Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





20.10.11 13:39
Gürcüstanın Avrasiya Birliyində iştirak etmək planı yoxdur

Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze Rusiya Federasiyasının hər hansı bir təşkilat və ya birliyində iştirak etmək istəmədiyini söyləyib.

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında imzalanan azad ticarət müqaviləsi və Rusiya Federasiyası baş naziri Vladimir Putinin təşəbbüsü ilə qurulan Avrasiya Birliyi ilə əlaqədar Gürcüstanın mövqeyi açıqlanıb. Vaşadze, Gürcüstanın nə MDB-nin azad ticarət müqaviləsində nə də Avrasiya Birliyində iştirak etmək kimi planının olmadığını bildirib.

Qriqol Vaşadze, ”Gürcüstanın mövqeyi qətidir, bütün suveren dövlətlər siyasi və iqtisadi təşkilat və ya birlik yaratmaq haqqına malikdir. Ancaq istər MDB ölkələri arasında imzalanan azad ticarət müqaviləsi olsun, istəsə də Avrasiya Birliyi olsun, Rusiya Federasiyası himayəsində qurulan hər hansı bir təşkilat və ya birliyə Gürcüstanın qoşulmağa nə arzusu, nə də planı vardır”,- deyə bildirib.

Gürcüstanın NATO ilə AB-yə üzv olmaq istədiyini deyən Vaşadze, ”bu təşkilatların dəyərləri ilə qanunları, Gürcüstanın məqsədi və hədəfləri ilə tam uyğundur”, -deyə qeyd edib.

Xatırladaq ki, Gürcüstan Rusiya ilə 2008-ci ildəki müharibədən sonra 2009-cu ildə rəsmi olaraq MDB-dən ayrılmışdı.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 30 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.