Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





01.02.12 18:15
Levan Vepxvadze: “Türkiyənin əhval-ruhiyyəsi ilə oynamaq olmaz”

Levan VepxvadzeBu sözləri Gürcüstan parlamentinin sədr müavini, xristian-demokratlar fraksiyasının deputatı Levan Vepxvadze Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, belə məsələlərə ehtiyatla yanaşmaq lazımdır: “Müasir dövrün nəbzini tutmaq və ona uyğun qərarlar qəbul etmək lazımdır”.

L. Vepxvadze Qərbə istiqamətlənmiş bir çox beynəlxalq layihənin Türkiyədən keçdiyini xatırladıb: “Avropa idxal etdiyi yanacağı diversifikasiya etməlidir. Bildiyimiz kimi, Avropanın böyük hissəsi indi Rusiyadan gələn neft-qaz kəmərlərindən çox asılıdır. Orta Asiyadan, Xəzər regionundan gələn kəmərlər isə Türkiyədən keçir və keçəcək. Gələcəkdə Türkiyə daha da inkişaf edəcək. Ona görə də ciddi düşünmək lazımdır”.

APA
foto: GHN

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 33 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.