|
Bu gün Türkiyə parlanmentinin xarici əlaqələr üzrə komitəsinin nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlir.
Nümayəndə heyəti səfər çərçivəsində sabah Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Akaki Minaşvili və vitse-spiker Georgi Tsereteli ilə görüşəcəklər. Sonra nümayəndə heyəti Rustaviyə səfər edərək Gürcüstan DİN xidmət agentliyinin işi ilə tanış olacaqlar. Həmin gün türk parlamentarilər Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Katibi Georgi Bokeriya, qaçqınlar və köçkünlərin işi üzrə nazir Koba Subeliani və daxili işlər naziri Vano Merabişvili ilə görüşəcəklər.
Türk nümayəndə heyəti yanvarın 18-də Gürcüstan Maliyyə Nazirliyinin iqtisadi
tərtibat zonasına gedəcək, Rustavidəki Ədliyyə Evində olacaq və ədliyyə naziri Zurab Adeişvili ilə görüş keçirəcək.
. |