Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





24.09.11 19:25
Tiflisdə gender bərabərliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bu gün Tiflisdə (Gürcüstan) gender məsələləri üzrə beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Amerika Milli Demokratiya İnstitutu və Gürcüstan parlamenti nəzdində gender bərabərliyi Şurasının təşkilatçılığı və Amerika və İsveç beynəlxalq inkişaf agentliklərinin maliyyə dəstəyi ilə baş tutub. Konfransda Gürcüstan parlamentinin sədri David Bakradze çıxış edib və bildirib ki, Gürcüstan parlamentində hazırlanan gender bərabərliyi strategiyası səhiyyə və sosial müdafiə, təhsil, iqtisadiyyat, təhlükəsizlik, siyasi həyat və ətrafı mühafizə sahəsində həyata keçirilir.

Tədbirdə ABŞ səfirliyinin vəzifəsini icra edən xanım Bricit Brink, İsveç səfirinin müavini xanım Asa Pusard, BMT İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsi Ceym Makqoldrik və Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili gender bərabərliyi barədə çıxış edib, 2011-2013-cü illərdə qadınların gender bərabərliyini daha da inkişaf etdirmək üçün fikir mübadilələri aparıblar.

Tədbirin ikinci hissəsində gender bərabərliyini inkişaf etdirmək aspektlərini müzakirə etmək və inkişaf yollarını öyrənmək üçün ayrı-ayrı qrupların iştirakı ilə müzakirələr keçirilib. Həmin tədbirdə Gürcüstanın Milli Təhlükəsizlik Katibinin müavini Tamar Kindsuraşvili mövzu ilə bağlı çıxış edib.

Gürcüstan parlamentinin vitse-spikeri R.Kervalişvili APA-ya açıqlamasında Gürcüstanda yaşayan qadın əhalisinin cəmiyyətin yarısını təşkil etdiyini bildirib: «Ölkənin ictimai-siyasi həyatında qadınların iştirakı azlıq təşkil edir, bizim əsas məqsədimiz budur ki, qadınların hər bir sahədə iştirakını çoxaltmaqdır. Gender bərabərliyi ölkəmizin hər bir ərazisində, eyni zamanda azərbaycanlılar yaşayan ərazilərdə də inkişaf etməlidir. Qadınlar Gürcüstanın dövlət strukturlarında, eləcə də parlamentdə çox az təmsil olunurlar. Ona görə də birlikdə mübarizə aparmalıyıq. Statistika göstərir ki, qadınların 3%-i ölkənin siyasi həyatında iştirak edir. Bu, çox azdır».

Qeyd edək ki, konfransda 200-dən çox qonaq, eyni zamanda Gürcüstanın hökumət nümayəndələri, diplomatlar, QHT nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər. Tədbirə Gürcüstanda yaşayan qadın soydaşlarımızın rəhbərlik etdikləri QHT nümayəndələri də qatılıblar.

Nizami Məmmədzadə. APA. Tiflis.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 28 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.