəlin var sənin, ruhi heykəlin, insan övladı. Ona görə də, fikirlərində, inamında, inancında olan bu saflıq, bu təmizlik, səni həmişə məsuliyyətə dəvət eləyəcək.  Şərqin hikmətində çox böyük cazibə qüvvəsi var. O, həmişə qulağa təzə kimi gəlir.

Amma o cazibəni gərək içəridən çatdıra biləsən başqasına. Sən cəzb eləyə biləsən gərək. Şərqin hikmətində, şərqin sözündə cazibə Avropanı Avropa eləyibdir. Bunu unutmayaq!

www.RegionMedia.net

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 32 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.