|
Paşayeva Qənirə Ələsgər qızı 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildən Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.
2005-ci il noyabrın 6-da 105 saylı Tovuz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Subaydır.
Mənbə: Azərbaycan Respublikasının Milli Məclisi
Qənirə Paşayeva, Qənirə Paşaeva, Qenire Pashaeva, Qanira Pashayeva, Qenire Pashayeva, Qanira Pashaeva, Ганира Пашаева, Ганира Пашайева, Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva,
. |
Comments
Əlaqə telefonlar: +(994)55-833-11-63 mobil
+(994)50-483-12-73 mobil
+(994)12-430-08-66 ev
Qənirə xanım,mənim 23 yaşım var. Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakultəsini bitirmişəm. Artıq iki ildir ki, müvafiq iş tapa bilmirəm. Dəfələrlə rayonumuzun Təhsil şöbəsinə müraciət etmişəm, ancaq nəticəsi olmayıb. Atamı da itirmişəm.
Xanım, ümidim yalnız sizədi.Düşünürəm ki,mənə işlə təmin olunmaqda kömək edəcəksiniz.
Allah həmişə sizə kömək olsun. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
314 07 06