|
Dünyanın ən böyük axtarış servisinə malik "Google" korporasiyası bir sıra servis və saytlarını bağlamaq qərarına gəlib.
"Gizmodo" bildirir ki, korporasiyanın "Picnik", "Google Message Continuity" və "Needlebase" servisləri bağlanaraq ləğv ediləcək.
"Google" 2010-cu ildə "Picnik"i satın alanda onu "Picasa" fotoservisi ilə birləşdirməyi düşünürdü. Lakin indi qəbul edilmiş qərara görə, "Picnik" aprelin 19-da tamamən bağlanacaq.
"Microsoft Exchange" servisindəki elektron poçt məktublarına dəstək funksiyasını daşıyan "Google Message Continuity"yə gəldikdə isə, bu servisdən yüzlərlə şirkət istifadə etsə də, istifadəçilərin tam əksəriyyəti "Google Apps"a üstünlük verir.
Qapadılacaq servislər arasında "Urchin" də var.
. |