Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





17.01.12 20:44
Səməd Seyidov: Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamnetlərarası əlaqələr komitəsinin üzvlərinin Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı Mlli Məclisin deputatı, komitənin sədri professor Səməd Seyidov bildirib.

O deyib: "Bu gün hər iki ölkə ortaq problemlərə malikdir. Təəssüf ki, regionda qeyri-sabitlik hökm sürür. Bu, yalnız ölkələrin ərazi bütövlüyünün pozulması məsələsi deyil. Bizi bir-birimizdən ayırmaq istəyən qüvvələr mövcuddur. Bu baxımdan da böyük narahatçılıq var və biz buna imkan verməməliyik".

Gürcüstan parlamentinin vitse-spikeri deyib: "Bizi ayırmaq istəyi olsa da, buna nail ola bilməyəcəklər. Biz qüvvələrimizi birləşdirməliyik və mübarizə aparmalıyıq. Azərbaycan və gürcü xalqı hər zaman birdir və bundan sonra da bir olacaq. Destruktiv qüvvələrin cəhdləri isə boşa çıxacaq".

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 32 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.