Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





27.01.12 17:28
“Deutsche Welle”: “İran böhranı Ermənistanda ciddi təşviş doğurub”

Almaniyanın 30 dildə yayımlanan “Deutsche Welle” portalı İranın vurulacağı təqdirdə, Ermənistanda xaos yarana biləcəyini yazıb.

Gün.Az xəbər verir ki, qeyd olunan portal İrana qarşı mümkün hərbi əməliyyatların başlaması ilə Ermənistanın dünyaya çıxışının tam məhdudlaşacağını vurğulayıb.

“Deutsche Welle” analitikinin təhlilinə görə, İranın vurulması Ermənistanın enerji təminatında böyük problemlər yaradacaq və İrandan təqribən 600 min qaçqının bu ölkəyə axışmasına səbəb olacaq.

Bu faktın indiki durumunda belə çox ağır vəziyyətdə olan Ermənistanda xaos yarada biləcəyi qeyd edilib.

Sözügedən portal İranın Ermənistanın infrastrukturunda əhəmiyyətli pay sahibi olduğunu və İran vətəndaşlarının artıq İrəvandakı daşınmaz əmlakın 10 faizinə sahibləndiyini də diqqətə çatdırıb.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 32 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.