|
Bir hədis . . .
Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar.
Buxari, İman kitabi/ 80
|
Tarixi Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən biridir. Hələ XX əsrin 30 - cu illərində Ceyrançöldə Udabno kəndindən tapılmış primat qalıqları bölgənin antropogenez,yəni insanın yaranma yeri olduğunu sübut edir. Dünya alimlərinin diqqətini cəlb edən ən mühüm tapıntı isə 1999-cu ildə Dmanisi (1947 - ci ilədək Başkeçid) rayonu ərazisində Xram çayı sahilindəki mağaradan aşkar edilmişdir. Arxeoloqlar burada yanaşı basdırılmış ər və arvadın bütöv skeletlərini tapmışlar. Antropoloqların fikrincə kəllə quruluşuna görə dolixokran (uzunbaş) olan bu insanlar Yer kürəsində evropoid irqinin ən qədim nümunələridir. Bütövlükdə Qafqaz əhalisi öz antropoloji quruluşuna görə evropoid irqinin cənub qolunun dörd tipinə aid olunurlar. Mərkəzi Qafqaz əhalisi və gürcülər girdəbaşlı, enlisifətli kavkasion , ermənilər yastıbaşlı, naziksifətli, əyriburunlu armenoid, Qara dəniz sahillərinin əhalisi qismən sarışın, əyriburunlu , qıvrımsaçlı, qismən girdəbaşlı Pont , azərbaycanlılar isə dolixokran (uzunbaşlı) , nazik və düz burunlu, ortaboylu Kaspi tipinə aid olunurlar. Məsələyə aydınlıq gətirmək üçün XX əsrin əvvəlllərində yaşamış görkəmli gürcü tarixçisi İ.A. Cavaxaşvilinin «Gürcü xalqının tarixi» əsərinə müraciət edək : « … kəllələrin quruluşuna görə antropologiya elmi xalqları bir neçə yerə ayırır : onlardan biri qısa başlı, yəni braxikran, digəri isə uzunbaşlı və ya dolixokrandır. Qafqazdakı ən qədim qəbirlərdən tapılan kəllələrin ölçülməsi nəticəsində müəyyən edilmişdir ki, ilk olaraq bizim diyarda uzunbaşlılar , yəni dolixokefallar yaşamışlar. Professor Virxov qeyd etmişdir ki, indiki gürcülərin və ermənilərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlantısı yoxdur. Demək onda gürcülər və ermənilər mahiyyətcə Qafqazın ilk yerli əhalisi deyillər. Onlar bu diyara ( Qafqaza - Müəlllif) gəldikdə, burada ayrı xalqın xələfləri yaşayırdılar».
|
|
Ardını oxu...
|
Borçalı nəinki Qafqazın, eləcə də dünyanın ən qədim antropogenez zonalarındandır. 1939-cu ildə Ceyrançöl yaxınlığında, indiki Qardabani rayonunun Udabno kəndindən insanabənzər meymunun dişləri tapılmışdır. 1989-cu ildən başlayaraq Dmanisi (Başkeçid) rayonu ərazisində aparılan qazıntılar nəticəsində Xram çayının sahilindəki mağaradan yaşı 1 milyon 700 min il olan ən qədim insanlara aid yaxşı saxlanmış kəllə qutuları və yanında sadə əmək alətləri aşkar edilmişdir.
|
|
Ardını oxu...
|
Protobulqarların Qafqazda yaşamaları haqqında qrabar dilində yazmış Moisey Xorenli iki dəfə xatırlayır.«Basen adlı yer (indiki Qars ətrafında) Vnandur Bulqarları tərəfindən məskunlaşdırılmışdı... Bu yerlər indi onların adı ilə Vənənd adlanır». Bulqarların Cənubi Qafqaza ikinci gəlişlərini Moisey Xorenli belə təsvir edir: «Ulu Qafqaz dağlarında, Bulqar torpağında böyük çaxnaşmalar oldu və onların çoxu Koxadan (Kolxidadan) cənubdakı torpaqlara yerləşdilər».Görünür salnaməçi «böyük çaxnaşmalar» dedikdə orta əsrlərin başlanğıcında hunların Şərqi Avropaya yürüşlərini nəzərdə tutur. Hun axınlarının başlanması ilə protobulqarlar haqqında məlumatlar azalır. Yenidən protobulqarlar haqqında məlumata yalnız VIII əsr lanqobard xronisti Pavel Diakonun salnaməsində rast gəlinir:«V əsrdə Karpat ətrafına gələn bulqarlar lanqobard kralı Algemundu öldürdülər və onun qızını ələ keçirdilər... Sonralar onlar qot başçısı Tiriarinin oğlu Teodoriyə qarşı mübarizədə Bizans imperatoru Zenona kömək göstərdilər». Cəsur və yenilməz döyüşçülər kimi ad çıxaran protobulqarlar 486-488-ci illərdə gepidlərə qarşı mübarizədə Bizansın müttəfiqi kimi çıxış edirdilər.
|
|
Ardını oxu...
|
642-ci ildə Nəhavənd döyüşündə Sasaniləri darmadağın edən xilafət ordularının xəzərlərin nəzarəti altında olan Azərbaycana da girməsi Xəzər xaqanını ciddi tədbirlər görməyə vadar etdi.
|
|
Ardını oxu...
|
Xəzər xaqanlığı özünün sələfləri saydığı Suvar və Göytürk dövlətləri kimi Sasani İranına qarşı mübarizədə Bizansla müttəfiqlik edirdilər. Xəzər xaqanlığı Azov və Qara dənizin şimal sahillərindəki düzənlik əraziləri ələ keçirdikdən, Sasaniləri Cənubi Qafqazdan sıxışdırmalarından sonra Bizansla həmsərhəd oldu. Xəzərlərin bu qələbələrinə paxıllıq edən Bizans saray tarixçisi Abid Feofan yazırdı: «Qara dənizdən şimaldakı bütün ərazilərdə Böyük Xəzər xalqı hökmranlıq etməyə başladı».
|
|
Ardını oxu...
|
Xəzər xaqanlığı Şərqi Avropa tarixində böyük rol oynamışdır. Bu dövlət təkcə adları çəkildikdə qonşu xalqları lərzəyə salan ərəb sərkərdələrinin şimala doğru hücumlarının qarşısını alan sipərə çevrildi.
|
|
Ardını oxu...
|
Geniş ərazilərə malik olan Xəzər dövlətinin başında Göytürk hökmdarlarının mənsub olduqları Aşina (Qurd) nəslindən olan xaqan dururdu. Xaqanın şəxsiyyətinin ilahiləşdirilməsi əslində onun dünyəvi hakimiyyətinin məhdudlaşdırılmasına səbəb olurdu. Qədim türk adətinə görə, xaqan olacaq adamın boynuna bir neçə yerdən kəmənd atıldıqdan sonra onu sıxmağa başlayır və neçə il hökmranlıq edə biləcəyini soruşurdular. Əgər xaqan bu mərasim zamanı söylədiyi vaxtdan çox hakimiyyətdə qalmaq fikrinə düşərdisə onu edam edirdilər.
|
|
Ardını oxu...
|
Yəhudiliyin hakimiyyətin yuxarı dairələri tərəfindən qəbul edilməsi Xəzər xaqanlığının parçalanmasına və süqutuna gətirib çıxartdı. Xristianlığın mövqelərinin güclü olduğu Krım Xəzər xaqanlığından ayrılaraq Bizansla birləşdi. Müsəlman xəzərlər isə daha çox xilafətə meyl etməyə başladılar. Gürcü mənbələrinin yazdığına görə, «mənşəcə xəzər olan xilafət sərkərdəsi Buğa 843-cü ildə Dərbənd qapılarını açaraq 3 min müsəlman xəzər ailəsini Şəmkir və Dmanisidə yerləşdirdi».
|
|
Ardını oxu...
|
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar.
|
|
Ardını oxu...
|
Peçeneqlər 8 tayfadan ibarət idilər. Hər tayfanın tərkibində isə 5 nəsil var idi. Bu tayfaların içərisində kəngərlilər xüsusilə seçilirdilər. Antik müəlliflərin yazdıqlarına görə, kəngərlər hələ eradan əvvəl Azərbaycan ərazisində məskunlaşmışdılar. Bu mənbələrdən biri e.ə.II əsrdə indiki Şamaxı şəhərinin yaxınlığında Kanqar şəhərinin olduğunu qeyd edir. Peçeneqlərin ilk dövləti olan Kanqlının birinci xanı olmuş Qorqud da kəngərli idi. Azərbaycanın müxtəlif yerlərində kəngərlərlə bağlı çoxlu yaşayış yerləri vardır. Azərbaycanın məşhur ictimai-siyasi və mədəniyyət xadimləri arasında kəngərli soyundan olan xeyli nümayəndələr vardır.
|
|
Ardını oxu...
|
XVI əsrə aid edilən və türk dilinin qıpçaq qolunda yazılmış xristian mətnləri dövrümüzə əsasən indiki erməni əlifbasında gəlib çıxmışdır. Bu əlifbanın müəllifi Mesrop Maştots hesab olunur. Ermənilərin yazdıqlarına görə, bu əlifba əsasən xristian mətnlərinin ermənilər arasında yayılması məqsədi ilə tərtib olunmuşdur. Alimlərin bir qismi bu əlifbanın həbəş, bir qismi Suriya - aramey, bəziləri isə pəhləvi mənşəli olduğunu qeyd edirlər. Bəzi alimlər isə Mesrop Maştotsun bu əlifbanı Suriya yepiskopu Daniildən oğurladığını qeyd edirlər. Özünün inkişafında erməni əlifbası 3 mərhələdən keçmişdir:
|
|
Ardını oxu...
|
|
İslamın rəmzi sayılan hilal qədim Türk simvolu olmuşdu.
Bir tərəfdən Bizans-gürcü-erməni feodallarının hücum obyektinə, digər tərəfdən ərəb-xəzər qarşıdurmasından əzab çəkən əhali evlərinə yerləşdirəcəkləri müsəlman əsgərini yedirtmək gücündə deyildi. Əksinə, «Allah» kəlamı ilə yerli əhalinin evinə gələn həmin əsgər özünün azuqəsini həmin ev sahibi ilə bölüşürdü. Məhz bununla bağlı Borçalı türklərinin dilində «Qonaq Allah qonağıdır», «Gec gələn qonaq öz kisəsindən yeyər» kimi atalar sözləri yarandı.
|
|
Ardını oxu...
|
Azərbaycan hökmdarının tələbini yerinə yetirən erməni hakimi öz canını qurtara bildi. Qızının toyunda iştirak edən Şapur öz kürəkənindən xeyli hədiyyələr alaraq I Smbatın yanına qayıtsa da, erməni hakiminin arvadı və gəlini geri dönməkdən imtina etdilər. Məkrli I Smbat bu dəfə Azərbaycan hökmdarına qarşı İber knyazı Atrnersexlə ittifaq qurdu.
|
|
Ardını oxu...
|
919-cu ilin iyulunda Ərdəbil yaxınlığındaki döyüşdə Munisin başçılıq etdiyi xilafət ordusu Sacoğlu Yusifi məğlub edərək əsir tutdu. Lakin bu heç də Azərbaycanın yenidən xilafət tərkibinə qatılması demək deyildi. Hakimiyyəti ələ keçirən Sacoğlu Yusifin silahdaşı Subuk əl-Farikinin başçılığı altında Azərbaycanı işğal etməyə gələn xilafət ordusunu geri oturtdu və xəlifədən Sacoğlu Yusifin azadlığa buraxılmasını tələb etdi. Vaxtı ilə Sacoğlu Yusifi əsir tutmuş Munis özü xəlifədən onun azadlığa buraxılmasını xahiş etdi. İbn Miskaveyhin yazdığına görə, Sacoğlu Yusifin şərəfinə sarayda böyük ziyafət və təntənəli qəbul təşkil edən xəlifə onu Azərbaycan hökmdarı kimi tanımağa, Rey vilayətini ona verməyə məcbur oldu. Sacoğlu Yusifin həbsdə olduğu vaxt Azərbaycanın qərb torpaqlarına basqınlar təşkil etmiş erməni başçıları Aşot və Qaqiq Sacoğlu Yusifin qorxusundan Azərbaycan xəzinəsinə ödəyəcəkləri dövlət vergilərini ikiqat artırmağa razı oldular. Bu dövrdə xəlifənin öz sarayında da Sacoğlu Yusifi xilafətin bütün Şərq vilayətlərinin hökmdarı hesab edirdilər. Əhməd Kəsrəvi Təbrizi Sacoğlu Yusif haqqında qeyd edir ki , «Sacoğlu Yusif Azərbaycanın böyük və qüvvətli hökmdarlarından biri olmuşdur». Sacoğlu Yusif eyni zamanda şer də yazırdı. Onun xəlifənin zindanında olduğu zaman yazdığı şerlərindən bəzi parçalar qalmışdır. Sacoğlu Yusif bu beytlərdə ölümdən qorxmadığını göstərir. O, dəfələrlə yaxşılıq etdiyi adamların ona pis əməllərlə cavab verdiklərindən şikayətlənir. Sacoğlu Yusifin Azərbaycanda müstəqil olması Bağdadda xəlifə sarayını təşvişə salırdı. 926-cı ildə xəlifə Müqtədir vəziri əl-Xasibiyə əmr etmişdi ki, Sacoğlu Yusifi Azərbaycandan Bağdada çağırsın və qərmətilərlə müharibəyə göndərsin. Azərbaycan hakiminin xəlifənin bu göstərişini qəbul etməsinin müəyyən səbəbləri var idi. Sacoğlu Yusif qərmətilər üzərində qələbə çaldıqdan sonra Bağdada xəlifə üzərinə hücum etməyi qərara almışdı. Sacoğlu Yusifin Bağdada yaxınlaşması sarayda narazılığa səbəb olduğuna görə, o, Bağdada çatmamış təcili olaraq Vasit şəhərinə göndərildi. Sacoğlu Yusif öz qoşunları ilə Bəhreyində qərmətilərin başçısı Əbu Tahir Cənnabinin üzərinə hücum etməli idi. 927-ci il dekabr ayının 27-də Kufə şəhərinin qapıları qarşısında Sacoğlu Yusifin qoşunları ilə Əbu Tahir əl-Cənnabinin qoşunları arasında müharibə başlamışdı. Sacoğlu Yusif döyüşün əvvəlində qərmətilərin gücünə əhəmiyyət vermədi. Sacoğlu Yusifin qoşunları bütün günü ox atışması ilə qərmətilərə çoxlu tələfat versə də, axşama yaxın Sacoğlu Yusif yaralandı və əsir düşərək Əbu Tahirin əlinə keçdi. Sacoğlu Yusif həbs olunduğu çadırdan çıxıb döyüşlərin nə cür getməsini seyr etdiyi zaman Əbu Tahir onun qaçmaq istədiyini zənn edərək öldürülməsini əmr etdi.
|
|
Ardını oxu...
|
Monqol yürüşü ərəfəsində Azərbaycanda zəifləmiş Eldənizlər və Şirvanşahlar dövlətləri, Marağada isə Rəvvadi Ağsunquri nəsli hakimiyyətdə (1108-1227) idi. 1220-ci ildə Zəncan, Ərdəbil, Sərabı tutan monqollar Təbrizdən xərac alıb, Muğana getdilər. Muğandan keçən monqollar Arrana, oradan da Gürcüstan üzərinə yeridilər.
|
|
Ardını oxu...
|
|
|
|
|
|
Səhifə 1 > 3 |
|