Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





19.12.11 14:49
“Twitter”ə 300 mln. dollar

TwitterSəudiyyə şahzadəsi əl-Vəlid bin Talal özünün “Kingdom Holding Co.” şirkəti vasitəsilə “Twitter”ə 300 mln. dollar sərmayə qoyub və nəticədə populyar mikrobloqlar servisində strateji əhəmiyyətli paya sahib olub.

“Bloomberg BusinessWeek”in xəbərinə görə, bu barədə özünün “Kingdom Holding Co.” şirkətinin yaydığı açıqlamada bildirilir.

“İnvestisiyalar bir neçə aydır davam edən danışıqların nəticəsidir” - deyə açıqlamada qeyd olunur. Bundan əlavə hər hansı məlumat isə verilmir.

Qeyd edək ki, “Kingdom Holding Co.” şirkətinin 95% səhminə sahib olan əl-Vəlid bin Talal “Citigroup Inc.”, “General Motors Co.”, “News Corp.” və “Apple Inc.” Kimi korporasiyalarda da paya sahibdir. Onun varidatı 21,3 mlrd. dollar həcmində qiymətləndirilir. Ərəb dünyasının ən varlı biznesmeni sayılan əl-Vəlid bin Talalın xanımı Amirə əl-Təvil mikrobloqların böyük pərəstişkarıdır. O, müntəzəm olaraq “Twitter”də ingilis və ərəb dillərində yazır, bloqunu isə 30 mindən çox istifadəçi izləyir.

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 39 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.