|
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə əməkdaşlığın genişləndirilməsi məsələlərinə böyük diqqət ayırır.
Bu barədə “Cənubi Qafqazda inteqrə edilmiş sərhəd idarəçiliyi kompleks sistemlərinə dəstək” layihəsi çərçivəsində keçirilən Azərbaycan və Gürcüstan arasında sərhəd əməkdaşlığı sahəsində 16-cı seminar zamanı DSX-nın rəis müavini, general-mayor Fərhad Tağızadə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanın sərhəd xidməti nümayəndələri müntəzəm olaraq müxtəlif səviyyələrdə görüşlər keçirirlər. Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyası işini davam etdirir.
“Bu günədək sərhədlərin 65 faizi razılaşdırılıb. Biz sözügedən sahədə yeni layihələrin hazırlanması və reallaşdırılması imkanlarını müzakirə etməyi planlaşdırırıq”, - deyə F.Tağızadə bildirib.
gün.az
. |